Ağcabədinin icra başçısı rayonu belə qarət edir... - Bunun başqa adı yoxdur
Tarix: 9-02-2016, 08:20 | Çap et
Qarabağın işğalı və ölkəmizin hələ də müharibə vəziyyətində olması xalqımızın ən çox narahat olduğu, həlli uğrunda prezidentimizin ətrafında toplaşdığı problemlərdəndir. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, bölgələrdə, xüsusilə də,Azərbaycan ordusunun nəzarət etdiyi və cəbhə bölgəsinə yaxın ərazilərdə insanların yaşayış səviyyəsi yüksəkdə olmalı, yerli icra strukturları da bunun üçün əlindən gələni əsirgəməməlidir. Lakin təəsüflər olsun ki, bu tapşırıq və göstərişlərə heç də bütün icra başçıları əməl etmir, ya da öz vəzifələrinin icrasına yetərincə məsuliyyətlə yanaşmır. Qafqaznews.az saytı olaraq, daim bölgələrdə olan problemləri işıqlandırır, Qafqaz Xəbər Agentliyindən yardım istəyən şikayətçilərin dərdini dinləyirik.
Son zamanlarda ən çox müraciətlər aldığımız rayonlardan biri də Ağcabədi rayonudur. Xüsusilə də, RİH başçısı Şahin Məmmədovun laqeydliyindən və onun ətrafındakı şəxslərin bölgə əhalisini incitməsindən gileylənənlər az deyil. Bu yaxınlarda Afşar kəndinin sakinləri Qafqaz Xəbər Agentliyinə bildirib ki, Şahin Məmmədov icra başçısı təyin edildikdən sonra rayonun problemlərini həll etmək əvəzinə, kənd camaatını aldadıb, onlara boş vədlər verib. Sakinlər onu da bildirir ki, icra başçısı kəndə su çəkiləcəyini və yolların təmir ediləcəyini bildirsə də, verdiyi sözlərə hələ də əməl etməyib.Kənd sakinləri ölkə başçısına müraciət edərək, onları Şahin Məmmədovun zülmündən xilas etməyi xahiş ediblər.
Həmçinin, Ağcabədidə məskunlaşan laçınlı məcburi köçkünlər də redaksiyamıza müraciət ediblər: “Laçın rayonu erməni faşistləri tərəfindən işğal ediləndən sonra 1992-ci ilin may ayından biz Ağcabədi rayonun 1 saylı meşə zolağında məskunlaşmışıq və hal-hazırda həmin ərazidə yaşayırıq. 2010-cu ildə Ağcabədi rayonun Meşə Mühafizəsi və Bərpası müəsisəsinə Müzəffər Cəfərov müdir təyin edildiyi vaxtdan biz məcburi köçkün olan beş ailənin qara günləri başladı.Beləki,mal-qaramızın otarılması üçün hər il bizdən icarə haqqı adı ilə hər bir hektara 40 azn olmaqla 2010-cu ildə 50h, 2011-ci ildə 30h, 2012-ci ildə 30h, 2013-cü ildə 37h, 2014-cü ildə 47 ha-nın pulu alınmışdır.Baxmayaraq ki, bizdən bul nağd alınıb bizə heç bir qəbz və ya müqavilə verməyib.Müqavilə və qəbz istədikdə aramızda ciddi mübahisələr olub.
Azərbaycan Respublikasının demokratik, dünyəvi qanunlarına məhəl qoymayan, M.Cəfərov 2015-ci ilin fevral ayının 11-də şəxsi təsərrüfatımızda olan iki baş atı meşə ərazisindən apararaq iki yüz manat cərimə yazıb ki, guya atlarımız meşə zolağına ziyan vurub.Mübahisə olmamaq üçün həmin iki yüz manat cəriməni idarənin kassasına ödəsək də, atlarımızı iki ay həbsdə saxladı. Bu özbaşnalıq haqda Ağcabədi rayon İcra Hakimiyyətinə, Ağcabədi rayon Prokurorluğuna, Ağcabədi RPŞ-nə müraciət etsək də ” biz M.Cəfərova heç nə deyə bilmirik”dən başqa bir köməklik olunmadı”.
Şikayətçilər bildirib ki, Ağcabədi rayon Məhkəməsinin hakimi E.Quliyevin sədirliyi ilə 26.11.2015-ci il tarixdə keçirilən məhkəmə iclasında M.Cəfərovun iddiasının qismən təmin edilməsinə dair qətnamə çıxarıldı. Onların sözlərinə görə, M.Cəfərov məhz icra başçısı Şahin Məmmədovun himayəsi və xeyir-duası ilə bu cür əməlləri törədir. Rayonun Şənlik kəndində yerləşən kənd tam orta məktəbində sinif komplekti yaradıblar, pul ayrılıb, jurnal formal olaraq yazılır. Sinifdə uşaq yoxdur. Əgər bu məsələ yoxlanılsa jurnalda adları olan şagirdlərin faktiki olaraq olmadığı ortaya çıxacaq. Bu məsələ bir qədər əvvəl rayon prokurorluğunda olub, ancaq təhsil şöbəsinin müdirinin rayon prokurorluğuna getməsi ilə məsələ bağlanıb.
Ötən il mətbuata sızmış məlumatlardan birində deyilir: “Ağcabədi Rayon Təhsil Şöbəsinə inventarların satın alınması ilə bağlı 11 min manatlıq və avadanlıqların satın alınması ilə bağlı 7500 manatlıq tenderlərin qalibi olan “Abadlıq-MK” MMC-nin Təhsil Şöbəsində təsərrüfat hissə müdiri işləyən Əli Kazımova bağlı olduğuna dair əsaslı dəlillər mövcuddur. Belə ki, “Abadlıq-MK” MMC-nin rəhbəri Əli Kazımovun oğlu Musa Kazımovdur. Bu işbirliyi nəticəsində külli miqdarda yeyintiyə yol verilib. Tender əməliyyatlarında bu şirkətin qalib olmasına şöbə müdiri Mehdi Əhmədov şərait yaradıb…” Təbii ki, bu şübhəli əməliyyatlardan rayon rəhbərliyinin, o cümlədən şəxsən başçı Şahin Məmmədovun da xəbərdar olmadığı qətiyyən inandırıcı deyil.
Eləcə də, bu günlərdə rayonun orta məktəb müəllimlərindən yığılan pulların da son nəticədə məhz kimin büdcəsinə daxil olacağına dair suallar ətrafında rayon rəhbərliyinin düşünməsi heç də pis olmaz. Məlumatlarda bildirilir ki, bu gün Ağcabədi RTŞ-nin tabeliyində 60 artıq məktəb fəaliyyət göstərir ki, bu təhsil müəssisələrində çalışan müəllimlərin də ümumi sayı 3000 nəfərdən çoxdur. Belə çıxır ki, təhsil işçilərindən bir dəfəyə yığılan məbləğ 150 min manatdan az olmayacaq.
Bunun müqabilində isə, rayondan daxil olan açıqlamalarda bu gün Ağcabədidə fəaliyyət göstərən təhsil müəssisələrinin bir çoxunda vəziyyətin acınacaqlı olduğu vurğulanır. Ağcabədi rayon sakinləri: Nərimanov Nizami İnqilab oğlu, Alıyev Akif Yaqub oğlu, Hacıyev Şükür Mərkəz oğlu, Əhmədov Eldar Əli oğlu, Paşayev Rasim Əhmədalı oğlu da Şahin Məmmədovdan dövlət başçısına şikayət ediblər. Onların sözlərinə görə, Şahin Məmmədov onları sıxışdırır, sahibkarlıq fəaliyyətinə əngəl törədir: “Şikayətlərimiz mərhum prezidentimiz Heydər Əliyevin 25 iyul 1997-ci il tarixli fərmanı ilə qüvvəyə minmiş, vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan qanununun 5-6-7-ci maddələrinə zidd olaraq, şikayətçi olduğumuz Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun üzərinə göndərilir. Şahin Məmmədov sahibkarlarla görüşü zamanı çəkinmədən bildirib ki, sahibkarlardan alınmalı olan, torpaqlar üçün ona 5 “diplomat” çantada pul təklif edilib. Guya, onun söylədiyinə görə bu puldan o imtina edib.
Ancaq bu gün Şahin Məmmədov həmin torpaqların sahibkarlardan alınması üçün məhkəmə instansiyalarından istifadə edir”. Ağcabədi sosial müdafiə mərkəzinin işçisi Pərviz Əhmədov rayon icra hakimiyyətinin birinci müavini Rövşən Əhmədovun qardaşı oğludur. Pərviz Əhmədov mərkəzin sabiq müdiri Əbülfət Qasımovla əlbir olub rayon mərkəzində yaşayan vətəndaşlardan, ucqar kənd və qəsəbələrdə yaşayan vətəndaşlardan, üst-üstə 250 min manat pul alıblar. Onlar bu pulu onlara ünvanlı sosial müavinət düzəldəcəkləri adı ilə alıblar. Hazırda pul verən həmin adamların nə pulu qaytarılır, nə də ki, işi düzəldilməyib. Müdir Əbülfət Qasımov nazir Səlim Müslümov tərəfindən vəzifəsindən azad edildi. Ancaq bu qədər qanunsuzluqlara görə rayon prokurorluğu tərəfindən heç bir sorğu-suala məruz qalmadı. Bu günlərdə əldə etdiyimiz başqa bir məlumatda bildirilir: “Şahin Məmmədovun Ağcabədidə Pasay adlanan ərazidə əmisi qızının adına özəlləşmiş kupçası olan ticarət obyektləri var. Kolxoz bazarı yerləşən ərazidə yaxın qohumlarının adına rəsmiləşdirilmiş 6 yer var.
Həmin yerlər hazırda icarəyə verilib. Şahin Məmmədov şəhər məktəblərinin direktorlarını yığıb və tapşırıb ki, hər biriniz rayondakı qonaq evi üçün 150-manatlıq mürəbbə bişirtdirib təhvil verin, ya da ki, pulunu verin. Şahin Məmmədov rayonda 16 km-lik çuqun boru satdırıb. Rayon ərazisində cəmisi 3-dənə şirin su üçün artezian vuruldu. Həmin artezianlar icra başçısı tərəfindən çobanlara satıldı. Rayona içməli su çəkmək üçün alınmış xeyli sayda dəmir su borularını Şahin Məmmədov 1 milyona kimlərəsə satdı.
Şahin Məmmədov 2-ci dəfə dövlət büdcəsindən külli miqdarda pul ayırtdırdı və Ağcabədi camaatına içmək üçün Qarabağ kanalından su çəkdirdi. Bütün bu işlər rayondakı sahibkarların hesabına edildi. Büdcədən ayrılmış vəsaitlər isə icra başçısının hesabına yatırıldı. Ağcabədi suvarma sistemləri barəsində, su və melorasiya idarəsində, subartezian quyuları idarəsində Qıyamadınlı kəndindən Şahin Məmmədovun 50-yə yaxın qohumunun adına əmək haqqı yazılır. Onlar işə çıxmırlar, ancaq maaş kartları əllərində, hər ay əmək haqqı alırlar. Şahin Məmmədov əslən Ağcabədinin Qıyamadınlı kəndindəndir. Mənbə qeyd edir ki, rayonda tender oyunları gedir. Belə ki, maliyyə idarəsinin işçilərinin adına, uşaqlarının adına, yaxud yaxın qohumlarının adına tender elan edilir. Məsələn, işçi Çingiz Əliyevin oğlunun adına, Etibar Hüseynovun xalasının adına tender oyunu keçirirlər. O cümlədən, rayon təhsil şöbəsinə aid olan tenderi təsərrüfat müdiri Əli Kazımovun oğlunun adına, yol idarəsinə aid olan tenderləri, yol idarəsinin müdiri, Vidadi Cəfərovun oğlunun Fərid MMC-yə aid olan tender adlandıraraq həyata keçirirlər”.
Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
|