QAZAX SAKİNLƏRİNİ QIŞDA ÜŞÜMƏ TƏHLÜKƏSİ GÖZLƏYİR
Tarix: 20-11-2013, 08:45 |
Çap et
YERLİ RƏHBƏRLİK ELƏ EDİR Kİ, İNSANLAR YAŞILLIQLARI HƏDƏFƏ ALSINLAR
DİA.AZ: - Prezident seçkilərindən sonra özlərini daha da qaba aparmağa başlayan bəzi icra başçıları yerlərdə sanki məqsədli şəkildə narazılıq toxumları əkməkdədirlər. elə son günlər redaksiyamıza ünvanlanan vətəndaş şikayətlərinin artmasından da anlaşılanı budur.
DİA.AZ-a müraciət edən Qazax rayon sakinləri yerli icra strukturlarının məsuliyyətsizliyindən və əhalini narahat edən problemlərə biganəliyindən, məmur özbaşınalığından şikayətçidirlər. Sakinlərin redaksiyamıza ünvanladıqları şikayət çəktubunda deyilir:
“Qazax rayon mərkəzində ən böyük yaşayış massivi olan “Təzə Məhlə” deyilən ərazidə sakinlər demək olar ki, təbii qaz üzünə həsrət qalıblar. Xüsusən M. Ə. Rəsulzadə küçəsinin sakinləri günlərdir ki, heç şam kimi də yanmayan qazın ümidinə qalıblar. Nəzərə alsaq ki, həmin ərazidə 500- dən çox ailə var, problemin nə qədər ciddi olduğu anlaşılar”.
Sakinlərin bildirdiyinə görə, problemlə əlaqədar şikayətləri dinləyən tapılmır. Qaz-istismar idarəsindən isə, belə bir problemin əsla olmadığını bildirirlər. Hər halda, havaların soyuduğu ərəfədə əhalinin təbii qazla təmin olunmasında problemin yaradılması məqsədli şəkildə meşələrin, yaşıllıqların qırılmasında rəvac vermə kimi anlaşılır. Çünki sakinlər üçün başqa bir yol göstərilmir.
Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…