“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” .....                     Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI .....                     Tural Məmmədova vəzifə verildi .....                     Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb .....                     Global Media Group jurnalistlər üçün təlim təşkil edib .....                     Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... .....                     FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir .....                     Türkiyənin Zəngəzurla bağlı mövqeyi... .....                     “Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” .....                     Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı .....                     Makron Paşinyan üçün yeni "rol" hazırlayıb .....                     Kollec direktorunun kütləvi ixtisar qərarı... .....                     “Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     "Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" .....                     Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... .....                     Zəngəzurdan pay istəyənlərin sayı artır .....                     VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb .....                     Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? .....                     Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... .....                     "Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" .....                     "Dalaşırdım, döyürdüm, döyülürdüm.." .....                     Paşinyan əgər istəsə... .....                     Bu halda Əmək Məcəlləsi pozulur .....                     “Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” .....                     `Findex` lə sifariş etməzdən öncə düşünün... .....                     Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə .....                     Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq .....                     Yarımçıq saziş sülh gətirməyəcək .....                     Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ .....                     Talıbovun TİLSİMİ... .....                     Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost .....                     Dillər Universitetində GİZLİ MÜDAFİƏ .....                     Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur .....                     Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... .....                     Nikol Bakının önündə geri çəkildiyini elan etdi .....                     Makron dünyanı Azərbaycana qarşı qaldırır .....                     Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib .....                     3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti .....                 

Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... - İNCƏLƏMƏ
Tarix: Bu gün, 09:10 | Çap et
Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva...
Sentyabrın 26-da Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Aydın idi ki, BMT sessiyası çərçivəsində baş tutan görüşdə xüsusi nəticələr olması gözlənilmirdi. Amerika Birləşmiş Ştatları son aylar dövlət katibi və Dövlət Departamenti səviyyəsində bəyan edib ki, Azərbaycan və Ermənistanla sülh sazişi üzərində sıx işləməkdə maraqlıdır.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibinin iştirakı ilə keçirilən görüşündə tərəflər qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

“ABŞ dövlət katibi Azərbaycan və Ermənistan XİN rəhbərlərini davamlı və layiqli sülh yolunda əldə edilən irəliləyişi yüksək qiymətləndirib və sülh sazişini mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı səylərə çağırıb”. Dövlət Departamentinin yaydığı məlumatda belə bildirilib. Qeyd edilib ki, dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında isə Blinkenin hər iki naziri davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib, sülh sazişinin regiona sabitlik və rifah gətirəcəyini vurğulayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq.

Nazirlərin Nyu-York görüşünün təşkili, Paşinyanın son açıqlaması hələ yekun sülh sazişinin tezliklə imzalanacağı demək deyil. Nəzərə alaq ki, Ermənistan BMT tribunasından belə çıxış edir. Paşinyan İrəvana gələndə fərqli danışarsa, təəccüb doğurmaz. Sadəcə, COP29-a qədər Bakını sülh sazişi imzalamağa dəvət etməsi Ermənistan haqda beynəlxalq aləmdə sülhpərvər imici yaratmaq cəhdidir. Üstəlik, onun gələn ay Kazan səfəri var. Paşinyan BRİKS sammitində iştirak edəcək. Azərbaycan liderinin də tədbirdə iştirakı nəzərdə tutulub. Bu baxımdan Nyu-Yorkda nazirlərin görüşü olubsa, Kazanda da liderlərin Putinin təşəbbüsü ilə danışıqlar aparması istisna deyil.

Ümumiyyətlə, Cənubi Qafqaz uğrunda geopolitik mübarizə getdiyi bəllidir. Vasitəçilik uğrunda yarışda isə ABŞ geridə qalmaq istəmir. Təəssüf ki, ABŞ-ın neytral vasitəçi olmaq və erməni güc mərkəzlərinin təsirinə düşmədiyini demək mümkün deyil. ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı aktın müzakirəyə çıxarılmasını (“Artsax Gəlirlərinin Bərpası Aktı”-red.) yada salmaq kifayətdir. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff Azərbaycanın müsadirə edilmiş aktivlərindən “Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması və “didərgin düşmüş” ermənilərə kompensasiya vermək kimi axmaq təklifi gündəmə gətirib.

Bununla yanaşı, ABŞ-dakı şəxsi aktivləri ələ keçirmək və “artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi” də tələblər sırasındadır. Aydın məsələdir ki, Adam Şiff təkbaşına hərəkət etmir. Bu, ABŞ-ın Azərbaycana qarşı növbəti təxribatıdır. Şiff kimilərinə anti-Azərbaycan hərəkətləri üçün Bayden administrasiyası şərait yaradır. Belə bir anti-Azərbaycan mühitində Amerika administrasiyasının “ədalətli sülh sazişi” adı altında nələri nəzərdə tutduğu və tərəfsiz vasitəçi olması sual doğurur.

Məlumdur ki, Ermənistan hakimiyyətinin sülh danışıqlarının Qərb platformaları çərçivəsində aparılmasına tərəfdardır, Moskvanın vasitəçiliyini iqnor edir. Ermənistanın sülh danışıqlarında Qərb vasitəçilərinin iştirak etməsinə üstünlük verməsinin səbəbi ona dəstək verəcək xarici havadarlara ehtiyac olması ilə bağlıdır. Həmçinin Ermənistan bu yolla Azərbaycan üzərində təzyiqlərin artırılmasını istəyir. Rusiya da köhnə postsovet məkanında öz maraqlarından əl çəkmək fikrində deyil. Rusiya XİN Ermənistanın Moskva görüşlərindən imtina etməsinə loyal münasibət göstərməyə çalışsa da, dünənədək onun forpostu olan Ermənistanın indi onun təkliflərini rədd etməsini asanlıqla qəbullanmayacaq. O səbəbdən Moskvanın yenidən sülh masasının Moskva da qurulmasını təklif edəcəyi gözlənilir.

Ermənistana isə həm iqtisadi, həm siyasi təsir rıçaqları qaldığı halda Qərb İrəvanı Rusiyaya istənilən mövzuda qarşı çıxmağa ürəkləndirir. Azərbaycan Fransa istisna olmaqla istənilən ölkənin sülh vasitəçiliyinə (məsələn, Astana, Tiflis) normal baxır. Nyu-Yorkdan sonra “sülh bayrağını” Rusiyaya keçəcəyi gözləniləndir. Amma görək, ağaları Ermənistana icazə verəcəkmi? İstənilən halda, bu cür dartışma sülh prosesini irəli atmaqdan daha çox geri salır.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Blinken nazirlərin üçtərəfli görüşündən nəticə əldə etmək və ABŞ-da prezident seçkisinə qədər sazişin imzalanmasını istəyirsə, erməni həmkarını və onun vasitəsilə Paşinyanı Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır. “Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Tərəflər sazişdə bir-birlərinin ərazi bütövlüklərini tanımağa hazırdırlar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər. Dövlət Departamenti Paşinyana çağırış edib onu Konstitusiya dəyişikliyinə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq, əks halda üçtərəfli görüşün keçmişdəki görüşlərdən heç bir fərqi olmayacaq” deyə analitik belə proqnozlaşdırır.

Professor Qabil Hüseynli görüşlərin sürətlənməsini vacib sayır. Onun sözlərinə görə, Qərb Rusiyadan fərqli olaraq vasitəçilik təklif etmir və ikitərəfli danışıqlar modelini də dəstəkləyir: “Qərb Bakı ilə İrəvan arasında etimad mühitinin yaranmasını müşahidə edir, moderatorsuz müzakirələri üstün tutur”. Q.Hüseynli Rusiya masasında təşkil olunacaq görüşdən nəticə gözləmir və ikitərəfli danışıqları davam etdirməyi yeganə variant sayır.

Siyasi ekspert Ramiyə Məmmədova isə Paşinyanın COP29-a qədər sülh sənədi imzalamağa çağırış etməsini “erməni hiyləsi” adlandırır. Onun fikrincə, baş nazir guya sülh müqaviləsini imzalamağa tələsir, əslində isə Qərbə özünü sülhpərvər kimi sırıyır: “Paşinyanın piarı Azərbaycanın sülh istəmədiyi haqda saxta təsəvvür yaratmaqdır. Amma Ermənistan məğlub tərəfdir, diktə edə bilməz və konstitusiyaya düzəliş etməsə, sülh mümkün deyil. Sabah Paşinyan iqtidardan getdi, yeni hökumət gəldi, necə olacaq? Yeni hakimiyyət konstitusiyaya istinad edərək bildirəcək ki, Qarabağ Ermənistana birləşdirilməlidir. Bu ərazi iddiası qanunvericilik sənədlərində qalıbsa, sülh sənədi Ermənistan -Azərbaycan yox, Bakı-Paşinyan arasında saziş kimi olacaq”.

Hüquq müdafiəçisi Xəzər Teyyubluya görə, nazirlərin görüşü sülh danışıqlarında ciddi addım sayılmır: “ABŞ bu görüşü təşkil etməklə prosesdə irəliləyiş istəyir. Eyni zamanda, Rusiyaya nümayiş etdirir ki, onun təşəbbüsü ilə nazirlər bir araya gəlir. Fakt budur ki, Rusiyanın masasından Ermənistan imtina edir. Ona görə də hazırda ABŞ və Rusiya arasında sülh müqaviləsinin imzalanmasında kimin rolu olması uğrunda yarış gedir. Bu həm də Cənubi Qafqazla bağlı rəqabətin nəticəsidir. Çünki bölgədə nüfuz savaşı güclənib”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” - Əməkdar artist
Bu gün, 11:30
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Global Media Group jurnalistlər üçün təlim təşkil edib - FOTO
Bu gün, 11:08
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Bu gün, 11:04
FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir - İLGİNC FAKTLAR
Bu gün, 11:02
Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
Bu gün, 10:56
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Bu gün, 10:52
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı - “İki yol var”
Bu gün, 10:44
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Bu gün, 10:40
Kollec direktorunun kütləvi ixtisar qərarı... NARAZILIQ YARATDI
Bu gün, 10:38
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
Bu gün, 10:33
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 10:28
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" - İTTİHAM VAR...
Bu gün, 10:26
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... - ŞƏRH
Bu gün, 10:23
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
Bu gün, 10:21
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Bu gün, 10:19
Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? - Görünəni odur ki...
Bu gün, 10:17
Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
"Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:09
"Dalaşırdım, döyürdüm, döyülürdüm.." - VİDEO
Bu gün, 10:07
Paşinyan əgər istəsə... - AKTUAL
Bu gün, 09:56
Bu halda Əmək Məcəlləsi pozulur - Ekspert danışır...
Bu gün, 09:54
“Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” - deputat
Bu gün, 09:52
`Findex` lə sifariş etməzdən öncə düşünün... - ÇAĞIRIŞ
Bu gün, 09:47
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - NƏ ETMƏLİ?
Bu gün, 09:40
Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq - Başqa cür ola da bilməz...
Bu gün, 09:39
Yarımçıq saziş sülh gətirməyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:38
Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ - GİLEY
Bu gün, 09:35
Talıbovun TİLSİMİ... - Kreslosu niyə boş qalıb?
Bu gün, 09:22
Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost - Moskvadan göndərilən din xadimi Bakıda nə ilə məşğuldur?
Bu gün, 09:20
Dillər Universitetində GİZLİ MÜDAFİƏ - BU NƏDİ BELƏ?!
Bu gün, 09:17
Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur - NƏ BAŞ VERİR?
Bu gün, 09:13
Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... - İNCƏLƏMƏ
Bu gün, 09:10
Nikol Bakının önündə geri çəkildiyini elan etdi - GƏLİŞMƏ
Bu gün, 09:08
Makron dünyanı Azərbaycana qarşı qaldırır - Emanuelin məkrli planı
Bu gün, 08:52
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Bu gün, 04:45
3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Qarabağda 7 kəndə su çəkilir - 15 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 00:02
Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ - LÜTFƏN... NƏZƏRƏ ALIN...
26-09-2024, 14:16
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
26-09-2024, 14:16
COP29-a qədər sülh sazişi imzalanacaq? – Qabil Hüseynlinin ŞƏRHİ
26-09-2024, 14:12
Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib
26-09-2024, 14:09
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
26-09-2024, 14:08
Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... - HƏQİQƏTƏN DƏ...
26-09-2024, 14:00
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
26-09-2024, 12:00
Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi – SABAH MƏHKƏMƏ OLACAQ
26-09-2024, 11:49
Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır - MƏHKƏMƏ
26-09-2024, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru