Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                 

Ermənilər Fəxrəddin Abbasova dəstəyi gücləndirdi - Ermənistan Gürcüstan və Azərbaycanda separatizmi təbliğ edir
Tarix: 12-04-2019, 11:08 | Çap et
Ermənilər Fəxrəddin Abbasova dəstəyi gücləndirdi
1918-ci ildə Çarlıq Rusiyasının çöküşündən sonra, Azərbaycan öz varlığını qorumaq üçün Xalq Cümhuriyyətini yaratdı. Dövlətimizin ömrünün qısa olması və cəmi 23 ay yaşamasının səbəblərindən biri də ermənilərin xarici dövlətlərin dəstəyi ilə apardıqları işğalçı siyasət idi. Çünki, ölkə daxilində etnik separatizm siyasəti bu prosesin önündə gedirdi. 1991-ci ildə bu dəfə keçmiş Sovet İttifaqı dağıldı və ermənilər əvvəllər olduğu kimi, etnik separatizm bəlasını işə salaraq Azərbaycana qarşı işğlaçılıq siyasətini gündəmə gətirdilər. Bununla yanaşı, onların yedəyində gedən bəzi kiçik qruplar azsaylı xalqların adından adından yararlanaraq, Ermənistanın işğalçılıq siyasətinə açıq şəkildə dəstək verdiklərini nümayiş etdirdilər.

İrəvanda etnik bölücülərə petisiya dəstəyi

İrəvandakı “Ermənistan-Rusiya Universiteti”nin nəzdində fəaliyyət göstərən “Qafqaz və İran Şöbəsi”nin elmi əməkdaşları Azərbaycan Respublikasına qarşı qondarma “TMR” ideyası adı altında 25 ildən çoxdur etnik separatizm təbliğatlarını aparan, hal-hazırda həbsdə olan Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsinə başlayıblar. Viktoriya Arakelova, Anahit Hakopyan, Yelena Trufanyan, Georgi Xaçaturyan, Lilit Məliksetyan,
Raisa Əmirbekyan, Rimma Manukyants, Tatyana Minasyan, Hrazdan Madoyan, Suren Petrosyan, Anna Keropyan, Olqa Asatryan, Hamlet Petrosyan, Artaşes Mikaelyan və digərləri F. Abbasovun hüquqlarının müdafiəsinə qalxıblar. “Change.org” sosial şəbəkəsində beynəlxalq müdafiəsi üçün imza kampaniyasına başladıblar (mənbə:
https://www.change.org/p/european-parliament-free-fakhraddin-aboszoda-abbasov?fbclid=IwAR38mS8drGJO9saElL3smjigzEM8s8WluL1Ipfcu9koEQ9yvo7hj5I6f6TY.
Bu qrupun iddia etdiyi əsas mənbə isə, Rusiya Federasiyası Baş Prokurorluğunun Fəxrəddin Abbasovla bağlı 28 mart 2019-cu il tarixdə imzaladığı sənəddir. Halbuki, onlar Baş Prokurorluğun “Beynəlxalq Hüquqi Əməkdaşlıq” şöbəsinin ekstradisiya məsələləri ilə bağlı prokuror A. E. Manerkinin imzaladığı sənədə istinad edirlər. Həmin sənəd Hollandiyada mühacir statusu ilə yaşayan, Azərbaycan Respublikasına qarşı etnik separatizm ideyalarını irəli sürən və qondarma “TMMH” adlı qurumun lideri kimi özünü dünyaya sırımağa çalışan Əlikram Hümbətovun sorğusuna verilən qanuni cavabdır. Bir yandan Ə. Hümbətovun, digər yandan isə ermənilərin F. Abbasovla bağlı nümayiş etdirdikləri “həyəcan”nın nədən ibarət olduğu elə bu təşəbbüslərdən aydın olur.
“Petisiya” qrupunun ideoloji rəhbəri “Ermənistan-Rusiya Universiteti”nin Şərqşünaslıq
kafedrasının “İranşünaslıq” şöbəsinin müdiri, “Talışstan Araşdırma Mərkəzi”nin rəhbəri, Azərbaycan Respublikasına qarşı etnik separatizmin körüklənməsi üzrə ixtisaslaşmış mütəxəssis kimi tanınan Qarnik Asatryandır. Q. Asatryan Fəxrəddin Abbasovun İrəvana səfərlərinin əsas təşkilatçısı kimi də tanınır. Q. Asatryan İrəvanda Azərbaycan dövlətinə qarşı ən çox qondarma “etnik separatizm” ideyalarını təbliğ edən “voskanapat.info” adlı sayta son müsahibəsinə bunları deyib: “Fəxrəddin Abbasov Ermənistanın fəxridir və bizim daşıdığımız ideyaların tanınmış mübarizlərindən biridir. Dağlıq Qarabağla bağlı biz ermənilərin maraqlarını daim müdafiə edibdir. İndi sıra bizimdir” (mənbə: http://voskanapat.info/?p=34807&l=ru&fbclid=IwAR0kC7oO_QDOK7ILjlX3rPTdacNfFe7HkeSLb9Q88eRVQe4PoXRV3r46poM).

Ermənilər Fəxrəddin Abbasova dəstəyi gücləndirdi

“Caucaso – Caspica” üzərindən atılan bötanlar

İrəvanda ingilis dilində dərc olunan və “Caucaso-Caspica” (Qafqaz-Xəzər) jurnalının hər sayında “Qafqaz coğrafiyasında yaşayan xalqların etnik tərkibi, onların adət-ənənələri, yayılma arealı” məsələsini gündəmə gətirməklə bütün vasitələrlə azərbaycanlıları inkar hədəfləri irəli sürülür. Bu jurnalın sponsoru isə, İran Xarici İşlər nazirliyinə bağlı “Qafqaz Araşdırma Mərkəzi”dir. Hətta jurnalın çətiri altında hər il elmi konfranslar da keçirilir. Bu tədbirlərdə Fəxrəddin Abbasov dəfələrlə iştirak edib. Jurnalın ərafında birləşən erməni alimləri tərəfindən əsasən Xəzər dənizi sahilləri boyunca qondarma “Ləzgistan”, “Şirvan-Tat” və “Talışstan” muxtar regionlarının yaradılması ideyası irəli sürülür. Bu istiqamətdə erməni alimləri saxtakarlıq edərək beynəxalq elmi ictimaiyyəti çaşdırmaq hədəflərini də ortaya qoyurlar. XV-XX əsrlərdə Avropada dəbdə olan “türk xalqlarını inkar” siyasəti demək olar ki, indi heç nəyə yaramır. Ona görə ki, ötənlərdə Avropanın bir sıra dövlətləri dünyada kolonial siyasət yürüdükləri üçün bu taktikadan istifadə etməklə yanaşı, həm də öz hədəflərinə mümkün qədər “elmi” don geyindirməyə çalışırdılar. İndi bütün bunlar Avropada mənasız bir anlam daşıyır. Ona görə ki, tarix və zaman dəyişib. Azərbaycan xalqı öz iradəsinə söykənərək dövlətinə sahibdir. 28 ildir dövlət müstəqilliyimizi qoruyub saxlamağı və həm də inkişaf etdirməyi bacardıq. Yəni Ermənistan kimi “banan ölkə”yə çevrilmədik. “Caucaso-Caspica” jurnalının redaksiya heyətinin üzvləri və digər erməni alimləri hər il İranın Gilan vilayətinin Rəşt, Masal, Rizvanşəhr, Rudbar, Əmləş, Rudsər, Ləngərud və Şəft rayonlarında keçirilən konfranslarda iştirak edirlər. Həmin konfranslara “beynəlxalq tədbir” statusunun verilməsində ermənilərin müstəsna xidmətləri vardır. Bu tədbirlərə qatılan alimlər Xəzər dənizi sahilləri və Qafqaz regionu üzrə yaşayan xalqları bəhanə edərək Azərbaycan Respublikasını mümkün qədər inkar etmək, milli azlıqların hüquqlarını qabartmaq, “aborigen xalqlar” ideyasına bağlı mövzuların həyata keçirilməsi proyektlərini müzakirə edirlər (mənbə: orient.rau.am/…/4…/files/CAUCASO-CASPICA-2-3.pdf…). Fəxrəddin Abbasovun 25 ildir apardığı təbliğatların arxa baxçası məhz bu konsepsiyaya söykənirdi.

Məryəm Ağayan və “CivilNet TV”

10 mart 2019-cu il tarixdən etibarən İrəvanda fəaliyyət göstərən “CivilNet TV” kanlı hər gün Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsi ilə təbliğatlar aparır, informasiyalar yayır. Kanalın müxbiri Məryəm Ağayan faktiki olaraq F. Abbasovla bağlı sorumlu sayılır. Həmin proqramlarda F. Abbasov və məsləkdaşlarının ideyaları təbliğ edilir. Onun istinad mənbəyi “F. Abbasovun hüquqlarının müdafiə komitəsi”nin sədri, “tolishpress.org” saytının təsisçisi və baş redaktoru Kahin Mirzəlizadədir (ov). K. Mirzəlizadə gündəlik informasiyaları toplayaraq, rəhbəri olduğu saytda yerləşdirir və M. Ağayan da bunları öz proqramında geniş şəkildə yorumlayır. Hətta F. Abbasovun erməni dostları olan alimləri efirə mütəxəssis qismində dəvət edərək onların fikirlərini işıqlandırır. (mənbə: http://tolishpress.org/news/5529.html?fbclid=IwAR0xU9slwK2JFeG4TqWLJkygEeAF5BjdcdckOTIQYstfJLMK6xb2MNwhNkk).
Məryəm Ağayanın verilişlərinin ən çox qonağı və “mütəxəssis” statusu ilə iştirak edənlər 2012-ci ildə Ermənistanın Tsaxkadzor rayonunda keçirilən ilk “Beynəlxalq talışşünaslıq elmi konfransı”nın iştirakçılardır. Onların arasında Samvel Markaryan, Harnik Asatryan, Vaha Boyacyan və Viktoriya Arakelova daha fəladırlar. Bundan əlavə, Dağlıq Qarabağın mərkəzi Xankəndində fəaliyyət göstərən və Azərbaycan Respublikasına qarşı digər xalqların etnik separatizm meyillərinə qoşulma siyasətini təbliğ edən “Ozodə Tolişstoni Sədo” radiosunun (Ermənistana məxsus AM – 9677 radio dalğası) şərhçisi Zahirəddin İbrahimi (ov) faktiki olaraq gündə bir neçə dəfə Fəxrəddin Abbasovla bağlı proqramlar yayınlayır. Daha sonra isə, həmin proqramlar facebook.com sosial şəbəkəsi vasitəsilə Azərbaycan Respublikasına qarşı qondarma etnik separatizm ideyalarını təbliğ edənlər tərəfindən yayılır (mənbə: https://www.facebook.com/watch/?v=2318719431707689).
İrəvandakı “shanttv” televiziya kanalı da Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsi məsələsində son günlər aktiv fəaliyyətə keçibdir.

Ermənilər Fəxrəddin Abbasova dəstəyi gücləndirdi

Ermənistan nə üçün Gürcüstan və Azərbaycanda separatizmi təbliğ edir?

Gürcüstanda son illərdə hakimiyyətlər seçkilər yolu ilə dəfələrlə dəyişsə də, dəyişməyən təkcə ölkənin etnik separatizm meylindən qorumaq ideyasıdır. Ermənilərin irəli sürdüyü “Erməni Cevaxk Muxtar Respublikası” ideyası tamamilə iflasa uğrayıbdır. Abxaziya və Cənubi Osetiya məsələsində rəsmi Tiflis dövlətin iradəsi ilə hərəkət edir. Azərbaycan Respublikası Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların geri qaytarılması üçün faktiki olaraq həm də beynəlxalq birliyi bu prosesə cəlb edibdir. İndi “Qarabağ Problemi” ötən 25 ildən fərqli məcrada ədalətli şəkildə öz axarı ilə həll olunmaq prosesindədir. Bu həm də ölkəmizin beynəlxalq imicinin irəli getməsi ilə bağlıdır. Artıq böyük dövlətlər də dərk edirlər ki, “ermənilərin nazı ilə oynamağın zamanı çatmışdır”. Ermənistan və ona dolayı yolla dəstək verən bəzi ölkələr isə, Azərbaycana qarşı digər “etnik separatizm” ideyalarını pərçimləmək yolunu tutublar. Əslində ermənilərin “dilini uzadan” həmin xarici güclərdir. Sülh danışıqlarının bəzən dalan dirənməsinin pərdəarxasında süni şəkildə yaradılan problemlər də məhz bu faktora söykənir. Mövcud etnik separatizm ideyaları haradasa 2015-ci ilə qədər beynəlxalq səviyyədə “qlobalizm” ideyasının tərəfdarlarının maraq dairəsində idisə, indi bütün bunlar arxada qalıb. İraq, Suriya, Misir və digər Yaxın Şərq ölkələrinin bir neçə süni dövlətə bölünməsi ideyaları o zaman “qlobalist cərəyanlar” tərəfindən zamanın ən yaxşı ideyası kimi dəstəklənirdi. Tərəqqipərvər bəşəriyyət onu da dərk etdi ki, hər hansı bir dövlətin bir neçə yerə parçalanması bəşəri faciələrə yol açan bir düsturdur. Xalqlararası ədavətin illərlə, bəzən də yüzillərə kimi davam etməsi region xalqlarına heç nə yaxşı vəd etmir. Ona görə də belə bir yanaşımdan imtina olundu. Halbuki Azərbaycan bir dövlət olaraq, 25 ildir yorulmadan bu faktı qabartmağa çalışırdı. Gürcütanla Azərbaycanın vahid mövqedən çıxış etməsi həm də ermənilərin 1980-ci illərdə başlatdıqları “Qafqazda xristian-islam qarşıdurması”, “Türk-erməni müharibəsi” və digər uydurma sterotipləri darmadağın etmişdir. Ermənistan və erməni xalqı bayağı şəkildə keçmiş yalnışlıqlarından əl çəkmək fikrində olmadığına görə Azərbaycana və Gürcüstana qarşı apardığı təbliğatlarının mənasızlığını dərk edə bilmirlər. Onan görə də
nəinki Qafqazda, dünyanın hansı bölgəsində “etnik separatizm” meyli varsa, ermənilər dərhal onlara dəstək verirlər. Yaşadığımız XXI əsrin standartlarını XV əsrin məcrasına doğru yönəltmək heç bir xalqa fayda verməyib. Dünyanın ən geridə qalmış xaqları bunu dərk etsə də, təkcə bunu anlamayan ermənilər və Ermənistandır.
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru