İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                 

“Avesta”nın süqutu - Hacı İbrahim Nehrəmli isə piar işindədir
Tarix: 1-10-2016, 09:48 | Çap et
“Avesta”nın süqutu
“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli barədə ölkə mətbuatında müxtəlif səpgili yazılar kifayət qədər çox dərc olunsa da, bu yazıların arasında onun öz müsahibələrinə nadir hallarda rast gəlmək mümkündür. Amma elə düşünmək lazım deyil ki, guya Hacı İbrahim ümumiyyətlə müsahibə verməyi sevmir. Əksinə, bu iş adamının az da olsa rast olunan müsahibələrində onun kifayət qədər söhbətcil olduğu da, verilən sualları uzun-uzadı, “ətraflı” cavablandırmağı da diqqəti cəlb edir. Sadəcə olaraq, Hacı İbrahimdən müsahibə almaq “şərəfinə” hər jurnalist nail ola bilmir. Nə hikmətdirsə, onun müsahibələrinə yalnız müxalifət qəzetlərinin səhifələrində rast gəlmək olur. Həm də deyilənə görə, bu qəzetlərdən bəzilərini Hacı İbrahim elə özü də maliyyələşdirir. Amma deyilən sözlər də müxtəlifdir. Məsələn, bəziləri iddia edirlər ki, son vaxtlar Hacı İbrahimin maddi durumu elə bir vəziyyətə gəlmişdir ki, artıq onun özünün maliyyə dəstəyinə ehtiyacı var.

Məlum olduğu kimi, bu iş adamının son bir neçə ildə ətrafında süni ajiotaj yaratdığı “Xəzər adaları” layihəsi də onun vəziyyətdən çıxmasına kömək olmadı. Əslində, bəlkə də Hacı İbrahim “Xəzər adaları”ndan gözlədiyi səmərəni əldə edə bilərdi. Amma onun özünün qurduğu piar kampaniyası bu layihənin “perspektivlərini” o qədər şişirtdi ki, son nəticədə bütün bu hay-küyün mahiyyətində heç bir ciddi işin durmadığı hər kəsə məlum oldu. Məhz elə bu səbəbdən də, “Xəzər adaları” perspektivsiz bir layihə, utopik bir xəyal kimi, öz aktuallığını itirdi. Eyni zamanda da, Hacı İbrahimin bütün görülən işlər də öz şəxsi vəsaitləri hesabına həyata keçirdiyi barədə dönə-dönə verdiyi bəyanatlara rəğmən, onun məlum “Beynəlxalq Bank” qalmaqalında da adının hallanması, habelə bir çox digər məqamlarla bağlı bu iş adamının dəfələrlə ictimaiyyətə yalan vədlər verməsi, biri digərini təkzib edən fikirlər söyləməsi də onun işgüzar nüfuzunun böyük şübhələr altına alınmasına yol açdı. Xatırladaq ki, ötən il İbrahim Nehrəmli şəxsən özü Beynəlxalq Banka olan borcunu da açıqlamışdı. Onun sözlərinə görə, banka ümumilikdə 450 milyon manat kredit borcu olub. Məhz bu səbəbdən də iş adamı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Beynəlxalq Bankın nümayəndə heyəti isə, onun 5 obyektini qiymətləndirmişdi. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra sərbəst buraxılmışdı.

Maraqlıdır ki, Hacı İbrahim “Xəzər adaları”nın ona şəxsən nə indi, nə də gələcəkdə heç bir xeyri olmayan, yalnız Azərbaycana xidmət məqsədilə həyata keçirdiyi bir layihə kimi təqdim edir. Amma ortada olan faktlar bunun əksini göstərir. Bir müddət əvvəl yenə də bir müxalifət qəzetinə verdiyi müsahibəsində Hacı İbrahim deyir: “Bu şəhəri ölkəm və millətim üçün tikirəm, özüm üçün yox. Bu layihəyə indiyədək 1 milyard manatdan çox sərmayə qoymuşam. Azərbaycan bankları mənə bu işə görə kredit verməyiblər. Xərclədiyim pullar son qəpiyinə kimi şəxsi vəsaitimdir. Bu 1 milyard pul mənim nəyimə bəs deyildi?!… İndi hesablayanda baxıram ki, hardasa 1.2 milyard manat xərcləmişəm.” Cəmi bir ay sonra isə Hacı İbrahim bu layihəyə çəkdiyi xərci 2 milyardd manata qaldırır. Sitat: “Yəni, bir iş adamının özünün 2 milyarda qədər pulunu bu layihəyə yatırması Azərbaycanda sensasiyadır. Azərbaycanda məndən başqa hansı iş adamı öz ölkəsinə bu qədər pul qoyub? Heç kəs qoymayıb, hər kəs pulunu aparıb xarici ölkələrə yatırır. Ancaq mən bu qədər pulu öz ölkəmə yatırıram. Onu da nəzərə almaq lazımdır ki, mənim pul qoyduğum sahə rentabelli deyil, mən hələ heç bir qazanc götürməmişəm, ancaq pul qoyuram.” Hacı İbrahimin 20 gün ərzində daha 800 milyonu neçə xərclədiyi isə, bu gün də bir müəmma olaraq qalır.

Lakin bütün bu baş verənlərdə ən təəssüf doğurucu hal bundan ibarətdir ki, dənizin içində, demək olar ki, ekstremal şəraitdə, “Xəzər adaları” layihəsinin reallaşması üçün bilavasitə əziyyət çəkən sadə insanlar, inşaat işlərinə cəlb olunmuş usta və fəhlələr cərəyan edən hadisələrin gedişində ən çox ziyan dəyən tərəf olurlar. Belə ki, həmin layihədə çalışan insanların öz əmək haqlarını ala bilməmələri barədə məlumatlar dəfələrlə mətbuatda yer alıb. Maraqlıdır ki, bu problemlə bağlı hətta “Avesta” konserninin mühasibi özü də bir dəfə KİV vasitəsilə şirkət rəhbərliyini işçilərə olan əməkhaqqı borclarını ödəməyə çağıraraq, hökumətdən qanunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişdi. Bundan bir qədər sonra isə, “Xəzər adaları”nda çalışan sürücülər, fəhlələr, ustalar, bir sözlə, 130 nəfərdən çox işçi maaşlarını ala bilmədikləri barədə mətbuata xəbər vermişdilər. Bu barədə həmin insanların adından yayımlanan məlumatda deyilirdi: “Öz halal zəhmətimizlə qazandığımız pulları ala bilmədiyimiz üçün çətin duruma düşmüşük. Mart ayından maaşlarımızı ala bilmirik. Əvvəlcə düşündük ki, gec-tez pulumuzu verəcəklər. Narahat olmadıq. Amma getdikcə bu müddət artmağa başladı. Artıq 7 aydır ki, pulumuzu vermirlər. Maaşlarını ala bilməyənlərin sayı çoxdur. Hamısı da uzun müddətdir ki, “Xəzər adaları”nda çalışırlar. Maaşlarımızı almaq üçün gedirik “Xəzər adaları”na. Oradan deyirlər ki, gələn həftənin 2-ci günü gəlin. İkinci gün toplaşıb yenə gedirik. Bu dəfə də deyirlər ki, beşinci gün gəlin. Beşinci gün gedəndə yenə növbəti həftə üçün söz verilir. Bu gediş-gəliş aylardır davam edir. Pul yerinə söz verirlər. O da bizə lazım deyil. Biz halal zəhmətimizlə qazandığımız pulları istəyirik. Bizlərdən bəzilərimiz 2 il, bəzilərimiz isə 5 ildir ki, “Xəzər adaları”nda çalışırıq. Hamımızın da bununla bağlı əlimizdə sənədlərimiz var. Birdən fikirləşərlər ki, bir yalan uydurub bizim burada işləmədiyimizi desinlər. İndidən bildiririk ki, işlədiyimiz müddət ərzində hər günümüzü qeyd etmişik. Əlimizdə burada işləməyimizlə bağlı bütün sənədlərimiz var. Əmək Müfəttişliyinə də müraciət etmişik. Bizim yeganə tələbimiz maaşlarımızdır. Birinə 900, digərinə 1500, bəzilərinə isə 2000 manat pul verməlidirlər. Amma ödəmirlər. Deyirlər ki, pulumuz yoxdur, nə vaxt olacağını bilmirik... Hacı İbrahimin bahalı, lüks maşınları var. Pulu yoxdursa, birini satsın, maaşımızı versin. Ondan başqa heç nə istəmirik. Sadəcə halal maaşımızı ödəsin. Hacı İbrahim özü lüks həyat yaşayır. Biz burada çətinlik çəkirik. Adicə haqqımızı, halal pulumuzu tələb etməyə də gedə bilmirik. Bura da az sayda gəlməyimizin səbəblərindən biri də budur. Heç kimin cibində pulu yoxdur. Hamı fikirləşir ki, marşrut avtobusuna verəcəyi 30 qəpiyə evinə çörək alar...”

Bu yaxınlarda mətbuatda yayımlanan növbəti məlumat isə, “Avesta” konserninin ümumiyyətlə hələ indiyədək rastlaşmadığı maddi çətinliklərlə üz-üzə qaldığından xəbər vermiş oldu. Həmin məlumata görə, “Avesta” konserninin rəhbəri “Xəzər adaları” layihəsinin tikintisi üçün aldığı texnikaları da artıq satışa çıxarıb. Açıqlamalarda Hacı İbrahimin maliyyə böhranından sonra çətinliklə üzləşdiyi, məhz bu səbəbdən belə addım atdığı bildirilir. Qeyd olunur ki, “Xəzər adaları”nda işlər səngidiyindən və iş adamına təcilli nağd pul lazım olduğundan texnikaları ucuz qiymətə satmağa məcbur olub. Amma bu iflası heç cür gözlənilməz adlandırmaq da olmaz. Son bir neçə ildə “Xəzər adaları” layihəsi ətrafında gedən prosesləri izləyənlər yaxşı bilirlər ki, bu utopik layihənin sonluğu məhz belə də başa çatmalı idi. Təxminən 4-5 il bundan əvvəl mətbuata (yenə də müxalifət mətbuatına) müsahibə verən Hacı İbrahim iddia edirdi ki, o, bütün işləri 2016-ci ilə yekunlaşdırmağı planlaşdırır: “Bəzi iaşə obyektləri isə daha tez – 2012-ci ilin sonlarına yaxın işə düşməlidir”. Lakin həmin müsahibədən 3 il sonra da, yəni 2014-cü ilin ikinci yarısında belə, “Xəzər adaları”nda bir dənə də olsun iaşə müəssisəsi işə salınmamışdı. Bundan sonra Hacı İbrahim də əvvəlki müsahibəsindən verdiyi vədini dəyişib, artıq bütün işləri yekunlaşdıracağı müddəti 2025-ci ilə qədər uzatdı. Yalan çıxan vədini pərdələmək üçün isə, 2016-ci ilə qədər şəhərin 10 faizinin istifadəyə veriləcəyini bəyan etdi. Bu gün biz bu vədin də özünü tam doğrultmadığının şahidiyik.

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru