Cəlilabadda PANDEMİYA "qaranlığı": - "190 manat gecələr paylanır"
Tarix: 25-04-2020, 11:24 | Çap et
Pandemiya ilə bağlı ölkə rəhbərliyinin atdığı addımlar ilk gündən xalq tərəfindən böyük rəğbətlə qarşılandı. Buna görə də ölkə rəhbərliyinin təyin etdiyi qrafik üzrə həyatlarını qurmağa başladılar. Onlar əmin idilər ki, ölkə rəhbərliyi heç vaxt bu ağır günlərdə onlara laqeyd yanaşmaz. Belə də oldu... Amma onların ümidlərini sındıran məmur özbaşınalıqları oldu. Məmurlar bu məsələdən də öz maraqları naminə istifadə etməyə başladılar. Pandemiyanın ilk günündən Azərbaycanda məmurların fəaliyyətini izləyənlərdən biri də bəndənizdir. Təsəvvür edin ki, Bakı şəhərindən tutmuş ən ucqar rayonlara qədər bu məmurlar sanki eyni çubuğun qalxıb-oturması ilə fəaliyyət göstərirlər. Onlar öz hərəkətlərində yol verdikləri özbaşınalıqlara görə isə ölkə rəhbərliyinin imicinə zərbələr vururlar. Xüsusilə, pandemiya ilə bağlı yardımların və 190 manatın verilməsi məsələsində...
Düşünürəm ki, bunlar niyə bu addımları atırlar? Hesab etmirəm ki, kortəbii edirlər. Buna oxşamır. Onlar bilirlər ki, bu addımları atmaqla ölkədə ölkə rəhbərliyinə qarşı xalqın məhrəm münasibəti mənfiyə doğru gedəcək və bütün bunların ölkə rəhbərliyi tərəfindən həyata keçirildiyi qənaətinə gələcəklər. Amma xalq düşünə bilmir ki, ölkə rəhbərliyinin onlara çatacaq 190 manatdan nəsə götürmək nəyinə lazımdır. Bir də düşünürəm ki, bu məmurlar nə qədər Allahı unudub ki, xalqa verilən bu yetim payına da əl uzadırlar. Adam dəhşətə gəlir. Nə qədər haramzadə olasan ki, xalqın bu ağır günündə bu cür şərəfsiz addımlara gedəsən... Burada iki əsas məqam özünü göstərir: Birincisi, xalqı ölkə rəhbərliyinə qarşı aqressivləşdirirlər; ikincisi isə xalqın bu ağır günündə də ona ayrılan yardımdan pul götürüb öz haram yolla yığdıqları sərvətləri artırırlar.
Bunları elə-belə yazmıram. Anadan olduğum Cəlilabadda bu sahədə daha irəli gediblər. Rayonda baş verənlər sanki Rayon İcra hakimiyyətinin vecinə deyildir. Halbuki bu məsələyə onlar nəzarət etməli və yardım, 190 manat məsələsində baş verən eybəcərlikləri aradan qaldırmalıdırlar. Onlara dəfələrlə şikayət etsək də, xeyir yoxdur. Bu da sübut edir ki, onlar vahid bir mərkəzdən idarə olunurlar. Kimdir bunlar?
Bunlar bu ağır gündə ölkəmizə qarşı xalqda aqressivlik yaratmaqla nə istəyirlər? Bax, sual da budur!!! Məsələn, bizim Cəlilabad rayonu Ağdaş ərazi nümayəndəliyi üzrə maksimum 40-nəfərin bu yardımı və 190 manatı almaq hüququ olduğu halda, 400 yüzdən artıq adamın adı yazılaraq rayon icra hakimiyyətinə və məşğulluq idarəsinə verilmişdir. Bu adamların böyük hissəsi tanışlıq yolu ilə yazılıbdır. Onların əksəriyyətti təminat baxımından çox yaxşı yaşayırlar. Bəzi ailələr var ki, Rusiyada yaşayırlar, amma adları siyahıya salınıbdır. Sadəcə bura vətəndaşları olduqları üçün adlarını yazıb onların adına olan pulları, yardımları özləri mənimsəyirlər.
Eyni zamanda, o şəxslər ki, yardım və 190 manat düşür, onlardan rüşvət istəyirlər. 190 manatdan ya 30 manat, ya da ki, 40 manat tuturlar. Məsələn, kəndlər üzrə elə adamlara yardım edirlər ki, əslində onlar imkanlı şəxslərdir və onlar camaata yardım etməlidirlər. Sadəcə, onlar bu yardımı verən adamlara yaxın insanlardır, onların qohum-əqrəbalarıdırlar. İmkansızlar da buna uzaqdan tamaşa edirlər, səslərini çıxara bilmirlər. Onları hədələyirlər və bildirirlər ki, bizə bunu yuxarıdan tapşırıblar. Kimə istəyirsiniz, şikayət edin, kimsədən qorxmuruq. Məsələn, yetim-yesirdən Soyuqbulaq kəndində cəmi iki nəfərə, Vənlik kəndində üç nəfərə, Fətullahqışlaq kəndində bir nəfərə, Hacıcavad kəndində bir nəfərə, Çünzəli kəndində iki nəfərə yardım vermişlər. Ağdaş və başqa kəndlərdə də eyni vəziyyətdir. Onların hər birindən də 30-40 manat pul tuturlar. Onu da qeyd edək ki, bu kəndlərdə tək qadın və kişilər, imkansız ailələr sıyahı üzrə onlara təqdim olunubdur. Bu siyahı kənarda qalıbdır. Özlərinin isə böyük siyahısı vardır. 190 manatı isə adətən gecə qaranlıq düşəndə paylayırlar ki, başaqları xəbər tutub birdən Azərbaycan Respublikasının Prezidentinin saytına yaza bilərlər. Öz adamlarına da bərk-bərk tapşırırlar ki, kimsəyə deməsinlər...
Bütün bu cür hərəkətlər isə onların adına deyil, ölkə başçısının adına yazılır. Çünki pandemiyaya qarşı bu tədbirlər məhz onun göstərişi əsasında həyata keçirdirilir. Amma rüşvətə bulanan, millətin ağır günündə də nəfsini boğa bilməyən məmurlar və onların yerlərdə nökərləri millət verilən bu paydan da oğurluqlar edir, dövlətin imicinə zərbələr vururlar. Millətdə dövlətə inamsızlıq yaradan bu məmur təbəqəsi ifşa olunmalıdır. Hesab edirik ki, biz bu yolda aktiv olmalı və Cənab Prezidentə dəstək nümayiş etdirməliyik. Əminik ki, yazdığımız bu yazı öz nəticəsini verəcəkdir!!!
"20 yanvar" Əlilləri Cəmiyyətininin Cəlilabad Rayon Şöbəsi üzvlərinin adından Təyyar Cavadov //miq.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|