Köhnə qvardiya təmsilçiləri ilə yola davam, yoxsa tamam?! - Təhsil sisteminin xəstəliyi sağalmazdırmı?
Tarix: 4-11-2014, 08:52 | Çap et
“Təhsilimiz müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin “laboratoriya mərkəzinə” çevrilib. 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır.” Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son çıxışlarındakı bu və digər müddəalar, təhsilmizin çox ciddi problemlər yaşamasının yuxarı dairələr səviyyəsində belə, etiraf olunması təəssüratı yaratmaqla yanaşı, istər-istəməz bəzi narahatedici düşüncələrimizi də təzələyır.
70 illik, bəyənmədiyimiz, avtoritar adlandırdığımız rejimdə elm və təhsilimiz, mədəniyyət və incəsənətimiz özünün intibah dövrünü yaşadığı halda, müstəqil və demokratik sistemdə bu qədər problemlərlə üzləşməyimizə səbəb nədir? Nə baş verir, nəyimiz çatmır?
-Müstəqilliyimizin elə ilk illərindən “Azərbaycan Respublikasinın təhsil sahəsində İslahat Proqramı”nı qəbul etmişik; -2005 –ci ildən Bolonya prosesinə qoşulmaqla, Beynəlxalq təhsil sisteminə inteqrasiya edirik; -“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası-Milli Kurikulum” 2006-cı ildən tətbiq olunur; -Bir az gec də olsa “Təhsil haqqında” Azərbaycan Respublıkasının Qanunu təsdiq olunub; - “Qanun”la yanaşı, elə həmın 2009-cu ildə “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nin təsdiqi barədə Nazirlər Kabineti qərar verib; -Bütün tipdən olan təhsil müəssisələrinin fəəaliyətini tənzimləyən “Əsasnamə” və “Nızamnamə”lər, normativ- hüquqi aktlar, təlimatlar, qaydalar hazirlanaraq təsdiq olunub; -Müqavilələr, sazişlər, kreditlər, qrantlar, yardımlar, fondlar, dəstəklər, alt və üst komponentlər də ki, saymaqla bitmir; -Təmir-tikinti, maddi-texniki təchizat və digər infrastrukturlar sarıdan da korluq çəkmirik; -Dövlət büdcəsindən hərbidən sonra, ən çox vəsait məhz təhsilə ayrılır; -Prezidentin Fərmanı ilə “2007-2015 –ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul olunub; - 2020-ci ilədək dövrü əhatə edən Gələcəyə baxış İnkişaf Konsepsiyası, hələ 2012-ci ildən istifadəmizə verilib; -Bir ildən artıq müddətdir ki, Respublikamızda təhsilin inkışafı üzrə” Strategiya”mız da təsdiq olunub və artıq əsas hədəflərimiz də müəyyələşdirilib.
Bəlkə, “Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə iinkişafını təmın etmək”, “təhsil sahəsində dövlət tənzimləməsini həyata keçirmək”, “təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək”, ölkə başçısı tərəfindən təsdiq olunmuş “Əsanamə” ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək, Təhsil nazirliyinə deyil, hansısa başqa bir quruma həvalə edilmişdi? Bəlkə, zaman və məkanla ayaqlaşa biləcək kadrlarımız yoxdur? Yoxsa, kadr siyasətini obyektiv meyarlar əsasında qura bilməməyimiz və ja qurmaq istəməməyimiz, mövcud duruma düşməyimizin əsas baiskarıdır? Məsələ bundadır ki, təhsilimizin bu duruma düşməsində 15 il bu ali təhsil qurumuna rəhbərlik etmiş, sabiq nazir Misir Mərdanovunun suçu nə qədər danılmaz olsa belə, onun yaxın çevrəsinin məsuliyyətini danmaq da, bir o qədər insafsızlıq olardı. İı yarım bundan qabaq, sabiq təhsil naziri görəvdən alınanda, təhsilimizdə rəzalətlərlə dolu bir dövrün artıq başa çatması barədə ümidverici təəssüratlar yaranmışdı.Çoxları təhsilə yeni nəfəs gələcəyi, təhsilimizdə köklü dəyişikliklər ediləcəyi, xüsusilə də, kadr siyasəti sahəsində radikal addımlar atılacağı barədə fikir yürüdürdü. Lakin, ümidlər özünü arzuolunan səviyyədə doğrultmadı. Bir necə istisnalar olmaqla, kadr dəyişikliyi imitasiya predmetinə cevrilib, “yerdəyişmə” xarakteri aldı. Kimlərsə, bilavasitə Nazirliyin tabeliyində olan Təhsil Problemləri institutuna, kimlərsə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, kimlərsə də, aidiyyatı üzrə yerli təhsil orqanlarına təyinat aldı. Bəziləri vəzifədə kiçilsə də, təhsilin acınacaqlı duruma düşməsində ən böyük pay sahibi olan, digər bəzilərinin “toxunulmazlıq statusu” qüvvədə saxlanıldı. Saxta diplomlara və qanunsuz köçürmələrə rəvac verənlərin, dərsliklərimizi bərbad vəziyyətə gətirib, istifadəyə yararsiz hala salanların,uşaq bağçalarını “vağzallardakı saxlama kameralarına” döndərənlərin, texniki peşə təhsili anlayışını arxivə göndərənlərin, formal və qeyri-şəffaf müsabiqə və tender keçirənlərin, təhsilimizin məzmununu sarsıdıb, formasını bayağılaşdıranların böyük bir qrupunun Nazirliyin mərkəzi aparatında saxlanılıb, özlərinə isti yuva qurmalarına, “bulanıq suda balıq tutmaq” planlarını reallaşdırmaq üçün fürsət gözləmələrinə şərait yaradıldı. Bunun qaranlıq məqamları, bəlkə də çoxlarına məlum deyil və bunun işıqlandırılmasına ehtiyac da yoxdur. Hansı yollasa özünə “toxunulmazliq statusu” təmin edənlərdən biri–struktur dəyişıklıyi aparılana qədər “Strateji təhlıl, planlaşdırma və kadrların idarə olunması” kimi məsul bir şöbəyə rəhbərlik edən Fərzəli Qədirov “islahatın” yekununa əsasən “İnsan resursları” şöbəsində yerini daha da möhkəmləndirdi. Ardıcıl və sonu bitməyən əməlləri ilə Təhsil nazirliyinin onsuz da sarsılmış nüfuzuna daim xələl gətirən, “Mərdanovun sağ əli -Qədirov Fərzəli” kimi gündəmi zəbt edən bu məmur haqqında mətbuat səhifələrində nələr qalıb deyilməsin, hansı qalmaqallar olub adı cəkilməsin. Niyə də deyilməməli və adı çəkilməməli idi. Ixtisasca sıradan bir rus dili müəllimi, birdən-birə ağlasığmaz sıçrayış edərək, rayon metod kabinetindən Respublika təhsilinin flaqmanı sayılan Bakı şəhər Baş Təhsil İdarəsinə rəis müavini vəzifəsində irəli çəkilir. Rəisin müəmmalı gedişindən sonra, bu vəzifəni icra etmək ona həvalə edilir. Nəhayət yeni rəis müəyyənləşdikdən sonra, Fərzəli Qədirov Təhsil nazirliyində ən məsul və aparıcı şobələrdən birinə- “Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə” “dəvət” alır. 2006-cı ildə Bakı şəhər Baş Təhsil İdarəsi ləğv edilərək, Təhsil nazirliyinin yedək qurumuna-Bakı şəhəri üzrə təhsil idarəsinə çevrilməsi ilə əlaqədaq, şöbə müdirinin “qayğıları” bir az da artır. O, artıq yeni yaradılmış idarənin formalaşması və kadrlarla “təchiz” olunması tapşırığını yerinə yetirir. Orta məktəb direktorlarından seçilən yeni rəisin böyük idarəçilik təcrübəsinin nisbətən azlığından və həddən artıq mülayimliyindən yararlanaraq, Bakı təhsilinin idarə olunmasında və kadr siyasətində əsas fiqura çevrilir. Ibtidai sinif müəllimi olan həyat yoldaşını Bakının mərkəzi və nüfuzlu məktəblərindən birinə (164) direktor təyin etdirir. Həmin məktəb “İlin ən yaxşı məktəbi” nominasiyası üzrə qalib elan edilir. Məktəbin bir cox müəllimlərinə “İlin ən yaxşı müəllimi” və digər fəxri adlar verilir. Misir Mərdanovun himayədarlığı ilə, özü “Əməkdar müəllim” adı və “Dövlət qulluğunda fərqlənmə Nişanı” ilə təltif olunur. Oğlu Fəridin 473 balla (klassık qiymətləndirmədə 3.4) elə anasının direktor olduğu məktəbdən qızıl medala təqdim olunması ilə bağlı qalmaqal son vaxtlaradək gündəmdən düşmürdü və s. Sadalamaqla qurtaran deyil, başağrısı olar. Yazılı mediada ayaq tutub yeriyən “Misir Mərdanovun fərqli kadrları”, ” Mərdanovun kadrları Təhsil nazirliyini yan üstə qoyub”, “Təhsilimizin gözmuncuqları”, “Təhsil nazirliyinin dəstəbaşılarından biri”, “Təhsil nazirliyinin Fərzəli Qədirov problemi”, “Fərzəli Qədirovun müəllim biznesi”,”Fərzəli Qədirovun müəllim işləmək istəyənlər üçün qiymət cədvəli”, “Təhsil nazirliyində qiymətlər qalxdı”, “Məktəb direktoru Təhsil nazirliyinin şöbə müdirinə qarşı”, “Fərzəlı Qədirovun qızıl dövrü”, “Təhsil məmurunun qızıl medal fırıldağı”, “473 bala qızıl, 700 bala hədiyyə”, “Fərzəli Qədirovun oğlu hansı yolla qızıl medal alıb”, “Fərzəli Qədirovla bağli daha bir şok iddia”,”Fərzəli Qədirov ifşa olunur”,”Fərzəli Qədirov Nailə Rzaquliyevanı özünün əsas rəqibi qismində görməkdədir”, “Mikayıl Cabbarov Fərzəli Qədirovun öhdəsindən gələ bilmir” və s. bu kimi qəbildən olan sonsuz və davamlı cağırışlara, bu günədək reaksiya verilməyib. Nə olar, onsuz da alışmışıq. İctimai rəy, ictimai qınaq nə vaxt nəzərə alınıb ki. Görünür, ağız dolusu danışdığımız yeni baxış, yeni düşüncə, yeni yanaşma tərzi elə bundan ibarət imiş. Olmazdımı ki, Respublika təhsilinin “baş strategi” yan işlərlə məşğul olmaq əvəzinə, təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayının real təlabatı iki dəfə üstələdiyi halda,orta ümumtəhsil məktəblərimizdə hər il 3-4 min vakant yer yaranmasının səbəblərini təhlil edərdi. Bu qədər yeni məktəb və əlavə tədris korpuslarının tikilməsii fonunda, şagird kontingentinin kəskin surətdə azalması problemlərini araşdırardı və vəziyyətin normal hala salınması üçün konkret təkliflər hazırlayardı.
Axı, bu onun bir-başa funksional vəzifəsi idi. Onda, biz də tam əmin olardıq ki, məktəbdə işə düzələ bilməyən müəllimlərimizin neçə faizi mollalıq edir, nə qədəri taksi fəaliyyəti ilə məşğuldur, nə qədəri də körpülərin altında, qul bazarı adlanan sığıncaqlarda iş ələ keçirmək ümidi ilə növbəyə düzülüblər. Təhsildən kütləvi surətdə yayınan usaqlarımızdan da arxayın olardıq. Heç olmasa bilərdik ki, cinayətə, narkotikə qurşanmayıb, tinlərdə başlarını birtəhər girələməklə məşğuldurlar. Təəssüf və maraq doğuran başqa bir məqam da var. Təhsil Nazirliyi üçün nüfuzu çoxdan bəri sarsılmış və nazirliyin, onsuz da sarsılmış nüfuzunu sarsıtmaqda davam edən bir nazirlik məmurunun nüfuzunu qorumaq daha önəmlidir, yoxsa bütövlükdə ona etibar olunan təhsilimizin ? Nüfuzdan söz düşmüşkən. Elə, bu tədris ilinin başlanğıcında Təhsil nazirliyinin digər bir “nüfuzlu kadrı” – Monitorinq və qiymətlədirmə şöbəsinin könə qvardiya üzvlərindən olan Nəbi Mahmudov adlı birisi Binəqədi rayonundakı 83 saylı liseyə direktor göndərilib. Liseyin direktoru Yaqut Sadıqova adlı xanım isə, bunun müqabilindəYasamal rayonundakı 13 saylı məktəbə köçürülüb. Kimdir Nəbi Mahmudov? Qısa desək, elə həmin 83 sayli liseyin keçmiş direktoru. Bir az uzatsaq, məlum olacaq ki, “odda yanmaz, suda batmaz” kateqoriyasına (başqa ifadə üsulu tapa bilmirəm) aid olan bu şəxs, 90-cı illin əvvəlində bir mərhum akademikin xahişı iləmi, təkidi iləmi, Akademiyanın fizika riyaziyyat institundan adı çəkilən məktəbə direktor gətirilib və “sehrli çubuğun möcüzəsi” sayəsində, məktəb dərhal liseyə cevrilib. Liseyin “çicəklənmə” dövründə daha “güclü əllər” Nəbi müəllimi tutduğu postu boşaldıb, yerini digərinə, yəni Yaqut Sadıqovaya təhvil vermək zərurəti qarşısında qoyublar. “Sədaqət andı” icənlər Nəbi müəllimi də işsiz buraxmayıblar. Onu Nazirlikdə yeni yaranan “Monitorinq və qiymətlədirmə” şöbəsində yerləşdiriblər. İndi, deyəsən vəziyyət bir az dəyişib. Nəbi Mahmudov yenidən öz “doğma obyektinə” qaytarılıb. Yaqut Sadıqova isə, bir az kənara, Yasamal rayonuna getməyə razılaşıb. Paradoksa diqqət yetirin. Təhsil nazirliyinin, elə bu ilin aprelində təsdiq etdiyi “Qaydalar”da sıravi müəllimin yerdəyişməsi üçün 20 üzücü qayda tətbiq olunduğu halda, məktəb direktorları nəinki bir məktəbdən digərinə, hətta başqa rayona belə sakitliklə və maneəsiz köçürülürlər. Kadr sahəsindəkı bu məntiqi başa düşdünüzmü? Misir Mərdanovun Qaradağdan Suraxanıya, Nizamidən Tərtərə, Gəncədən Sumqayıta analoqu olmayan köçürmə ənənəsi, bu gün də qüvvəsini itirməyib və uğurla davam etdirilir. Çünki, köhnə qvardiyanın Fərzəli Qədirov kimi təmsilciləri, Təhsil nazirliyində hələ də söz sahibi olaraq qalırlar.
P.S. Bu köçürmə söhbəti, bir filmdəki epizodu yadıma saldı: “Hanı Peykanlının mərdi. Burda bir kişi yoxdur ki,.. “ Yəni Yasamal rayonunda direktorluğa layiq bir kəs yoxdur ki ora başqa rayondan direktor gətirilir. Nadir İSRAFİLOV
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|