Laçının icra başçısından prezidentə şikayət – “İcra hakimiyyətinin qapılarını üzümüzə bağlayıb” – NARAZILIQ VAR
Tarix: 18-11-2014, 10:01 |
Çap et
DİA.AZ: - Laçın rayon Vağazin kənd sakini Əhmədov Rahib sözügedən rayonun icra başçısından prezidentə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət edib. Narazı vətəndaş bir nüsxəsi də DİA.AZ-a daxil olan ərizəsində bildirir:
“Hörmətli Prezident ! Yazıb Sizə bildirirəm ki, mən Ağcabədi rayon Taxta körpü qəsəbəsi adlanan ərazidə yaşayıram. Biz ailədə dörd nəfərik. Hal-hazırda acınacaqlı bir vəziyyətdə yaşayırıq. Ailədə heç bir yerdən gəlirimiz yoxdur. Mən fəhləlik edirəm.
Amma buna baxmayaraq evimizə olan tələbatı ödəyə bilmirəm. Kömək üçün neçə dəfələrlə Laçın rayonundakı idarə müdirinin qəbuluna getmişəm. Mənə yalan vədlər veriblər, amma heç bir köməklik etməyiblər. Soruşanda niyə mənə iş vermirsiniz – müxtəlif yayındırıcı cavablar verirlər...
Qəbul günləri İcra hakimiyyətinə gedirəm, məni qəbul etmir. Hörmətli Prezidentimiz! Bizim icra hakimiyyəti başçımız Səlimov Akif xalqımıza qayğı və kömək göstərmək əvəzinə icra hakimiyyətinin qapılarını üzümüzə bağlayıb”.
Daha sonra narazı vətəndaş DİA.AZ-a daxil olan müraciətində icra başçısının mövqeyindən sui-istifadə etdiyini də iddia edir:
“İcra başçısı Laçın rayon Qarqışlaq kənd sakinlərini məcburi köçürdüb, onların torpaq sahələrini zəbt etmişdir. Orada qanunsuz olaraq öz fermasını tikdirib”.
Qarşı tərəfi də dinləməyə hazırıq...