Gömrük generalının Avropadakı biznes imperiyası... - SƏNƏDLƏR
Tarix: 27-03-2019, 09:32 | Çap et
“Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsən oğlu Həsənov da Çexiyaya böyük vəsait çıxarıb. Hələ Tovuz gömrüyünə təzə rəis təyin olunan vaxtlarından. Zarafat deyil, adam ölkənin əsas giriş qapılarından birinə, Gürcüstanla sərhəddəki Sınıq-körpü gömrük-keçid məntəqəsinə nəzarət edib. Burda adamların əlindən iki kilo kolbasanı belə alıb Xramçaya tolazlayan, gündəlik dolanışıq üçün Gürcüstana gedib ərzaq və ya xırdavat gətirən adamları soyan gömrükçülərlə az rastlaşmamısınız”.
AzToday.az xəbər verir ki, bu fikirlər jurnalist Cavanşır Həsənlinin növbəti araşdırmasındandır.
Araşdırmanı təqdim edirik:
“Vəzir Həsənov o zamanlar Çexiyada xəyallarını gerçəkləşdirirdi. Şirkətlər, mülklər, nəhəng biznes layihələri…
Bildiyimə görə adam hacıdır, amma baxın, necə bir hacıdır.
2008-ci il yanvarın 8-də cənab gömrük rəisi Vəzir Həsənov Çexiya – Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, professor Azər Fəzi oğlu Kərimova etibarnamə verir ki, onun adına Çexiyada mal-mülk alsın, şirkət açsın. AR-I 04C332 nömrəli etibarnamə ilə Xanlar şəhəri Rəsulzadə küşəsi 97 ünvanında qeydiyyatda olan, 02.06.1963-cü il təvəllüdlü Vəzir Həsənov qeyd edir:
“Bakı şəh. M.Hadi küşəsi ev 63 m. 69-da qeydiyyatda olan 29.12.1951-ci ildə doğulmuş Azərbaycan Respublikasə vətəndaşı Kərimov Azər Fəzi oğluna, Çexiya Respublikasında mənim adıma daşınmaz əmlak, şəxsi müəssisə almaq, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınmasını, təsdiq edilmiş eskiz üzrə cəmiyyətin möhürünün sifariş verilməsini və aınmasını, vergi, sosial müdafiə, statistika, məşğulluq orqanlarında və zəruri olarsa, digər müvafiq orqanlarda uçota alınmasını, cəmiyyətin cari bank hesablarının açılması və digər hüquqi əhəmiyyətli hərəkətlərin edilməsini, bütün bunlarla bağlı məni məni bütün dövlət orqanlarında, istimai və özəl təşkilatlarda və idarələrdə, eləcə də fiziki şəxslər qarşısında təmsil etməyi, əmlak alınması ilə əlaqədar müqavilə bağlamağı, müqavilə bağlanması üçün tələb olunan sənədləri almağı , müqaviləni aidiyyatı idarələrə verməyi, hüquqmüəyyənedici sənədləri almağı etibar edirəm”.
Etibarnamə 3 illiyinə verilib və Bakı şəhəri 30 saylı dövlət notariat kontorunda N.Səmədov tərəfindən təsdiqlənib.
Azər Kərimov 1987-1994-cü illərdə Çexoslovakiyada oxuyub, hazırda Çexiya Universitetlərində dərs deyir, çex dilini mükəmməl bilir.
Azər Kərimova eyni məzmunlu daha iki etibarnamə Vəzir Həsənovun oğlu Muraz Həsənovun və qardaşı Həmid Həsənovun adından verilir.
Azər Kərimov
Bu etibarnamələr əsasında cənab professor 2008-ci il martın 11-də Çexiyanın füsunkar Cənubi Bohemiya bölgəsinin Brno şəhərində Muraz99 s.r.o. şirkətini qeydiyyatdan keçirir. Şirkət Vəzir (50%), Muraz (30%) və Həmid (20%) Həsənovların adına rəsmiləşdirilir. 2015-ci ildən Muraz Həsənov şirkətin şəriksiz təsisçisidir.
İlkin nizamnamə kapitalı: 200.000 kron. Şəhadətnamə nömrəsi: CZ 28280580. Hüquqi ünvanı: č.p. 406, 664 67 Syrovice. Fəaliyyət sahəsi: inşaat, daşınmaz əmlak alışı və icarəsi, ticarət.
Bu şirkət üzərindən Həsənovlar mülkiyyət və Çexiyada daimi yaşamaq imkanı əldə edirlər. Amma bu onlara azlıq edir və 2011-ci ildə Həsənovlar Çexiyada daha bir şirkət alırlar. Söhbət Azcom s.r.o.-dan gedir. Şirkət 2004-cü il martın 31-də Brno regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla qeydiyyatdan keçirilib (qeydiyyat şəhadətnaməsinin nömrəsi: (CZ 26924668). Hüquqi forması: Məhdud Məsuliyyətli Cəmiyyət.
O zaman şirkət Azərbaycan vətəndaşı, 18 oktyabr 1979-cu il təvəllüdlü Naqif Fəzizadəyə və onun çex həyat yoldaşı Miluşe Fəzizadəyə (əvvəlki soyadı Naytova) məxsus olub. 2011-ci ci il oktyabrın 13-də Vəzir Həsənov professor Azər Kərimovun vasitəçiliyi ilə Azcom şirkətinin 75 fazilik hissəsini Fəzizadələrdən satın alır. Sənədlərə görə şirkətin 25 faizlik hissəsi , Xanlar rayonu Rəsulzadə küçəsi 97 ünvanında qeydiyyatda olan, 2 iyun 1963-cü il təvəllüdlü Vəzir Həsənovun, 25 faizi onun16 sentyabr 1988-ci il təvəllüdlü oğlu Muraz Həsənovun (o zaman 23 yaşı vardı), digər 25 faizi isə gömrük rəisinin 1964-cü il təvəllüdlü qardaşı Həmid Həsənovun adına keçir.
Maraqlıdır ki, sənədlərdə Həsənov qardaşlarının qeydiyyat yeri Azərbaycan pasportu əsasında deyil, Çexiyada aldıqları mülkə qeydiyyat əsasında aparılıb (ünvan Ričany, Zahradní 546, 66482). Azcom s.r.o. geniş sferada fəaliyyət göstərib, ilk əvvəl daşınmaz əmlakın alışı, icarəsi, qeyri-yaşayış sahələrinin idarəçiliyi, inşaat, təmir və layihələndirmə ilə məşğul olub. 2006-cı ildən ticarət, 2009-cu ildən isə istehsal və xidmət sahələrində də fəaliiyət göstərməyə başlayır. Dövriyyəsi 50 milyon çex kronu, yaxud 1.81 milyon avro göstərilir.
Növbəti ilin mayında isə Həsənovlar və Fəzizadə şirkəti bütünlüklə 1980-ci ci il təvəllüdlü Çexiya vətəndaşı DUMITRU TABUREANU-ya sataraq şirkəti tərk edirlər.
Şirkətin 2011-12-ci cillərdə Vəzir Həsənovun Brnoda Zábrdovice, Příkop 834/8 ünvanındakı ofisində fəaliyyət göstərib. Bura Brnonun məşhur Beynəlxalq Biznes Mərkəzidir və Qubanın icra hakimi Ziyəddin Əliyevin Çexiyadakı şirkətinin ofisi də burada yerləşir.
Bu şirkət də onlara azlıq edir və Azcom s.r.o. alındıqdan cəmi bir ay sonra Vəzir Həsənov sayca üçüncü şirkəti qeydiyyatdan keçirir.
HASAN & SONS s.r.o., yəni Həsən və oğlanları MMC 2011-ci ilin noyabrın 23-də Praqa Bələdiyyə Məhkəməsində qeydiyyatdan keçən şirkət CZ 29299438 saylı lisenziya alır.
Hüquqi ünvanı: Praha – Kamýk, U Kamýku 1001/6, PSČ 142 00. Nizamnamə kapitalı: 200.000 kron. Fəaliyyət sferası: binaların inşası, dizayn, əmlak alqısı kirayəsi, ticarət və istehsal.
2011-2014-cü illərdə şirkət Vəzir Həsənovun qardaşının adına rəsmiləşdirilir. Daha sonra Vəzir Həsənovun və onun digər ailə üzvü 1974-cü il doöumlu Həcər Həsənovanın da adları şirkətin təsisçiləri sırasına daxil edilir.
Şirkətin illik dövriyyəsi 2 milyon avroya yaxın göstərilir.
Bu hamısı deyil. Vəzir və Həmid Həsənovlar hər biri 2015-ci ilin mayında Çexiyanın Equa Bankından girov müqabilində 14 il müddətinə 225 milyon kron (10 milyon dollar) kredit götürürlər.
Girov olaraq nəyin qoyulduğu bəlli deyil.
Əsas layihələrdən biri kimi HASAN & SONS s.r.o. ZR Grubu ilə birlikdə Brnoda 64 bağçalı evdən ibarət yaşayış kompleksinin tikintisini həyata keçirib. Amma o evləri alanlar elə peşiman olublar ki…
Alıcıların forumlarda apardıqları diskussiyalardan bəlli olur ki, hər iki şirkət layihəni sonadək başa çatdırmadan aralarında mübahisə yaradıblar. 64 bağçalı evin hamısı satılıb, ancaq 34-ü ümumiyyətlə tikilməyib. Vəzir Həsənov isə bunu əsas gətirərək ərazini satan partnyorlarından 16 milyon kron tələb edir. Bunun əziyyətini evləri alanlar çəkir, adamlar evlərinə köçə bilmirlər. İş Brno-Venkov bölgə məhkəməsinə çıxıb. Ötən ilin iyulunda məhkəmə faktiki olaraq hər iki şirkəti iflas elan edib.
Həsənovlara aid 4-cü şirkət – AZ ECO ENERGY, spol. s r.o 2012-ci ilin noyabrın 22-də qeydiyyatdan keçib. Qeydiyyat şəhadətnaməsi: CZ 29378052. Hüquqi ünvan: Praha – Kamýk, U Kamýku 1001/6, PSČ 142 00. Nizamnamə kapitalı: 200 000 kron.
Həmid Həsənov şirkətdə 50 faizlik paya malikdir. İlqar Mürsəlov və Sahib Əliyev adlı şəxslər isə hər biri 25 % paya sahibdirlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
|