MACARISTANDAKI SƏFİRLİYİMİZİN MÜHAFİZƏSİ GÜCLƏNDİRİLİB
Tarix: 5-09-2012, 14:21 |
Çap et
RƏSMİ BUDAPEŞT HƏRƏKƏTƏ KEÇDİ
ASALA erməni terror təşkilatının Azərbaycanın Macarıstandakı səfirliyini təhdid etməsi ilə əlaqədar ölkənin təhlükəsizlik orqanları səfirliyin binasının, səfirin rezidensiyasının həmçinin əməkdaşların yaşadıqları evlərin qarşısında mühafizə qüvvələri yerləşdiriblər.
Azərbaycan səfirliyindən Turan-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tez-tez diplomatlarla əlaqə saxlayır, şübhəli olan təhlükə ehtimalları barədə fikir mübadiləsi aparırlar.