Məmur oliqarxiyasının yaratdığı problemlər - GƏLİŞMƏ
Tarix: 19-10-2019, 10:10 | Çap et
Azərbaycanda iqtisadiyyatın mühüm problemlərindən biri məmur oliqarxiyasının mövcudluğudur. Müstəqil ekspertlərin, bir sıra millət vəkillərinin mütəmadi olaraq dilə gətirdikləri bu problemin həlli istiqamətində ciddi addımların atılmasını cəmiyyət böyük maraqla gözləyir. Son vaxtlar həyata keçirilən bəzi tədbirlər, səsləndirilən fikirlər iqtisadi proseslərin normal məcrada inkişafını əngəlləyən məmur-biznes bağlılığına qarşı təsirli vasitələrdən istifadə olunacağına dair ümidləri artırır.
Belə addımlardan biri olaraq Əli Əsədovun ölkənin Baş Naziri postuna təyinatıdır. Hesab olunur ki, məmur oliqarxiyasına yaxından bələd olan yeni baş nazir bu qrupun neytrallaşdırılması istiqamətində təsirli mexanizmlərin hazırlanmasında mühüm rol oynayacaq. Bir neçə gün əvvəl 2019-cu ilin doqquz ayının social-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı ölkə prezidenti Ə.Əsədova mühüm tapşırıqlar verdiyini bildirib. Bu tapşırıqlar sırasında islahatların davam etdirilməsi, ən əsası isə kadr islahatlarının aparılması, gənc, bacarıqlı və müasir dünyagörüşlü şəxslərin vəzifələrə təyinatı da qeyd edilib. Prezident son illərdə təyin edilən gənc nazirlərin işindən razılıq etməklə yanaşı, bəzi məmurların onlara mane olmağa çalışdıqlarını da xüsusi vurğulayıb. Aydın məsələdir ki, öz fəaliyyətində şəffaflığı təmin edən, korrupsiya imkanlarını minimum endirən gənc nazirlərin fəaliyyəti ilk növbədə korrupsiyaya bulaşmış, özlərinin iqtisadi və biznes maraqlarını dövlət maraqlarından önə qoyan məmur-oliqarxların mənafelərilə ziddiyyət təşkil edir.
Prezident eyni zamanda bir sıra sahibkarların vergidən yayınmağa çalışdığını bildirərək, onlara qarşı sərt tədbirlər görüləcəyini bəyan edib. Azərbaycanda daha çox məmurlara bağlı şirkətlərin, sahibkarların vergidən yayındıqları heç kimə sirr deyil. Bu baxımdan, prezidentin vergidən yayınan sahibkarlarla bağlı dedikləri əslində onların arxasında dayanan məmur-oliqarxlara yönəlmiş xəbərdarlıq kimi də qiymətləndirilir.
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın qeyri-neft iqtisadiyyatının qarşısındakı ən böyük maneələrdən biri məmur-oliqarxiyasının mövcudluğudur: “Düşünürəm ki, bu istiqamətdə ehtiyatlı, lakin prinsipial islahatların həyata keçirilməsinə ehtiyac var. Ehtiyatlı ona görə ki, Azərbaycanda 25 ildə kapital yığımı prosesi normadan kənar şəkildə həyata keçirilib. Kapital daha çox məmur-oliqarxların əlində cəmləşib. Burada sərt mövqenin ortaya qoyulması Azərbaycandan ciddi kapital axınına gətirib çıxara bilər. Bu vəsaitlər ölkə iqtisadiyyatından kənara yönləndirilə bilər ki, bu, indiki şərtlər daxilində qətiyyən arzuolunan deyil. Çünki Azərbaycanda kapitala ciddi ehtiyac var, kapital da bir neçə adamın əlində cəmləşib. Onların prosesdən kənarlaşdırılması kapitalın iqtisadiyyatdan axmasına gətirib çıxara bilər. Buna görə də prosesin mərhələli şəkildə aparılmasına ehtiyac var”.
Ekspert hesab edir ki, artıq proseslərin mövcud mexanizmlə davam etməsi mümkün deyil: “Konkret dəyişikliklərin baş verməsi lazımdır. Bu dəyişikliklər də ilk olaraq başlamalıdır məmurların iqtisadiyyatdan mərhələli çəkildə kənarlaşdırılmasından. İcraedici, yaxud qərarverici olmasından asılı olmayaraq, məmur iqtisadi proseslərdə iştirakçı olursa, o korrupsiya üçün şərait yaradır. Çünki səlahiyyətlərindən öz mənafeyi üçün istifadə edir. Bu maraqlar konflikti yaradan mənzərə aradan qaldırılmalıdır. İkinci mərhələ maliyyə amnistiyası olmalıdır. Aktivlərin leqallaşdırılması ilə bağlı hökumət bütün oyunçulara, o cümlədən məmur-oliqarxlara da şərait yaratmalıdır. Hətta indiyədək xaricə çıxarılmış kapitalın da ölkəyə qaytarılması ilə bağlı məqamlar da nəzərə alınmalıdır. Bu kapital ölkəyə gətirilməli və ölkə iqtisadiyyatına yatırılması təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, məmur oliqarxiyası, yaxud himayədarlıq iqtisadiyyatda inhisarın əsas təməlini formalaşdırır. İnhisar isə təbii rəqabətin olmamasına, son nəticədə Azərbaycan iqtisadiyyatının qlobal rəqabətliliyinə neqativ təsir göstərir. Ölkədə istehsal olunan məhsulların dünya bazarlarında rəqabət imkanları məhduddur. Nəticədə bu gün bizim qeyri-neft ixracımız idxalımızdan təxminən 7-8 dəfə aşağıdır. Bu, çox ciddi problemdir - bu ilin 8 ayında biz təxminən 1,4-1,5 milyard dollarlıq qeyri-neft məhsulu ixrac etmişik, əvəzində 11 milyard dollardan artığını idxal etmişik. Bu, məhz iqtisadiyyatın qeyd olunan təməl nöqsanları - inhisarçılığın, məmur oliqarxizminin, himayədarlığın nəticəsidir. Və bunlar tamamilə aradan qaldırılmalıdır”.
R.Həsənovun sözlərinə görə, kimlərdə himayədarlarına arxayın olub fəaliyyətində qanunlardan kənara çıxırsa, digərləri də onlara uduzmamaq üçün eyni addımı atmağa məcbur olurlar: “Yəni bəziləri himayəçilərinin sayəsində istehsalını, satışını vergidən yayındırırsa, digərləri də bazarda qalmaq üçün eyni addımı atmağa məcbur olurlar. Əks halda, qanuni ödənilən vergilər satdıqları, yaxud istehsal etdikləri məhsulların maya dəyərinə oturub onu bahalaşdıracaq və bu da bazar payının itirilməsi ilə sonuclanacaq. Bu isə iqtisadiyyatın digər kəskin problemini - gizli iqtisadiyyatı yaradır. Məmur oliqarxiyasına qarşı addımlar ölkədə gizli iqtisadiyyatın da həcmini aşağı salacaq”.
Ekspert qeyd edir ki, ölkədə vergidənyayınmanın əsas səbəblərindən biri büdcə xərcləmələrindəki qeyri-şəffaflıqla bağlıdır: “Şəffaflıq olmadıqda insanlarda, sahibkarlarda ödədiyi vergilərin şəffaf xərclənməsinə inamsızlıq yaradır. Bu inamsızlıq isə vergi ödəmək mədəniyyətinin oturuşmasına imkan vermir. Buna görə də vergilər hesabına formalaşan büdcə vəsaitlərinin xərclənməsində tam şəffaflıq yaradılmalıdır. Çox müsbət haldır ki, ölkə rəhbərliyi bu məsələni önə çəkdi və xərcləmələrə nəzarətin gücləndiriləcəyini dedi. Bu sahədə sərt mübarizənin aparılması sahibkarla - ödəyici ilə dövlət arasında inamı gücləndirəcək. Ölkə iqtisadiyyatında sağlam rəqabət mühiti formalaşdırılmalı, iqtisadiyyat mümkün qədər liberallaşdırılmalı, bütün oyunçular üçün mümkün qədər bərabər, ədalətli şərtlər formalaşdırılmalıdır. Bunun üçün də məmur özbaşınalığına, inhisarçılığa və himayədarlığa son qoyulmalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
|