Rusiya İstintaq Komitəsi sosial şəbəkələrdə yayılan video ilə bağlı cinayət işi açıb. Burada Moskva Maliyyə və Hüquq Universitetinin bir qrup tələbəsi, ehtimal olunur ki, azərbaycanlılar göstərilir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İstintaq İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin araşdırmanı şəxsi nəzarətinə götürüb.
Video görüntülərdə bir qrup tələbənin “Yaşasın Azərbaycan!” şüarları səsləndirərək universitet binasının pilləkənləri ilə aşağı enməsi əks olunub. Bununla belə, bir sıra Rusiya KİV-ləri və Telegram kanalları səs yazısında belə təxribat xarakterli çağırışlar səslənməsə də, gənclərin “Rusları öldürün!” şüarını səsləndirdiyini də iddia edirlər.
Videonu şərh edən istifadəçilərin fikirləri ikiyə bölünüb: bəziləri tələbələrin “Yaşasın Azərbaycan!” sözləri ilə məhdudlaşdıqlarını, digərləri isə ruslara qarşı zorakılığa çağırış etdiklərini iddia edir.
Daha sonra tələbələr Azərbaycan və universitetin bayraqları ilə birgə şəkil çəkdirərək sosial şəbəkələrdə yayımlayıblar.
“İnternetdə Azərbaycan bayraqları olan bir qrup şəxsin ekstremist şüarlar səsləndirdiyini əks etdirən videonun yayılması ilə əlaqədar Rusiya İstintaq Komitəsi hadisənin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün tədbirlər görüb.
Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət maddəsi ilə cinayət işi açıb”, - xəbərdə bildirilir.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, internetdə yayılan videonun universitetlə heç bir əlaqəsi yoxdur və tədris korpuslarından kənarda lentə alınıb.
“Lakin təxribatçıların bayraqlı, o cümlədən universitetimizin bayrağını əks etdirən fotoşəkil daha ətraflı araşdırmaya əsas verir. Rəhbərlik vəziyyəti həll etmək üçün ən ciddi tədbirləri görəcək”, - qurumun teleqram kanalında deyilir.
Yürüşün günahkarları universitetdən qovulacaq və hüquq-mühafizə orqanlarına göndəriləcək. Universitet nümayəndələri təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etdiklərini və "vəziyyəti aydınlaşdırmaq üçün bütün lazımi məlumatları" verdiklərini vurğulayıblar.