Sfera.az görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. DİN-dən saytımıza bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə məlumat veriləcək.
***
Bakıdakı apteklərdən birində insident baş verib.
Sfera.az-ın əldə etdiyi məlumata görə, aptek müdiri olduğu iddia edilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda da müdirin işçini yumruqladığı, təpikləyərək yerdə sürüdüyü açıq-aşkar görünür.