“Qiyməti artıran sahibkardır, ya gömrük?” - Səfər Mehdiyevin menyusuna
Tarix: 9-03-2020, 10:04 |
Çap et
“Rusiyadan bir dostumun xahişi ilə onun şirkətinə İran Astarasından 2 vaqon meyvə göndərmək qərarına gəldik və qiymətləri biləndə şok oldum”.
Teref.az-ın xəbərinə görə, bunu iş adamı,iqtisadçı, sabiq deputat Nazim Bəydəmirli Gömrük Komitəsinin qiymətləri necə süni bahalaşdırdığını şərh edərkən sosial şəbəkədə yazıb.
Nazim Bəydəmirli öz postunda yazır:
Gömrük komitəsi (monopoliya) qiymətləri necə bahalaşdırır:
Rusiyadan bir dostumun xahişi ilə onun şirkətinə İran Astarasından 2 vaqon meyvə göndərmək qərarına gəldik və qiymətləri biləndə şok oldum...330 dollar/ton portağala və 350 dollar/ton almaya ödədik, 400 dollar terminal və bəyannamə xərcləri 3500 dollar bir vaqonun daşınma xərci. Orta hesabla mal Rusiyanın paytaxtında 447.5 dollar/ton, yəni 0.45 dollar 1 kq...İstədim Azərbaycanla maraqlanım, deklarantdan soruşdum, dedi neçəyə almağınızdan asılı olmayaraq 700 dollar/ton bəyannamə qiyməti olacaq, ən azı 2 dəfə "süni qiymət artımı"..Biz portağalı Bakıya gətirib, 36% gömrüyünü də ödəyib, 30% əlavə gəlir qoyub parakəndə satışa verdiyimiz an onun 1 kq 0.70 dollardan (1 manat 20 qəpik olardı) və dükanlar da 30% qazanc qoyub satsalar 1 manat 56 qəpik olardı...
İndi bir sual yaranır: Siz sonuncu dəfə alma və portağalı neçəyə aldığınızı şərh yerinə yazın.. Qiyməti artıran sahibkardır, ya gömrük (monopoliya)?