Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Paytaxt Bakının bəzi məkanlarında azərbaycanca danışıq eşitməsən, sanarsan ki, hansısa əcnəbi şəhərə düşmüsən. Çünki ictimai-iaşə, ticarət obyektlərinin, hotellərin əksəriyyətinin adı və ya tanıtma lövhələri, həmçinin reklamlar yad dildə, daha dəqiqi, ingiliscədir.
Özü də qabaqlar bu neqativ hallar əsasən Bakının mərkəzi hissəsində (“Torqovı” və s.) özünü göstərirdisə, indi nisbətən paytaxt kənarlarında (“Neftçilər” və s.) da oxşar mənzərə ilə üzləşirsən. Hətta bəzən görürsən ki, balaca bir ticarət köşkünə də yad dildə əcaib ad qoyulub.
Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanununa əsasən, müəssisə və idarələrdə tanıtım lövhələri və işarələr iki dildə - Azərbaycan və digər dillərdə olarsa, Azərbaycan dilində yazı digər dildən kiçik olmamalıdır. Bu qanunun pozulması halında, müvafiq cərimələr tətbiq olunur. Lakin qanun konkret cərimə məbləğlərini göstərmir və bu, ümumiyyətlə, yerli qanunvericiliyə əsaslanaraq müəyyən edilir. Cərimələr, müəssisənin yerləşdiyi regiona və pozuntuya görə dəyişə bilər.
Əfsus ki, nəinki bu tələbə riayət olunmur, çox vaxt bildiriş, reklam yalnız əcnəbi dildə olur. Sanki biz Bakıda yox, hansısa ingilisdilli şəhərdə yaşayırıq.
Bəs ana dilimizə bu sayğısızlıq nədən qaynaqlanır? Vətəndaşlar, sahibkarlar öz obyektlərinə nədən milli adları qoymaq istəmir, yad dildə tanıtma lövhələri sifariş edirlər?
Mövzu ilə bağlı filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Əslində bu, hazırda bizim ən yaralı yerimizdir ki, ana dilin daşıyıcıları, bu dilin təmsilçiləri öz ana dillərində danışmağı özlərinə ayıb bilirlər. Məsələn, şəhərin mərkəz küçələrində və kənar yerlərdə ticarət obyektlərinin üzərində başqa dildə yazılmalarını daha çox şərəf hesab edirlər, ana dilində yazılmasından daha üstün tuturlar. Yəni onlar belə düşünürlər ki, bir mağazanın adını "Fidan" qoymaq pisdir, amma “Kleopatra” və ya “Venera” qoymaq yaxşıdır. Bu, uzun illərdən bəri davam edən psixoloji bir kompleksdir və dilin dəyərini anlamaqda çətinlik çəkirlər.
Bəli, Bakı şəhərinə gələn hər bir insan hiss etməlidir ki, bu şəhər Avropa ilə Asiyanın qovşağında yerləşən gözəl bir məmləkətdir və bunun sahibləri azərbaycanlılardır. Bu şəhər Azərbaycan adlı bir dövlətdəndir. Lakin biz görürük ki, çox vaxt hər yerdə xarici dillərdə yazılmış lövhələr var. Lövhələr dəyişdirilə bilər, sahibkarlarla danışılaraq ortaq məxrəc tapıla bilər. Lakin ən ciddi problem bizlərin, yəni bu dilin daşıyıcılarının başqa dildə danışma vərdişidir.
Vaxtilə görkəmli alimlərimiz də bu məsələyə ciddi yanaşıb və qeyd ediblər ki, iki azərbaycanlının bir-biri ilə rus və ya başqa dildə danışması simasızlıqdır. Belə ki, necə ola bilər ki, evdə, işdə, küçədə iki azərbaycanlı bir-biri ilə başqa dildə danışsın? Bu halda, milli mənsubiyyətin, ruhi mənsubiyyətin, bu millətin təmsilçisi və daşıyıcısı olmağın mənası nədir?"
Professor qeyd edib ki, bu məsələyə dair cərimə mexanizmi mövcud deyil: “Ortaya sual çıxır: bəs bu məsələnin qarşısını necə almaq olar? Vaxtilə Dilçilik İnstitutunun əvvəlki rəhbərliyi cərimə tətbiq edəcəyini bildirmişdi. Lakin əvvəlki rəhbərliyin də qeyd etdiyi kimi, cərimə mexanizmi yoxdur və bunun məsələni həll etməyəcəyi açıqdır. Çünki insanlar artıq bir çox məsələlərə görə cərimə ödəyirlər. Cərimə bunun üçün yaxşı bir çıxış yolu deyil. Ən yaxşı həll yolu dilə sevgidir, dilin dəyərini anlamaqdır. Ana dilində danışmağı özünə şərəf bilməkdir və həm də gözəl danışmaq insanı daha çox qürurlandırar.
Bu, evdən, ailədən, məktəbdən, ali məktəbdən başlanmalıdır. Həyatda insan özünü formalaşdırarkən, milli kimlik məsələsini beynində həll etməlidir ki, o, bu dilin daşıyıcısıdır, Azərbaycanın dövlətidir və onun dövlət dili Azərbaycan dilidir. Bu dilin istifadəsi isə insanın borcu olmalıdır. Məncə, bu məsələnin həlli inzibati tədbirlərdə deyil, yalnız və yalnız təbliğatda, insanların düşüncəsinə, davranışına təsir etməkdədir.
Azərbaycan dilinin statusunu artırmaq üçün ilk növbədə hər yerdə yaxşı danışmaq vacibdir. Bəzi işə götürənlərdə “işçi ingilis dilini yaxşı bilməlidir” yanaşması yanlışdır. Ola bilər ki, bəzi iş yerlərində xarici dil vacibdir, amma bu, xüsusi iş tələblərinə bağlıdır. Həyatın digər sahələrində isə insanlar öz dillərində danışmağa borcludurlar. Azərbaycan dilində danışmaq özünə hörmət göstərməkdir və bu həm də ictimai qınağa, ictimai təpkilərə səbəb olmalıdır. İctimaiyyətin bu məsələyə münasibəti Azərbaycan dilinin statusunun qorunmasına və yüksəldilməsinə xidmət etməlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
|