“Bank VTB Azərbaycan”ın rəhbərliyinə təyinat olub - FOTO
Tarix: 7-11-2024, 15:48 |
Çap et
Polyakov İvan Nikolayeviç bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Maliyyə Departamentinin direktoru vəzifəsinə təsdiq edilib.
Banker.az xəbər verir ki, bu barədə qərar 2024-cü il noyabrın 5-də keçirilən Səhmdarlarının Ümumi Yığıncağında qəbul edilib.
Polyakov İvan Nikolayeviç 1979-cu ildə Leninqradda anadan olub. 2002-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsini bitirib.
Bank sektorunda iş təcrübəsi 2001-ci ildən başlayır. 2023-cü ilin oktyabr ayından VTB (Azərbaycan)-da Maliyyə Departamentinin direktoru vəzifəsinə təyin edilib.
2024-cü il noyabrın 5-dən Polyakov əvvəlki vəzifəsi ilə yanaşı, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü vəzifəsinə də təyin olunub.