“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                     "Kabinetdə oturanda belə yırtıq yaranır” .....                     Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... .....                     Araqçı və Mirzoyanın intensiv telefon danışığının .....                     “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü .....                     Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə .....                     Ermənistan labirintdədir: Əllər yuxarı... .....                     "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir ölkə elan etdi: .....                     Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb .....                     “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir .....                     “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” .....                 

Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Tarix: Bu gün, 15:19 | Çap et
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə
İranın dini lideri Ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi Ayətullah Seyid Həsən Amulinin cümə xütbəsində yenə də coşubmuş. Bu dəfə də İsrailə görə…Azərbaycanın (?-E.P.) ünvanına bir para şeylər danışıb. Elə bil ki, İranın proksilərinin başına od ələyən, Tehranın qonaqlarını elə yatdığı yerdə o dünyaya göndərən Azərbaycan imiş.

Seyid Amuli Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 konfransında iştirak qərarını hələ də bəlli olmayan səbəblərə görə geri çevirən prezident Məsud Pezeşkianı təqdir edib. “Bakı konfransında iştirak etmədiyinə görə İran prezidentinə ürəkdən təşəkkür edirəm”, - deyə Amuli bildirib. Sonra da əlavə edib ki, “50 min müsəlman qadın və uşaqdan ibarət qatili dəvət etmək təhqirdir. Biz qəzəblənirik. Biz öz ikrah hissimizi bildiririk”.

50 min müsəlman qadın və uşağın qatillərinə görə qəzəblənən Ərdəbilin imam-cüməsini bircə dəfə Ermənistanın üstünə kükrəyib, “Xocalıda qətlə yetirdiyiniz uşaq, qadın və qocalara görə qəzəblənirik”, Qarabağdakı 67 məsciddən 63-ünü darmadağın etdiyinizə, nisbətən salamat qalanlarını da inək, donuz ferması üçün tövlə kimi istifadə elədiyinizə görə qəzəbimiz sonsuzdur”, “müsəlman qardaşlarımızın torpaqlarını işğal altında saxladığınız, sərvətini tar-mar etdiyiniz üçün Allahın qəzəbinə gələcəksiniz”, deyən görmədik axı. Nə oldu elə Azərbaycana gələndə bu kişinin “qəzəbi tutur”? Bəs, öz evindəcə qətlə yetirilən, xəstə yatağında güllələnən, sonra da od vurulub yandırılan, əsirlikdə damarlarına kerosin yeridilən, sinəsinə dağ da yox, xaç (!) çəkilən azərbaycanlıların, müsəlman ümmətinin fəlakətlərinə niyə qəzəblənmədi Seyid Amuli? Özü də nə az, nə çox, düz 30 ilə yaxın çəkdi bu dəhşətlər. Bu gün 4 minədək azərbaycanlıdan soraq yoxdur, Ermənistan onların nə öldüsü, nə qaldısı haqda xəbər vermir, BMT çərçivəsində belə, müzakirələr keçirilsə də. Onların sırasında uşaqlar da var, qadınlar da, Seyid Amuli nədən “biz qəzəblənirik” söyləmir?!

Qəribəsi bilirsiniz nədir? Məsud Pezeşkian və sələfləri BMT Baş Assambleyasının bir iclasını belə buraxmayıb, baxmayaraq ki, İsrail prezidenti və digər rəsmi şəxsləri də hər zaman bu sessiyalarda iştirak edir. Uzağı İsrail prezidenti çıxış edəndə İran heyəti zalı tərk edir. İndi necə olur, prezident Pezeşkian BMT BA-nın 79-cu sessiyasında çıxış edə bilir, amma COP29-a qatıla bilmir? Axı, biz Məsud bəyin BMT tribunasından hətta İranın düşmənlərinə danışıqlara hazır olduğu barədə mesajlarını eşitdik iki ay öncə. O halda Azərbaycana gəlib-gəlməyəcəyi hələ tam bəlli olmadığı halda, qonşu, müsəlman ölkəyə prezident səviyyəsində səfər edilməməsinin adı, soyadı nədir? Düzdür, İranın xanım vitse-prezidenti və digər rəsmilər COP29-a qatıldılar və hətta dövlət başçımız hörmət əlaməti olaraq onları qəbul etdi. Amma Seyid Amuli yenə də “qaşınmayan yerdən qan çıxartmağa” çalışır. Niyə? Axı, bu nə missiyadır, nəyə, kimə xidmətdir?!

COP29 dünyanın ən böyük təşkilatının ən böyük tədbiridir. Bu, bəşəriyyətin xilasına xidmət edəcək məram-məqsədləri olan platformadır. Dünyanın 200-ə yaxın ölkəsindən COP29-a gələn on minlərlə insan həm də 1.648.000 km² əraziyə malik İran İslam Respublikasını xilas etmək üçün Bakıya toplaşmışdılar. Deyən gərək: burada nə İsrail, nə sionizm, dünya böyük fəlakətlərlə üzbəüzdür, Ağaye-Amuli! Tehran özü artıq yaşanılası mümkünsüz olan meqapolislərdən birinə çevrilib. Elə bu günlərdə paytaxtın köçürülməsi istiqamətində müzakirələr başlayıb. Amma onsuz da sosial-iqtisadi durumu ağır olan İran bu boyda yükün qaldıra biləcəkmi? Seyid Amili kimi din adamları gərək insanları, hökumətləri Allahın yaratdığı, əmanət etdiyi varlıqların əmanət kimi qorunmasını təşviq etsinlər, yoxsa “təşəkkür edirəm, Pezeşkian COP-a getmədi”, nə mənədir?!

Ərdəbilin imam-cüməsinin dedikləri növbəti dəfə onunla mübahisə-müsahibəmi xatırlatdı mənə. Onda hələ Qarabağ azad olunmamışdı, Ermənistan rəhbərliyi də torpaqlarımızda atdan tutmuş itədək, bütün heyvanları oynadırdı. Amma “Qarabağ İslam torpağıdır” deməyi xoşlayan Seyid Amuli...Beynəlxalq Qarabağ Fondunun təşkilatçılığı ilə keçirilən Qarabağ tədbirlərinin biri çərçivəsində Seyid Amuli ilə görüş zamanı ondan müsahibə almışdım. Mən ondan İranın niyə müsəlman qəbirlərini, məscidlərini dağıdan, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan Ermənistanın üzünə sərhəd qapısını bağlamamasının, işğalçı, qatil dövlət üçün Mehri nəfəsliyini saxlamasının səbəbini soruşanda o da İsrail bəhanəsini irəli sürmüşdü. Sonra da “döyüşə hazır olduğunu” iddia etmişdi. Sitat: “İndi də bizim rəhbərimiz deyir ki, hər kəs Qarabağda ölsə, şəhiddir. Onda açın sərhədi, biz gələk, gedək Qarabağda savaşaq da. Mən bir ömürdür Allahdan şəhadət istəyirəm”.

Bax, biz Azərbaycan dövləti və xalqı olaraq 4 il əvvəl torpaqlarımızı kafirlərdən, uşaq qatillərindən, İslam düşmənlərindən, məscid qənimlərindən azad etdik, separatizmin kökünü də keçən il kəsdik. Ancaq nədənsə Seyid Amulinin nəinki şəhid olmaq üçün, heç olmasa Şuşa məscidində namaz qılmaq üçün Qarabağa gəlmək istəyini görmədik, eşitmədik. Niyə? Yuxarı Gövhərağa məscidini işğal dövründə İran şirkəti “bərpa” edirdi, planları pozuldu, ona görəmi?! Qarabağda döyüşmək üçün “1 milyon hazırdır”-deyən Amulinin ordusu hardaydı, 44 gündə görə bilmədik. Bəlkə torpaqlarımızı işğaldan azad edən zaman Araz çayı boyunca hərbə-zorba gələn İran ordusunu nəzərdə tuturmuş. Yeri gəlmişkən, güneyli bacı-qardaşlarımıza təşəkkür edirik, qələbəmizi öz qələbələri hesab etdiklərinə, Təbrizdən Ermənistana silah daşınmasına qarşı çıxmalarına görə!

Bu yerdə qeyd edim ki, 3 il öncə “Qarabağda savaşmaq istəyən” Seyid Həsən Amuli niyə qəzəblənib?” sərlövhəli köşə yazmışdım. O zaman da Ərdəbilin imam-cüməsi İranın yük maşınlarının hətta Ermənistana məxsus nömrə-nişanlarla Qarabağa qanunsuz yanacaq daşımasının qarşısı alınanda, Şurnuxu istiqamətində postumuz qoyulanda əsəbləşmişdi. Görünür, Azərbaycana qarşı qəzəblənməyi özünə peşə eləyib…

Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyanla Abbas Araqçi son həftə ərzində ikinci dəfə telefonla danışıblar. Nə danışırlar, Seyid Amuli maraqlanıbmı? Ermənistandakı Avropa İttifaqının müşahidə missiyasının ömrünü uzatmaq istəyirlər, bu imam-cümə üçün doğrudanmı maraqlı deyil? Azərbaycana hansısa qonağın gəlməsindən rəncidə olan Seyid nədən Ermənistanı oylağa çevirən Aİ, NATO qüvvələri, Fransanın silahları, Kanadanın atları, ABŞ-nin hərbçiləri, ümumilikdə bu ölkədəki casus şəbəkəsi ilə bağlı “biz qəzəblənirik” demir?! Elə bu gün – 22 noyabrda Aİ-nin casusları yenə də Qafan istiqamətindən binokllarını ələ götürüb dağdan-dağa dolaşıblar. Onların bir gözü İrandadır, bilsin və agah olsun Amuli! Təhlükəni Azərbaycandan gözləməsin! Azərbaycan o dövlətdir ki, “mənim ərazimdən İrana qarşı istifadə olunmayacaq!”-qətiyyəti ilə idarə olunur, İranın sevimlisi Ermənistandan fərqli olaraq.

Ən nəhayət, Təbrizdən olan azərbaycanlı Ermənistanda döyülüb, kadrlar internetdə yayılıb. Bu fakta görə biz quzeyli azərbaycanlılar çox qəzəblənmişik. Düzdür, gərək soydaşımız, qandaşımız erməni hiyləsinə aldanıb, bu oyuncaq ölkəyə iş üçün getməzdi və daşnaklar da onu məhz Azərbaycan Türkü olsunuğuna görə əzişdirməzdilər. Biz lənətləyirik belə alçaq hərəkətləri. Ermənistanın xilaskarı olan İranın vətəndaşıdır həmin təbrizli. Bəlkə Seyid Həsən Amuli də azca qəzəblənsin!

P.S. Yazıya Seyid Həsən Amuli ilə müsahibə-mübahisədən sonra çəkdirdiyimiz fotonu da əlavə edirəm. Azərbaycan bayrağı ilə birgə çəkilən fotonun böyük mənası var, anlayanlar üçün!

Elşad PAŞASOY - Müsavat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Bu gün, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Bu gün, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Bu gün, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Bu gün, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Bu gün, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Bu gün, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Bu gün, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Bu gün, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Bu gün, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 17:50
Bakı həbsxanasında ÖLÜM
Bu gün, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Bu gün, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Bu gün, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Bu gün, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Bu gün, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Bu gün, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Bu gün, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Bu gün, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Bu gün, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Bu gün, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Bu gün, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Bu gün, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Bu gün, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Bu gün, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Bu gün, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Bu gün, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Bu gün, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Bu gün, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06
Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03
Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54
Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51
“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38
"Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36
“Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28
Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24
NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20
Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru