Həbsdəki generalların “şikayət oyunu” - Çovdarovun bu dəfə planı nə?
Tarix: 8-11-2019, 09:04 | Çap et
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları - Akif Çovdarov, Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanov yenidən Ali Məhkəməyə müraciət ediblər.
Generallar ayrı-ayrılıqda kasasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Çovdarovun şikayəti hakim Əziz Seyidovun icraatına verilib və məhkəmə iclası noyabrın 21-nə təyin edilib.
Quliyev və S. Qurbanovun şikayətləri hakim İlqar Qılıcovun icraatına verilib. Hələlik onların məhkəməsinin vaxtı təyin edilməyib.
Digər general E. Quliyevin şikayəti hakim Fərhad Əliyevin icraatına verilib. Onun məhkəməsinin də vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, sentyabrın 26-da Ali Məhkəmədə həbsdə olan MTN generalı Akif Çovdarovun məhkəməsi keçirilib. Hakim Əziz Seyidovun icraatında olan prosesdə elan olunub ki, Akif Çovdarov kasasiya şikayətini geri götürüb.
Keçmiş MTN generalı bu addımı birinci dəfə ötən ilin dekabrında atmışdı. O zaman da Ali Məhkəməyə ərizə göndərmişdi ki, şikayətindən imtina edir. Lakin sonra - aprel ayında fikrini dəyişib yenidən kasasiya şikayəti vermişdi.
A.Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32 milyon 256 min 900 manat təşkil edib. Akif Çovdarov isə məhkəmə ifadəsində deyib ki, ittihamda göstərilən əmlakların əksəriyyəti ona məxsusdur: “Əmlaklarımın hamısının sənədi var. Həmin əmlakların bəzisi övladlarım və kürəkənlərimə məxsusdur. Yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Çünki o dövrdə Mərdəkanda olan torpağımı satıb onu almışam. Nazirlikdə işləyən dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən bir ev verilib. O da icra hakimiyyətinin sərəncamına əsasən verilib. Kürəkənlərim isə əmlakları özləri alıb”.
Hökm elan ediləndən sonra A.Çovdarovun neçə milyonluq əmlakının müsadirə edilməsi barədə müzakirələr başlayıb. A.Çovdarovun vəkili məsələyə bu cür aydınlıq gətirib: “Əmlakın böyük bir hissəsi, hansı ki, qızının və oğlunun ailəsinə, Akif Çovdarovun özünə məxsusdur, elə özlərinə də qaldı. Həmin əmlaka qoyulan həbs də götürüləcək. Orada müəyyən məsələlər var. Məsələn, Kürdəmirdə balıqçılıq təsərrüfatı ilə bağlı torpaq sahəsi var ki, o da mülkiyyətdə deyil, dövlətlə neçə illik icarə müqaviləsi bağlanılıb. Əsasən torpaqlardır ki, onlar dövlətlə icarə müqaviləsi əsasındadır”.
2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri - MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.
Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apelyasiya Məhkəm əsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.
Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.
Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova ile ilgili görsel sonucu
Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib.
Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova ile ilgili görsel sonucu
A.Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, digər üç nəfərə isə 4 ildən 11 ilə qədər həbs cəzası verilmişdi.
Bakı Hərbi Məhkəməsinin bu hökmündən A.Çovdarovun özü ilə yanaşı, ailə üzvləri - həyat yoldaşı, iki qızı və oğlu Ruslan Çovdarov da apelyasiya şikayəti vermişdi. Onlar əmlaklarının müsadirəsinə görə hökmdən narazı qalmışdılar. Amma Bakı Apelyasiya Məhkəməsi şikayətləri təmin etməyib.
Bakı Hərbi Məhkəməsinin hökmündə MTN-çilərin rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.
Onlardan təxminən iki il sonra - 2017-ci ilin noyabrında sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi də qeyri-müəyyən müddətə təxirə salınıb.
2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Bu əməliyyatdan az sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi həbslər həyata keçirildi. 10-a yaxın vəzifəli şəxs həbs edildi. Məlum oldu ki, 2 nazirliyin vəzifəliləri qarşılıqlı maraq zəminində təmir-tikinti, əməliyyat tədbirləri adı altında milyonlarla büdcə vəsaitinin mənimsəyiblər. Adamların qanunsuz dinlənməsi və izlənməsi, hədələnib pullarının, əmlaklarının əllərindən alınması, rüşvət və başqa əməllərə əl atıblar. Mətbuatda “MTN işi” “Rabitə işi” kimi keçən işlər üzrə artıq məhkəmələrin hökmləri də var, həmin hökmlər üzrə suçlanan vəzifəlilərə 4 ildən 14 ilə qədər həbs cəzası verilib. “Rabitə işi”ndə isə tutulan 11 vəzifə daşıyıcısına 13 ilə qədər həbs cəzası verilmişdi. Bu gün həmin şəxslərdən heç biri həbsdə deyil.
Akif Çovdarov və digər generalların niyə yenidən Ali Məhkəməyə üz tutmaları barədə dəqiq fikir yürütmək çətindir. Əcəba, Çovdarovun planı nə? “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
|