"ADY Konteyner" MMC (VÖEN: 1403849201) ləğv olunur. FED.az xəbər verir ki, “ADY Konteyner” MMC (VÖEN:1403849201) "ADY Ekspress” MMC-yə (VÖEN: 2003367121) qoşulması ilə əlaqədar ləğv olunduğunu elan edir.
Kreditorlar tələblərini iki ay ərzində AZ1025, Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 13A (Xətai Plaza) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Şirkət 1 911 634 manat nizamnamə kapitalına malikdir
"ADY Konteyner" isə 5 iyul 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 000 830 manatdır.