MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                 

Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Tarix: Bu gün, 09:10 | Çap et
Nə üzlə gəlmişdi, nə sözlə getdi
73 yaşlı amerikalı konqresmen Frenk Peloninin (Frank Pallone) ölkəmizdən o cür, urvatsız şəkildə yola salınması onun indiyədək xalqımıza qarşı etdiklərinin cavabıdır.

Bu adam illərdir ki, həyatını “erməni məsələsi”nə həsr edib. ABŞ konqresində ermənilərin xeyrinə nə qədər sənəd varsa, hamısının altında bu şəxsin də imzası var – “erməni genosidi” haqqında qanun layihəsindən tutmuş Qarabağ məsələsinə dair petisiyalara qədər.

ABŞ konqresində, eləcə də ayrı-ayrı ştatların parlamentlərindəki deputatların, demək olar ki, hamısı başqa-başqa ölkələrin lobbi qruplarına daxil olduğu və bu, ABŞ-də normal sayıldığı üçün Peloninin ermənipərəstliyi dünya hegemonunun qanunvericilik orqanında qıcıq doğurmur. Bu işi görərkən Peloni nə qədər qeyri-obyektivlik, qərəzkarlıq etsə də, açıq-aşkar tərəf tutsa da, bunu nə ona, nə də başqa birinə irad tutmurlar.

Adamın daxilində isə haqq-ədalətdən, hətta cəsarətlə demək olar ki, vicdandan əsər-əlamət yoxdur. Şübhəsiz ki, o, fəal siyasətlə məşğul olduğu ilk vaxtlardan, ötən əsrin 90-cı illərindən ta bu günə qədər Azərbaycan-Ermənistan münaqişəsinin bütün detallarını, ermənilərin ölkəmizin torpaqlarını 30 il işğal altında saxladıqlarını, Xocalı qətlimanın ağır nəticələrini, hər şeyi bilir. Ancaq bunu bilə-bilə bu adam qırmızı sifətlə yenə ermənilərin tərəfini tutursa, “siz də filan vaxt filan şeyi düz etməmisiniz” demirsə, demək, vicdansızdır.

Yəni Frenk Peloninin bu tutumu heç də təkcə erməni lobbisti olaraq erməni diasporundan maddi vəsait almasıyla bağlı deyil, onun içində şərə qulluq etmək azarı, xristian təəssübkeşliyi, müsəlman düşmənliyini mərəzi də var.

Hərdən biz demokratik və mədəni ölkələrin elitar təbəqəsinə mənsub olan yüksək ranqlı adamların çox nəcib insanlar olduğunu düşünür və yanılırıq. Onların sırasında da öz nəfsinə qul olan, yanlış düşüncələrinə əsir düşən, içlərinin xıltıyla yaşayan alçaq adamlar var. Belələrinin əlinə yüksək səlahiyyət keçəndə öz vətəndaşlarına qarşı xoşagəlməz hərəkət edə bilməsələr də, başqa ölkələrə münasibətdə bütün daxili idbarlıqlarını büruzə verirlər.

Bu baxəmdan COP29-un işində iştirak etmək üçün ölkəmizə gəlmiş Frenk Peloni indiyədək etdiklərinin cavabını aldı, adının yazıldığı transparantları gördü, qulağı “rədd ol” sədaları eşitdi.

İndi bir çoxlarına elə gəlir ki, bəlkə də Peloniyə qarşı barıtı bir az çox elədik. Başqa vaxt bizimkilər ölkəmizə yağı kəsilmiş məşhur əcnəbilərin fikrini dəyişdirmək, onları öz tərəfimizə çəkmək yolu tutardılar, bu dəfə elə olmadı.

Düzdür, 73 yaşlı konqresmen pişim-pişimlə yola gələnlərdən deyil. Hətta burada ona gələcəkdə bizim üçün lobbiçilik etməsilə bağlı müqavilə təklif olunsaydı, ABŞ-də təyyarədən düşən kimi brifinq keçirər, “Azərbaycanda məni rüşvətlə ələ almaq istədilər” deyərdi. İndi isə ən çoxu “məni Azərbaycandan qovdular” deyəcək.

Bu, onu göstərir ki, biz artıq özümüzü güclü, mövqeyimizi haqlı, belimizi bağlı sayırıq, Pelonini də heç Rusiyanın ölmüş deputatı Vladimir Jirinovski qədər ciddi fiqur saymırıq. Xatirinizdədirsə, həmişə bizə qarşı artıq-əskik danışan, postsovet ölkələrinə, o cümlədən Azərbaycana qarşı aqressiv çağırışlar edən Volfoviç bir dəfə Bakıya dəvət edildi, üzünə burada necə xoş baxdılarsa, adam Moskvaya qayıdandan sonra ölkəmizi digər SSRİ respublikalarına nümunə göstərdi.

Frenk Peloninin və onun kimilərin bənzər xidmətinə ehtiyac duymur, onlara havayı kürü yedirtmək istəmirik artıq. Bu, müsbət haldır.

Daha bir müsbət hal da odur ki, bizimlə düşmənçilik aparanları əvvəlki illərdə olduğu kimi “Allaha tapşırmaq” yolu tutmuruq.

1988-ci ildən ta güllələnərək öldürüldüyü 1998-ci ilin sabahkı gününə qədər, düz 10 il boyunca ermənilərlə nəfəs alan, onların hər şər işinə ortaq olan Qalina Starovoytova yadınızdadırmı? Bu qadın Rusiyanın Dövlət Dumasının məşhur üzvlərindən biriydi və ermənilərin sevimlisiydi, əleyhimizə gecə-gündüz iş aparırdı. Ona gücümüz çatmırdı, sözü düşəndə deyirdik, “Allah cəzasını versin”. Ancaq Qalina Starovoytovanın cəzasını axırda Sankt-Peterburqdakı evinin girəcəyində banditlər verdi, çünki bu qadın siyasi məsələlərdə qeyri-obyektiv olduğu qədər xarakteri etibarilə də tamahkar idi və öz intriqalarının qurbanı oldu. Maraqlıdır ki, bəzi media dairələri, hətta BBC kimi ciddi media qurumu Staravoytovanın ölümündə “Qarabağ izi” axtarsalar da, heç nə tapmadılar. Bir meddətdən sonra onu öldürən rusları tutub cəzalandırdılar, sifarişçinin kim olduğu isə ört-basdır edildi.

Əzizləndiyi yerə qaçan keçi kimi ildə iki dəfə Xankəndiyə gələn baronessa Kerolayn Koksa da gücümüz çatmırdı, nə onu bu qanunsuz səfərlərdən çəkindirə bilirdik, nə İngiltərədə kimsə baronessaya irad tuturdu. Artıq 4 ildir ledi Koksun ayağı üzrlü səbəbə görə Qarabağdan kəsilib. Yəqin ki, sabah o, Bakıdan keçməklə Xankəndiyə getmək istəsə Frenk Pelonidən artıq etirazla üzləşər. Çünki zamanında bizə çox pisliklər edib və onun etdikləri də unudulmayıb.

Bir sözlə, heyifimiz xalqımıza qarşı düşmənçilik edənlərdə qalmır.

Xalid KAZIMLI - musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru