Gəncə Ruhi Əsəb Dispanserində ƏSƏBİ AB-HAVA... - İLGİNC İDDİALAR...
Tarix: 9-12-2021, 09:28 | Çap et
Gəncə şəhərində fəaliyyət göstərən Rayonlararası Psixonevroloji Dispanserin xanım rəhbəri barədə ciddi məlumatlar yayılıb. Bu ünvanda cərəyan edən rüşvətxorluq və digər ciddi qanun pozuntuları dövrü mətbuatda əvvəlki illərdə daha çox yayımlansa da, 2016–cı ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsində CM-nin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi açılmaqla yapışdığı kürsüdən qoparılan sabiq baş həkim Yaşar Əliyevin xələfi də deyəsən kimsədən geri qalmır.
Demokratik.Az-ın məlumatına görəı, hazırda Gəncə Rayonlararası Psixo-nevroloji Dispanserinə baş həkim təyin olunmuş Hüseynova Tərlan Məmməd qızınının da barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etdiyinə görədə cinayət işi açılıb.
Bu barədə məlumatlara ölkənin aparıcı media orqanlarında 2018-ci ilin noyabr ayının əvvələrində yaydığı xəbərlərdə rast gəlinir. Amma xanım həkim barəsində cinayət işinin açılmasına baxmayaraq, onun bu gün də Gəncə şəhər Psixonevroloji Dispanserində rəhbər təyinatda saxlanması, kimlərinsə himayəsilə öz prinsiplərinə də güc-qanad verməsi təəssüf doğurur. Eləcə də onsuz da bataqlığa bənzəyən Gəncə səhiyyəsinin sanki şəffaf kadr çatışmazlığı kimi karikatur mənzərə yaradır. Bu fakt Səhiyyə sistemində korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığının da bir görüntü olduğuna dəlalət edir.
Qısa araşdırma etdikdə məlum olur ki, Tərlan Əhmədova sabiq səhiyyə naziri Oqtay Şirəliyevə uzanan isti əlaqəli həkim kimi tanınıb. Məlumatlara görə sabiq nazirin dövründə, Tərlan Hüseynova Gəncə ş, Abbas Səhhət adına xəstəxananın poliklinikasında baş həkim işləyib. Həmin dövrlərdə belə, Səhiyyə Nazirliyi onun bir çox gizlin əməllərinə göz yumub. Sonradan onun poliklinikadan sözügedən ünvana baş həkim gətirilməsi də onun mötəbərliyindən xəbər verir.
Demokratik.Az-a daxil olan məlumata görə, Gəncə şəhər Psixonevroloji Dispanserində cari ilin müvafiq dövrü üzrə, Oqtay Şirəliyev Səhiyyə naziri vəzifəsindən azad olunduqdan sonra dövlət satınalmaları yolu ilə həyata keçirdiyi malların və xidmətlərin satınalmaları diqqət çəkir.
Araşdırmalara əsasən, Gəncə şəhər Psixonevroloji Dispanserinin Tender Komissiyasının nəinki sabiq nazirin dövründə, hətta indi də keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntuları mövcuddur. Burada bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsindən tutmuş, satın alınan malların (xidmətlərin) qiymətlərinin gizlədilməsinə şübhə yaradan bir çox qanunsuz əməllərə yol verilir.
Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələri bəlli olmayan kotirovka sorğuları barədə məlumatların gizlədilməsi bir reallıqdır.
Onlar hansılardır? İstehlakyonlü üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mətbəə üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Digər mallar üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Kommunal xidmət üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Gigiyena və sanitariya üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Dəftərxana üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mühafizə xidməti üzrə 22.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Komunal xidmətlər üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Digər mallar üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mətbəə mallari üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Dəftərxanavə təsərufat malları üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Bu kotirovka sorğularının keçirilməsi barədə elanlar Dövlət satınalmalarının rəsmi portalına göstərdiyimiz tarixlərdə yerləşdirilmişdir. Lakin elan olunmuş, keçirilmiş kotirovka sorğularının nəticələri, ya müqavilələrin bağlanması, ya da ləğv olunması barədə məlumatlar Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilməməmiş, dolayısı yollarla gizlədilmişdir.
Buna Səhiyyə Nazirliyinin və xüsusilə də Gəncə İcra Hakimiyyəti və tabeliyindəki Səhiyyə İdarəsi də göz yuma bilər. Çünki, “qalib” şirkətlərin sözügedən nazirlikdə kimlərə məxsus olması, yaxud da baş həkimin yaxınlarının adına yaradılmış MMC-lərin sirri burada açıla bilər. Amma İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu kimi qanunsuzluqlara necə rəvac verib, niyə göz yumub bəlli deyil.
Gəncə şəhər Psixonevroloji Dispanserinin Tender Komissiyasınin keçirdiyi kotirovka sorğuları barədə Dövlət satınalmalarının rəsmi portalında ümumiyyətlə heç bir məlumat yerləşdirilməyib. Bu da, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin pozulması deməkdir. Amma Dispanserin baş həkimi Tərlan Hüseynovanın sadalanan hallar maraqlandırmır.
İddialara görə, bu işlərdə maraqlı şəxslərdən biri də Səhiyyə İdarəsinin rəhbəri Nazim Əhmədovdur. Elə Tərlan Hüseynovanı da baş həkim postunda qoruyan şəxs həm də adıkeçən səhiyyə işçisidir. Axı, hər iki şəxs Abbas Səhhət Xəstəxanasında birlikdə çalışıblar, biri poliklinika müdiri, digəri də baş həkim olub. Nazim Əhmədovun Tərlan Hüseynovanın baş həkim təyinatında və saxlanmasında rolu var.
Yəqin ki, bu qanunsuzluqluqlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətlilərini də narahat etmir. Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev bəlkə də baş verənlərin fərqində deyil. Amma o, Gəncə şəhər Psixonevroloji Dispanserində baş verənlərdən, nöqsanlı xanım baş həkimin vəzifədə hansı məcburiyyətlə saxlanmasına mütləq aydınlıq gətirməlidir.
Strateji dispanserə rəhbərlik edən Tərlan Hüseynovanın da deyilən faktlara fərdi açıqlaması maraqlı olardı...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|