“Polimer Sənaye Parkı” fabrikinin işçiləri Səlim Müslümova müraciət etdi - İşçilərin haqqı tapdanıb...
Tarix: 24-11-2014, 10:02 |
Çap et
DİA.AZ: - "Siyəzəndə yerləşən “Polimer Sənaye Parkı” fabriki fəaliyyətini dayandırmış və yüzlərlə işçi öz hesabına məzuniyyətə buraxılmaq adı ilə işdən azad edilmişdir". Bu sözlər DİA.AZ-a fabrikin işçiləri adından edilən müraciətdə yer alıb.
İşçi haqlarını iddia edən “Polimer Sənaye Parkı” fabrikinin işçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovdan da kömək istəyirlər: "Bu zaman işçilərin sosial təminatına əməl edilməmişdir. Əmək qanunvericiliyinə əsasən müəssisəsinin təqsiri üzündən iş dayandıqda işçilərə əmək haqqının üçdə iki hissəsi ödənilməlidir.
Dövlət Əmək müfəttişliyi isə bu hallara göz yumur. Biz nazirdən dəstək istəyirik"
DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...