Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                     "Kabinetdə oturanda belə yırtıq yaranır” .....                     Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... .....                     Araqçı və Mirzoyanın intensiv telefon danışığının .....                     “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü .....                     Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə .....                     Ermənistan labirintdədir: Əllər yuxarı... .....                     "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir ölkə elan etdi: .....                     Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb .....                     “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir .....                     “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” .....                     Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır .....                     Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi .....                     Ermənistan: ümüdsiz olsa da, silahlanır... .....                     “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı .....                     “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? .....                 

Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır? - İLGİNC...
Tarix: Bu gün, 08:34 | Çap et
Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır?
Ermənistan-Azərbaycan sərhədində müşahidə fəaliyyəti həyata keçirən Avropa İttifaqının (Aİ) missiya başa çatdıqdan sonra 200-dən çox “mülki müşahidəçi”sinin orada qalıb-qalmayacağı hələlik məlum deyil. Bu arada Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib ki, yekun qərar yoxdur.

“Yeni Müsavat”ın məlumatına görə, diplomat jurnalistlərin suallarına cavabında İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib. Bildirib ki, missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb: “Amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”. Qeyd edək ki, Aİ missiyasının fəaliyyət müddəti gələn ilin fevralında başa çatacaq. Ermənistan çalışır ki, Avropa İttifaqının sərhəd bölgələrində yerləşən “mülki müşahidəçi”lərinin mandatının vaxtının uzadılmasına nail olsun. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ay parlamentdəki çıxışında Aİ-nin mülki müşahidə missiyasının mandatının uzadılmasının zəruriliyini delimitasiya prosesinin başa çatmaması, sabit və uzunmüddətli sülhün olmaması ilə izah etmişdi.

“Binokl diplomatiyası”ndan söz düşmüşkən isə Prezident İlham Əliyevin bu il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirləri xatırlatmaq yerinə düşər. Dövlətimizin başçısı Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz sözügedən missiyanı önə çəkmişdi. Belə bir təsisatın qalmasının Azərbaycan-Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulayan dövlətimizin başçısı əlavə etmişdi ki, “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. Ölkə Prezidenti həmçinin mövcud xüsusda ritorik sual səsləndirmişdi: “Buna nə ehtiyac var idi?!” Prezident İlham Əliyev “binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş, habelə, Azərbaycanın Aİ ilə təmaslarda bu məsələnin qaldırılacağını dilə gətirmişdi.

Ermənistandakı “mülki”adında casus şəbəkəsinin faktiki olaraq kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olduğuna artıq şübhə qalmayıb, özü də bunu təkcə Azərbaycan tərəf bəyan etmir. Ermənistanda vazkeçilməz maraqları və hərbi bazası olan Rusiyanın da Aİ missiyası ilə bağlı “qırmızı xətti” var. “Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir”, - deyə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri iclasında çıxışı zamanı demişdi. “Aİ-nin müstəqil mülki müşahidə missiyası konkret NATO ölkəsinin maraqları naminə Rusiya və tərəfdaşlarımıza qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir”, - Rusiya rəsmisi qeyd edib. A.Bortnikovun sözlərinə görə, Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. O bildirib ki, NATO-nun dünyanın müxtəlif regionlarında əvvəlki vasitəçilik təcrübəsini nəzərə alaraq, blokun Cənubi Qafqazda möhkəmlənməsi, təbii ki, regionda sabitliyə kömək etməyəcək. FTX direktoru qeyd edib ki, güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Qərb Ermənistanın KTMT-dən çıxmasına nail olmağa çalışır.

Maraqlısı budur ki, Nikol Paşinyan KTMT-ni birdəfəlik tərk etməklə bağlı da mövqeyini qətiləşdirməyib. Rusiyanın çətiri altında fəaliyyət göstərən hərbi bloku tərk etməyə cürət etməyən rəsmi İrəvan Azərbaycanın və ardınca Rusiyanın xəbərdarlıqlarından sonra Aİ missiyasının vaxtının uzadılmasında da tərəddüd edir. Heç şübhəsiz, Ermənistan Azərbaycanla yarımçıq sülh bağlamağa həm də ona görə tələsirdi ki, Aİ-nin casus şəbəkəsinin şərti sərhədlərdə daha uzunmüddətli qalmasını da sakit şəkildə həll edə bilsin. Eyni zamanda Ermənistanın Qərbə bağlı hakimiyyətinin bir gözü Ukraynadadır, Rusiyanın savaşı udması halında onun Aİ missiyası ilə əməkdaşlığı Kreml tərəfindən cəza mexanizminin işə salınmasına təkan verə bilər.

Lakin zaman daralır və Aİ missiyası ilə bağlı ya “hə”, ya da “yox” deyilməlidir. Üstəlik, “iştah diş altındadır”, N.Paşinyan son zamanlar Avropadan müxtəlif adlar altında Ermənistana axan milyonlardan da özünü məhrum etmək istəmir. Bugünlərdə Avropa İnvestisiya Bankının qlobal bölməsi (EIB Global) Ermənistanla 300 milyon avrodan artıq məbləğdə kredit müqaviləsi imzalayıb. “EIB Global” Şimal-Cənub nəqliyyat dəhlizinin seqmenti olan yolun tikintisini birgə maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb", - məlumatda qeyd olunub. Eyni zamanda Avropa İttifaqı Ermənistana 10 milyon avroluq qrant verəcək və bu, enerji səmərəliliyinin artırılmasına və İrəvanda klinika və uşaq bağçalarının təmirinə yönəlmiş 25 milyon avroluq EIB kreditini tamamlayacaq. Qeyd olunur ki, bundan əlavə, EIB ölkədə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsini genişləndirmək üçün üç Ermənistan bankına 58.5 milyon avro kredit verəcək. Bundan əlavə, Avropa Sülh Fondu da Ermənistana 10 milyon avro ayırıb. Brüssel razılaşmasına əsasən, Avropa Birliyinin 4 il ərzində Ermənistana ayıracağı 265 milyonu və ABŞ-nin 65 milyonluq dəstəyini də nəzərə alsaq, Ermənistanın Aİ-dən, üstəlik, Kanadanın timaslında NATO-nun da olduğu 209 nəfərlik cəsus şəbəkəsindən asanlıqla əl çəkəcəyi şübhə doğurur. Bütün bunlardan sonra missiyanın rəhbəri Maraqosun dediklərindən gəlinən nəticə budur ki, yaxın günlərdə məsələ ilə bağlı yekun qərar veriləcək. Bəs ekspertlərimiz nə düşünür: Aİ sərhəddə kəşfiyyat məlumatları toplayan və deşifrə olunmuş “missiyasaını” geri çəkəcək, yoxsa “sülh əldə olunanadək” Ermənistanda qalmaqda davam edəcək?

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi ki, Avropa İttifaqının Ermənistandakı “mülki missiyası” ilə bağlı Praqada əldə olunmuş razılaşma prosesin həyata keçirildiyi ilk gündən və bir neçə istiqamətdə pozulub: ""Müşahidə missiyası"nın tərkibi, sayı və Ermənistanda davam etməkdə olan mövcudluğu Aİ-nin öz öhdəliklərinə sadiq qala bilmədiyini və bu təsisatla, xüsusilə də sülh və təhlükəsizlik kimi məsələlərdə etimadlı əməkdaşlığın mümkünsüzlüyünü nümayiş etdirir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “müşahidə missiyası”nın artıq qeyri-müəyyən zaman kəsiyinə doğru irəliləyən mövcudluğu ilə bağlı səsləndirdiyi mülahizələr isə boşboğazlıqdan başqa bir şey deyil. Reallıq isə ondan ibarətdir ki, mövcudluğunun heç bir hüquqi əsası olmayan “müşahidə missiyası”, əslində delimitasiya prosesinin intensivləşməsinə, sabit və uzunmüddətlu sülhün əldə olunmasına maneə yaradır". E.Mirzəbəylinin fikrincə, Aİ-nin “müşahidə missiyası”, hazırda konkret qütbün maraqlarının ifadəçisi və tərəf kimi çıxış edir ki, bu da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kənardan yeridilən “yad cisim” kimi görünür: “Bununla yanaşı, hələlik "müşahidə missiyası"nı Ermənistana göndərənlərin yaxın 3 ay ərzində əks istiqamətdə qərar qəbul edəcəklərini gözləmirəm".

Sabiq nazir Fikrət Yusifov qəzetimizə bu barədə danışarkən bildirdi ki, Ermənistanın sülhü pozmağa yönəlmiş addımlarından biri də Avropanın və xüsusilə də Fransanın hüquq-mühafizə orqanlarında çalışıb təqaüdə çıxmış hərbiçiləri “müşahidəçi” qismində Azərbaycanla sərhədə dəvət etməsidir: “Bir para keçmiş hərbiçinin bizimlə sərhəddə apardığı "binokl diplomatiyası" Ermənistana nə verir? Əslində bu missiyanın dəvət olunmasına və sərhəddə müşahidə apararaq reallıqları gözləri ilə görməsinə Azərbaycan hökuməti də etiraz etməmişdi. Lakin bu “müşahidəçilər” missiyaları başa çatdıqdan sonra çıxıb getmək əvəzinə, bizimlə sərhəddə öz fəaliyyətini davam etdirirlər. Bu “müşahidə qrupu” indi də bizimlə sərhəddə öz “missiyasını” davam etdirməkdədir. Ermənistan hər vəchlə onların bizimlə sərhəddə qalması müddətinin uzadılmasına çalışır".

F.Yusifov rəsmi İrəvanın yanlış seçim etdiyini və riskli oyunlara alət olduğunu qeyd etdi: “Ermənistan hakimiyyəti anlamalıdır ki, bu qəbildən olan gedişlər Azərbaycanla Ermənistan arasında etimadın yaranması yolunda ciddi bir əngəldir. Azərbaycanın razılığı olmadan sərhəddə belə bir missiyanın yerinə yetirilməsi münasibətlərin nizama salınması yolunda ciddi əngəldir. Bir tərəfdən "biz Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyirik" deyən Ermənistan hakimiyyəti, digər tərəfdən sülhün kökünü bu şəkildə baltalayır. Biz ermənilərin xəyanətkar xislətinə tarixdən çox yaxşı bələdik. Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh müqaviləsi ilə etimadsızlığın bir arada olması mümkün deyil - “mən səninlə sülh müqaviləsi bağlamaq istəyirəm, ancaq sənə etimad etmirəm” deməklə sülh müqaviləsi bağlamaq mümkün deyil. Və belə olduqca sülh müqaviləsi də bağlanmayacaq. Bu gün sülh müqaviləsi dalana düşmüş Ermənistanın bir dövlət kimi yeganə xilas yoludur. Əgər Ermənistan Avropa Birliyinin “binokl diplomatiyası” yürüdən missiyasının Azərbaycanla sərhəddə qalması müddətini uzadarsa, o halda sülh müqaviləsinin də bağlanması uzanacaq..."

Görək Paşinyan Avropanın gözqamaşdıran avrolarının qarşılığında hansı addımı atacaq. Əminliklə qeyd edə bilərik ki, rəsmi İrəvan Bakının və Moskvanın xəbərdarlıqları fonunda riskli qərara imza atacaqsa, vəziyyətini ağırlaşdıracaq, üstəlik, sülh prosesinə zərbə vuracaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Bu gün, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Bu gün, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Bu gün, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Bu gün, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Bu gün, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 17:50
Bakı həbsxanasında ÖLÜM
Bu gün, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Bu gün, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Bu gün, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Bu gün, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Bu gün, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Bu gün, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Bu gün, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Bu gün, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Bu gün, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Bu gün, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Bu gün, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Bu gün, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Bu gün, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Bu gün, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Bu gün, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Bu gün, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Bu gün, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Bu gün, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06
Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03
Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54
Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51
“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38
"Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36
“Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28
Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24
NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20
Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
Güneyli fəal həbs edildi
Bu gün, 12:09
"Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07
Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01
Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58
Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru