“Azəristiliktəchizat” sakinləri hədələməyə başladı - NARAZILIQ...
Tarix: 2-04-2020, 09:35 | Çap et
Dövlətin vətəndaşlarının qayğısına qaldığının nümayiş etdirildiyi bir vaxtda bu qurumun sakinləri soyuqdan qırmaqla hədələmə kimi təxribatçı addımı başadüşülən deyil
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq ölkədə tətbiq edilən karantin rejiminin sərtləşdirildiyi və martın 31-dən aprelin 20-ə qədər market və digər ərzaq mağazaları və əczaxanalar istisna olmaqla, əhalinin evdən bayıra çıxması qadağan olunduğu, bunun müqabilində dövlətin bir sıra güzəştlər hazırladığı bir dövrdə bəzi strateji əhəmiyyətli təşkilatlar əhalini göstərilən xidmətləri dayandırmaqla hədələyir. Bu hallar isə dövlətin bütün vətəndaşlarının qayğısına qaldığının nümayiş etdirildiyi bir vaxtda istər-istəməz əhali arasında narazılıq yaradır.
Misal üçün qeyd edək ki, bayram günlərində “Azərişıq” ASC-nin Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində “İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” məzmunlu elanlar barədə mediada xəbərlər yayılmışdı. Bu xəbərlərə bir-iki gün gec olsa da, “Azərişıq”dən reaksiya verildi və ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti olmadığını, həmin məlumatların həqiqəti əks etdirmədiyini və cəmiyyətdə çaşqınlıq yaratmağa hesablandığını bəyan etdi.
Hazırkı durumda özbaşına kiminsə elan çap etdirib binaların bloklarına, mənzillərin qarşısına elan asması ehtimalının bir qədər həqiqətəuyğun olmadığını sakinlər daha yaxşı bilsələr də, “Azərişıq” ASC tərəfindən verilən təkzib və bu elanların davamının gəlməməsi cəmiyyətdə bir qədər rahatlıq yaratdı. Lakin iş yerlərinin fəaliyyətinin dayandırıldığı və əhalinin əksər təbəqəsinin evdə qalmağa çağırıldığı, karantin rejiminin gətirdiyi qadağalara uyğun olaraq yüzlərlə təhsil müəssisələrinə istilik enerjisinin dayandırıldığı bir vaxtda “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) mövcud qeyri-müəyyən vəziyyətdə əhalinin üstünə “hücuma keçib” və qurum adından paytaxtın bəzi rayonlarında binaların bloklarınn giirşlərinə xəbərdarlıq elanları yapışdırılıb. AzToday.az xəbər verir ki, Suraxanı rayonu ərazisindəki binaların bloklarına yapışdırılan elanın məzmunu isə bu şəkildədir: “Azəristiliktəchizat” ASC. SAKİNLƏRİN NƏZƏRİNƏ. Xahiş edirik 3 gün müddətinə istilik borclarınızı ödəyəsiniz. əks təqdirdə 29.03.2020-ci il tarixdə binanın istilik təchizatı dayandırılacaq”.
Nədir bu? Hazırkı durumda bunu bir adı ola bilər: Dövlətin bütün vətəndaşlarının qayğısına qaldığının nümayiş etdirdiyi, kommunal borclarla bağlı güzəştlər ediləcəyi barədə sevindirici xəbərlərin yayıldığı bir vaxtda onsuz da mənbəyi bəlli olmayan bəla ilə əlləşən mövcud hakimiyyətdən əhalini narazı salmaq. Təəssüf doğuran odur ki, evdə qalmağa məcbur olan sakinləri həm də soyuqdan qırmaqla hədələyən “Azəristiliktəchizat” ASC dövlətin sosial və kommunal siyasətini həyata keçirən strateji müəssəsələrdəndir. Buna görə də “Azəristiliktəchizat” ASC-nin bu cür təxribatçı addımlarla məşğul olması başadüşülən deyil. Adı hallanan əlaqədar qurumun bu məsələyə münasibəti doğrudan da mühüm əhəmiyyət kəsb edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|