Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                 

Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: Bu gün, 08:58 | Çap et
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası
BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 29-cu tərəflər konfransı - COP29 Azərbaycanda uğurla davam edir.
Doğrudur, bir sıra aparıcı dövlətlər, əsasən, öz daxili səbəbləri üzündən COP29-a birinci şəxslər səviyyəsində qatıla bilmədi. Necə deyərlər, "üzrlü səbəblər"i vardı. Məsələn, Almaniya. Bəzi dövlətlər isə qlobal iqlim maliyyələşməsi məqsədinə yönəlmiş olan bu konfransa qərar qəbul edən şəxsləri başqa səbəbdən göndərməmişlər. Söhbət inkişaf etmiş dövlətlərin və iri biznes şəbəkələrinin inkişaf etməkdə olan ölkələrə maliyyə yardımından gedir. Bu məqsəd üçün 2030-cu ilə qədər hər il 1 trilyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin toplanmasından söhbət gedir. Bu, qlobal iqlim temperaturunu 1,5 dərəcənin altında saxlamaq üçün tələb olunan maliyyə məqsədidir.

BMT baş katibi Antonio Quterreş də daxil olmaqla bir sıra mötəbər beynəlxalq liderlərin və ekspert dairələrinin də təsdiqlədiyi kimi, bu məqsədin əldə edilməsi gecikərsə, sonrakı mərhələdə daha böyük maliyyə resursları tələb olunacaq. Bəzi hesablamalara görə, bu, 2.4 trilyon ABŞ dollarına çata bilər. Ancaq indiki 1 trilyon ABŞ dollarının toplanması ətrafında da böyük dövlətlər arasında intriqalar var.

COP29 üzərindən Azərbaycanı tənqid edən daxili elementlər və xarici dairələr bir sıra ölkələrin birinci şəxslərinin iştirak etməməsini bu konfransı keçirildiyi ölkəyə görə boykot etmələri kimi təqdim edir.

Doğrudur, məsələn, Fransanın əsas motivlərindən biri boykot ola bilər. Ancaq başqa ölkələr haqqında bunu demək olmur. Tənqidçilər də elə bu nöqtədən Azərbaycanı "vurmağa" çalışır. "Fransa ilə məsələ aydındır. Bəs Çin və Rusiya rəhbərləri niyə COP29-a gəlmədi?" deyə yazırlar, deyirlər. Ancaq məsələ ondadır ki, atmosferin dekarbonizasiyası və təmiz enerji transformasiyası məqsədlərinə nəhəng məbləğlərdə vəsait lazımdır. Bunun üçün 43 ölkə müəyyənləşdirilib. Ancaq onların arasında maliyyə "mübahisələri" var.

İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Ekspert Qrupunun həmsədri, niderlandlı professor Bart van den Hurk Azərbaycan mediasına şərhində bu məsələyə aydınlıq gətirmişdi. Professor deyib ki, 30 il əvvəl inkişaf etməkdə olan ölkə sayılan bəzi ölkələr hazırda çox varlanıblar, ancaq onlar hələ də əvvəlki statusda qalmağa çalışırlar.

Həmin şərhdə deyilir ki, hazırda Qətərdə adambaşına düşən ÜDM 87 min 840 ABŞ dolları olduğu halda, donor ölkə olan Portuqaliyada bu rəqəm 27 min 275 ABŞ dollarıdır. Yaxud Çinin atmosferə atdığı karbon qazının həcmi bütün Avropa İttifaqının atdığı həcmdən bir qədər azdır. Eləcə də, Səudiyyə Ərəbistanı atmosferə hər il 22,3 ton tullantı qazı buraxdığı halda, Almaniya 8,9 ton buraxır. Bununla belə Səudiyyə Ərəbistanı hələ də inkişaf etməkdə olan ölkə sayılır. Almaniya isə 90-cı illərdən bəri hər il iqlim maliyyələşməsini davam etdirir.

Qərb ekspertlərinin fikrincə, eynilə Çin həmin mövqedədir; dünyanın ikinci iqtisadiyyatı səviyyəsinə çatmış Çin az qala Avropa İttifaqının 27 ölkəsinin birlikdə atmosferə atdığı qədər istixana qazı atdığı halda, Sudan, Banqladeş və Salvador ilə bir sırada tutulur.

Burdan görünən odur ki, Qlobal Qərblə Qlobal Cənub arasında iqlim maliyyələşməsi üzərində uzlaşma yoxdur, ziddiyyətlər var. Bakıda keçirilən COP29-un da məhz qarşısına qoyduğu hədəflərdən biri maliyyə öhdəlikləri ilə bağlı olduğu üçün Qlobal Qərbin və Qlobal Cənubun bir sıra aparıcı ölkələri birinci şəxslər səviyyəsində təmsil olunmaqdan yayındılar. Başqa sözlə, bunun COP29-un harda keçirilməsi ilə, Azərbaycanın daxili və xarici siyasəti ilə hər hansı əlaqəsi yoxdur.

COP29 çərçivəsində Bakıya gəlmiş bütün liderlər, mötəbər beynəlxalq beyin mərkəzlərinin və qlobal biznesin təmsilçiləri bir məsələdə həmrəydirlər: bəşəriyyəti qlobal iqlim fəlakətindən xilas etmək üçün tələsmək lazımdır.

Başqa sözlə, məqsəd hər cür siyasi, geosiyasi səbəbləri aşır. O baxımdan, əvvəl də yazdığımız kimi, əgər məqsəd dünyanı xilas etməkdirsə, nə fərqi var, bu qərar İsveçrədə qəbul olunur, ya Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada qəbul olunur, yoxsa Azərbaycanda?! Cavab aydındır.

Ancaq, görünür, bir çoxları ya bu aydın həqiqəti dərk etmir, ya da qəbul etmək istəmir. Mühakimənin istiqamətini, polemikanın vektorunu başqa tərəfə yönəldirlər. Məsələn, həmin "The Washington Post" yazır ki, Azərbaycan COP29-a ev sahibliyi hüququnu "geopolitik möcüzə" nəticəsində qazanıb. "Qərblə Rusiya arasında qarşıdurma üzündən Rusiya Avropa İttifaqı üzvü olan hər hansı bir ölkənin COP29-a ev sahibliyinə razı olmayıb, buna görə Azərbaycan seçilib", -deyə nəşr iddiasını əsaslandırmağa çalışır.

Əvvəla, bu da tamamilə yanlış mülahizədir ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirilməsinə guya layiq görülmür və COP da, guya, sadəcə, Rusiya ilə Qərb arasında ziddiyyətlər üzündən sanki Azərbaycan üçün "göydəndüşmə" olub. Bu tezis ona görə kökündən yanlışdır ki, Azərbaycanın nüfuzlu, kütləvi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi birinci dəfə deyil. Bu, nüfuzlu siyasi sammitlərdən tutmuş, beynəlxalq idman yarışlarına qədər, qlobal humanitar forumlardan konfessiyalararası dialoqa, hətta beynəlxalq musiqi yarışmalarına qədər hər cür sferanı əhatə edir. Dünyanın qarşı-qarşıya duran qlobal gücləri - ABŞ və Rusiya öz hərbi-siyasi ziddiyyətlərini həll etmək üçün Bakıda görüşəndə Azərbaycan etibarlı ev sahibi olur, amma iqlim konfransı keçirəndə "etibarını itirmiş" olur?! Bu, necə bir absurddur?!

Qlobal terrorizmə qarşı beynəlxalq koalisiyaya dərhal qoşulmuş və aktiv iştirak etmiş bir dövlətin COP29-a etibarlı ev sahibliyini şübhə altına almaq hansı normal düşüncənin məhsulu ola bilər?! Axı Azərbaycan müstəqillik əldə etdikdən bəri keçən 33 il ərzində bütün Dünya, Avrasiya materiki və Avropa qitəsi, eləcə də, yerləşdiyi bölgə üçün bütün təhlükəsizlik və inkişaf strategiyalarında yer alıb, qlobal çağırışlara anında və adekvat cavab verib, ən həssas, taleyüklü məqamlarda öz rolunu oynayıb. Bir sözlə, hər cür sınaqdan uğurla çıxıb.

Bütün bunları bilə-bilə, görə-görə, Azərbaycanın etibarını sorğulamaq qərəzdən başqa bir şey deyil. Təkrar edirəm: bəşəriyyət qarşısında məsuliyyətli qərarlardan qaçmaq üçün "demokratiya", "insan hüquqları" və sair kimi bəşəri dəyərlərdən bəhanə olaraq istifadə olunması ən azı etik deyil. O cümlədən, Azərbaycanın COP-a ev sahibi seçilməsini geopolitik faktorla izah etmək cəhdləri də bu qəbildəndir.

İkincisi, hətta həmin qəzetin yazdığı kimi olsaydı belə, yəni Azərbaycan COP29-a ev sahibliyi hüququnu Qərb-Rusiya qarşıdurması səbəbindən əldə etmiş olsaydı da, bu, Azərbaycanın günahı deyil. Azərbaycan həmin qlobal güclərin qarşıdurmasında tərəf tutmur. Bu, Qərbin bəzi aparıcı ölkələri ilə Rusiyanın arasında olan məsələdir. NATO-nu şərqə doğru genişləndirməyə çalışan, Ukraynanı şirnikləndirib Şimali Alyansa həvəsləndirən Azərbaycan deyil. Rusiyanı Ukraynaya qarşı hərbi müdaxiləyə təhrik edən də Azərbaycan deyil. "The Washington Post", yaxud onun xidmət etdiyi güc COP29-un ev sahibliyini Şərqi Avropa qrupu üzrə Azərbaycana deyil, Avropa İttifaqı üzvü olan bir ölkəyə vermək istəyirdisə, zəhmət çəkib, Ukraynada müharibəni dayandıra, Rusiya ilə münasibətləri düzəldib, Moskvanın razılığını ala bilərdi. Bunu edə bilməməyin məsuliyyətini COP29-un və Azərbaycanın üzərinə atmaq, yumşaq desək, qəribədir.

O cür əsassız tezislərlə COP29-un əhəmiyyətini azaltmağa, yaxud Azərbaycanı günahlandırmağa çalışmaq, prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycana qarşı planlaşdırılmış və kordinasiyalı böhtan və şantaj kampaniyasıdır.

Prezidentin bu fikrini təsdiq edən daha bir fakt var. "The Washington Post" yazır ki, Azərbaycan mədən yanacağı ixrac edir. Bu, məgər Qərb üçün yeni xəbərdir? Azərbaycan neftinin və qazının ən çox ixrac olunduğu ölkələr elə Avropa İttifaqını üzvü olan ölkələrdir. ABŞ prezidenti, dövlət katibi olmuş və hazırda da bu vəzifəni daşıyan şəxslərin öz səlahiyyət müddətlərində prezident İlham Əliyevə yazdığı məktublara, Avropa İttifaqının rəhbər şəxslərinin elə açıq qaynaqlardakı mesajlarına baxsaq, hamısı Azərbaycanın rolunu yüksək qiymətləndirir. Xüsusilə, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni. O halda, qəzet nəyə əsaslanaraq Azərbaycanı "neft dövləti" olmaqda günahlandırır?

Bununla da kifayətlənməyən qəzet yenə də eyni şeyləri yazıb: "Prezident İlham Əliyev onları (neft-qaz ehtiyatlarını - red.) “Allahın hədiyyəsi” adlandırır". Bu fikri mən daha əvvəlki məqaləmdə təhlil etməyə çalışmışdım və belə bir ritorik sual qoymuşdum: "Bəs sizə nefti kim bəxş edib?"

Prezident İlham Əliyev özü bu cür bəyanatlara ümumiləşdirilmiş və doğru cavab vermişdi. O demişdi ki, ölkəni neft-qaz resurslarını dünya bazarına çıxarmaqda günahlandırmaq olmaz: "Bu, insanlara lazımdır".

Maraqlı burasıdır ki, qəzet və onun Azərbaycanofob "ekspert"ləri elə özləri öz tezislərini təkzib ediblər. Haqqında danışdığımız məqalədə yazılıb ki, əslində Azərbaycan qazıntı yanacağı hasil edən və illik iqlim konfransına ev sahibi seçilən "ilk belə ölkə deyil".

Məqalə müəllifi daha bir məsələdə də özünü təkzib edir. "Geosiyasi vacib bölgədə, Rusiya ilə İran arasında sıxılmış Azərbaycan Avropa İttifaqına qaz ixrac etsə də, Qərbdən az diqqət alır"- deyə yazır.

Azərbaycanın qərəzli tənqidçiləri o qədər həyəcanlanıblar ki, özlərini əməlli-başlı dolaşdırıblar. Bir yandan, Azərbaycanı qaz ixrac etməkdə günahlandırırlar (ki, absurddur), o biri yandan, Avropa İttifaqını qazıntı enerjisi ilə təchiz etməsinə görə loyal yanaşır, hətta təqdir edirlər. Üçüncü bir tərəfdən, Avropanı Azərbaycan qazından imtina etməyə çağırırlar. Dördüncü tərəfdən, bu cür çətin geosiyasi vəziyyətinə baxmayaraq, Avropanın enerji təhlükəsizliyində rol oynayan ölkəyə Qərbin az diqqət göstərdiyini etiraf edirlər.

Aqillər deyib: "Bir başda eyni məsələyə dair iki fərqli fikir ağılsızlığın əlamətidir". Konkret bu halda bir başda eyni məsələyə dair ən azı dörd fərqli fikir var. Bu cür adamlar artıq psixiatriya stasionarı üçün potensial pasiyentlərdir.

Həmin bu potensial pasiyentlərdən biri sözügedən məqalədə Azərbaycanın Qərbdən maliyyələşən müxalifət təmsilçilərinə istinadla yazır ki, Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə nisbətən "yaşıl enerjiyə keçid məqsədlərinə daha az sərmayə ayırır".

Eyni fikri ABŞ-ın keçmiş vitse-prezidenti, erməni maraqlarının ödənişli müdafiəçisi (hətta bunu gizlətməyən) Albert Qor Associated Press Agentliyinə müsahibəsində deyib: "Qazıntı yanacağından imtina etməyən ölkələr iqlim konfransına ev sahibliyindən uzaqlaşdırılmalıdır".

Haşiyə çıxaraq bildirim ki, 20 faizlik paya sahib olduğu "Current TV"-nin alqı-satqıdan sonra adının "Al Jazeera America" kimi tanınmasına görə məhkəmədə 100 milyon dollarlıq iddia qaldıran Albert Qor, "CNN"-nin ironiyası ilə üzləşmişdi. Kanalda deyilmişdi: "Cənab Qor həmişə yaxşı səbəblərdən irəli gələn yaxşı hədəfləri təqib edir, ona görə də onun pul kisəsi günü-gündən şişir".

CNN "yaxşı" sözünün altında "sərfəli" mənasını nəzərdə tutmuşdu və keçmiş vitse-prezidentin pula hərisliyinə kinayəli işarə vurmuşdu.

CNN-nin dediyi kimi, həmişə "ciblərini şişirtməyin" qayğısına qalan erməni lobbisti Albert Qor və Azərbaycan müxalifətçisini hansı maraqlar, yaxud hisslər birləşdirir?! Bunu xüsusi təhlil etmədən keçmiş vitse-prezidentin çağırışına qısa şərh verək. Əgər bu çağırışa əməl olunsa, belə çıxır ki, o zaman ABŞ və Kanada başda olmaqla, onlarla ölkə həmin hüquqdan məhrum edilməlidir.

Bu mətləbə hələ qayıdacam. Hələlik Azərbaycan müxalifətçisinin iddiasına diqqət edək.

Yaşıl enerjiyə qoyulan sərmayələrlə bağlı Azərbaycanı BƏƏ ilə müqayisə etmək nəinki yanlışdır, hətta açıq qərəzlidir. BƏƏ ilə Azərbaycanın iqtisadi imkanları, sərmayə potensialı eyni deyil; ÜDM-lər arasında fərq BƏƏ-nin xeyrinə iki dəfədən çoxdur. Birləşmiş Əmirliklər real olaraq dünyanın inkişaf etmiş, Azərbaycan isə inkişaf etməkdə olan ölkələri sırasındadır. Yaxud Almaniya kimi Avropanın birinci iqtisadiyyatı təmiz enerjiyə keçidə ən azı otuz ildir ki, davamlı və irihəcmli sərmayə qoyduğu halda, bu məqsədə 50 faiz nail ola bilib. Azərbaycan isə cəmi 33 ildir müstəqillik qazanıb və Almaniya ilə müqayisəolunmaz dərəcədə - məhdud imkanlarla 17 faizlik göstəriciyə çatıb. Qarşıdakı bir neçə ildə - 2030-cu ilədək bu rəqəmi iki dəfə artırmaq və 35 faizə çatdırmağı hədəfləyib. Ona görə də məqalədə "Azərbaycanın müxalifət lideri"nin "Azərbaycan heç vaxt yaşıllıq məsələlərinə köklənməyib” kimi iddiası bu fikrin müəllifinin də, onu tirajlayanların da qərəzli yanaşmasından xəbər verir. Üstəlik qəzet şikayətlənir ki, bu məsələyə Azərbaycanın Prezident Administrasiyasından şərh verilməyib. Sual olunur: aşkar yalan məlumatlar və qərəz hissinə əsaslanan iddiaları kim və necə şərh etsin?! Həm də niyə?!

Elə götürək, "petrostate" məsələsini. Absurd olsa da, dəfələrlə beynəlxalq mediada və siyasi tribunalardan səsləndiyinə görə, prezident İlham Əliyev buna şərh verib, Azərbaycandan dəfələrlə çox neft hasil edən ölkələrin Azərbaycanı "petrostate" adlandırmasını qərəzli sayıb: "Yaxşı olar ki, özlərinə baxsınlar" deyib.

Bəs həmin ittihamın müəllifləri özlərinə baxsalar, nə görəcəklər?!

Bu suala Azərbaycan Milli Məclisinin deputatı, elə Qərbdə, müxtəlif beynəlxalq platformalarda yaxşı tanınan iqtisadçı professor Vüqar Bayramov öz sosial şəbəkə hesabında rəqəmlərlə tutarlı cavab verib.

Professor yazıb: "Ölkəmizi "petrostate" adlandıran mətbu orqanlarının nəşr olunduğu dövlətlərin, demək olar, hamısının neft hasilatı Azərbaycan ilə müqayisədə dəfələrlə çoxdur. Paradoksun da digər üzü məhz budur. Neft hasilatının həcminə görə Azərbaycan dünyada, sadəcə, 25-ci ölkədir və bu siyahıda ilk yerdə ABŞ, daha sonra Rusiya, Səudiyyə Ərəbistanı, Kanada və İraq gəlir. Göründüyü kimi, Azərbaycan neft hasilatının həcminə görə nəniki ilk onluqda, hətta ilk iyirmilikdə belə yer almayıb. Gündəlik 5.0 milyon barel neft hasilatı olan Kanadanın, istehsalı cəmi 0.6 milyon barel olan Azərbaycanı "petrostate" adlandırmasının özü də məhz ikili yanaşmanın təzahürüdür. Mavi qaz hasilatının həcminə görə də Azərbaycan dünyada ilk iyirmilikdə yer almır. Ölkəmizin 23-cü sırada qərarlaşdığı siyahıda yenə də ABŞ birincidir. Kanada isə yenə də ən çox qaz hasil edən dövlətlər arasında ilk beşlikdədir. İllik hasilatı 34 milyard m³ olan ölkəmiz ilə müqayisədə Kanada (188 milyard m³) 5.5 dəfə, ABŞ (1.029 tirlyon m³) 30 dəfə, Norveç (124 milyard m³) 3.7 dəfə çox qaz hasil edir.

Yeri gəlmişkən, qlobal karbon emissiyasının cəmi 0.1 faizi Azərbaycanın payına düşdüyü halda bu rəqəm ABŞ-da 12.6 faiz, Hindistanda 7.6 faiz, Avropa İttifaqında 6.4 faiz, Kanadada 1.52 faizdir. Yəqin ki, əlavə rəqəmlərə ehtiyac yoxdur..."

Tanınmış iqtisadçı alim tamamilə haqlıdır: əlavə rəqəmlərə və əlavə şərhə heç bir ehtiyac yoxdur.

Bahəddin Həzi, Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru