Əbülfəs Qarayevin yerinə kimi gətirirlər? - İDDİA
Tarix: 26-05-2020, 07:55 | Çap et
Mayın 21-də prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan mədəniyyət naziri Əbülfəs Qarayevin yerinə hələ təyinat olmayıb. Azərbaycanın uzunömürlü nazirlərindən biri olan Ə.Qarayev son 14 ildə mədəniyyət naziri sahəsinə rəhbərlik edirdi. Mayın 8-də DTX-nın nazirlikdə keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovun və idarə rəisi Zakir Sultanovun həbsindən sonra Ə.Qarayevin taleyi həll olunmuşdu.
İndi mədəniyyət cəmeəsində əsas suallardan biri yeni nazirin kimin ola biləcəyi və mədəniyyət sahəsində bərbad vəziyyətin necə tənzimlənəcəyi ilə bağlıdır. Bu səbəbdən ictimai diqqət bu nazirlikdə gedən proseslərə yönəlib.
Mediada verilən xəbərlərə görə, mədəniyyət nazirinin səlahiyyətləri nazirin birinci müavinini Vaqif Əliyevə həvalə olunub. Bu iddiadan sonra V.Əliyev haqda tənqidi yazılar artıb, onun da nazirlikdə yaranmış vəziyyətə görə məsuliyyət məsələsi gündəmə gəlib. Mədəniyyət Nazirliyindən isə bildirilib ki, nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib. “Hazırda mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər” deyə, xəbərdə bildirilir.
Musavat.com xəbər verir ki, Mədəniyyət Nazirliyi 6 iyun 2018-ci ildə qəbul olunmuş əsasnaməsində nazir və müavinləri haqda bənd var. Əsasnamənin 5.7 bəndində deyilir ki, “nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə həvalə edə bilər”.
Əsasnamənin 5.10-cu bəndində isə Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib. Mədəniyyət nazirin rəhbərlik etdiyi kollegiyaya nazirin bütün müavinləri(sayları 3-dür), Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru daxildir. Kollegiyanın tərkibini o zamankı baş nazir Novruz Məmmədov 2018-ci ilin sentyabrında təsdiq edib.
Məşhur akademikin qızı-Sevda Məmmədəliyeva
Əvvəlcə, mədəniyyət nazirinin hazırda işləyən iki müavinindən biri-geniş ictimaiyyətin az tanıdığı Sevda Məmmədəliyeva haqda məlumat verək. S.Məmmədəliyeva 1946-cı il noyabrın 14-də Bakı şəhərində akademik Yusif Məmmədəliyevin ailəsində anadan olub. Bakı şəhər 2 saylı Uşaq Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub və 1967-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Milli Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra Akademiyanın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışıb. 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyib. Fəlsəfə elmləri doktoru, professordur. 1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi iştirak edib. 1999-cu il ildən mədəniyyət nazirinin müavinidir. Mədəniyyət sahəsində digər xidmətləri olsa da, aydındır ki, 74 yaşı səbəbindən onun nazir postuna gətiriləcəyi gözlənilmir. Məlumata görə, ümumiyyətlə yeni nazir təyinatından sonra nazirlikdə ciddi dəyişikliklər olacaq və müavinlə də yeni kadrlarla əvəz olunacaq.
Vaqif Əliyev də yola salınacaq
1953-cü ildə Naxçıvanda anadan olan 67 yaşlı nazir müavini Vaqif Əliyevin də nazir postunu tuta biləcəyi haqda ehtimallar çətin ki, gerçəyi əks etdirsin. V.Əliyev 1994-2003-cü illərdə gənclər, idman və turizm nazirinin birinci müavini , 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, 2011-ci ildə mədəniyyət və turizm nazirinin birinci müavinidir. Prezidentin 18 may 2018-ci il tarixli sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Xalq artistinin nazir arzusu
Xalq artisti Afaq Bəşirqızı olke.az saytına mədəniyyət naziri kimi görmək istədiyi şəxs barədə bunları deyib: "Mədəniyyət sahəsinə təyin olunan adam mütləq mədəniyyəti, onun içini bilməli, mədəniyyət xadimlərini tanımalı, musiqi, teatr kimi sahələrə bələd olmalıdır. Ora elə insan təyin edilməlidir ki, ətrafına dəyərli mütəxəssislər yığa bilsin. Hansı ki o mütəxəssislər çox böyük zərbə ilə dağıdılıblar, pərən-pərən salınıblar. Mənim özümün bir fikrim var və bu, illərin təcrübəsidir. Sumqayıt teatrında15 il işləmişəm və o teatr heç vaxt bina görməyib. Vaqif Əliyevin Sumqayıta icra başçısına təyin olunandan sonra onun teatra insanlara göstərdiyi misilsiz xidmət də yadımdadır. Vaqif müəllim şəhərə rəhbər təyin olunandan sonra teatra evlər verildi, bina verildi və bütün bunlar Vaqif Əliyevin zəhməti idi. Mən bu postda Vaqif Əliyevi və Qənirə Paşayevanı görərdim. Qənirə Paşayevanın da işgüzarlığı, insanlara olan münasibəti göz önündədir".
Sonda mədəniyyət nazirinin kimin təyin ediləcəyi barədə qərarın birbaşa dövlət başçısının səlahiyyəti daxilində olduğunu xatlırladaraq, qeyd edək ki, yeni naziri heç də asan iş gözləmir və onu bu vacib sahədəki problemləri həll etmək kimi məsuliyyətli iş gözləyir. Bu məsuliyyətin altına girəcək o şəxs də nazir olacaq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|