"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                 

Heydər Əsədov KTN sistemini necə çökdürür... - İTTİHAM
Tarix: 2-04-2018, 08:22 | Çap et
Heydər Əsədov KTN sistemini necə çökdürür...
DİA.AZ: - Dünya bazarında enerji daşıyıcılarının bahalaşması, aparıcı ölkələrin maliyyə problemləri ilə üzləşməsi, habelə əhali sayının çoxalması və s. kimi səbəblər əsas ərzaq məhsullarının qıtlığı və dünya bazarında qiymət artmı ilə müşahidə olunur. Artıq bəzi ölkələrdə ərzaq qıtlığı problemi real təhlükəyə çevrilmiş və ərzaq ehtiyatları minimum həddə çatmışdır. Etibarlı ərzaq təminatı isə hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərti, dövlətin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindəndir.

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. 2001-ci ildə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Dövlət Proqramı»nda və Ölkə Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nda əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının artırılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaratmalı idi.

Bu gün dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi göstərilir. «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 %-nin dövlət tərəfindən ödənilməsi, buğda səpininin, toxum və ting istehsalının subsidiyalaşdırılmasında və damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50% güzəştlə lizinq yolu ilə satılmasında başlıca hədəf ölkə əhalisini yerli istehsal hesabına zəruri ərzaq məhsulları ilə təmin etməkdir.

Bu günə qədər bu məqsədlə ayrılan milyonlarla manatlıq dövlət yatırımlarına baxmayaraq, aqrar sektorda istehlak tələbatımız həcmində keyfiyyətli buğda yetişdirmək mümkün olmayıb. Təəssüf ki, ölkəmiz özünü taxılla tam təmin edə bilmir, ölkədə istehlak olunan taxılın təxminən 60 -70 faizi xaricdən gətirilir. Bu göstərici özü də Kənd Təsərrüfatı Nazirliyinin aqrar sektora olan cavabdehliyinə məsuliyyətsiz yanaşmasının göstəricisidi.

Kənd təsərrüfatı bitkilərindən intensiv metodlarla yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Məlumdur ki, müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil. Respublikamızda adambaşına 0,18 hektar əkin sahəsi düşür düşür ki, bu da dünyada orta göstəridən xeyli azdır. Bu qədər sahədən alınan məhsulla ölkə əhalisini taxılla, tərəvəzlə, heyvandarlıq məhsulları ilə və sənayeni xammalla təmin etmək lazımdır. Bu da əkinçiliyin intensivləşməsini, əkin sahəsindən məhsuldarlığının yüksəldilməsini tələb edir. Torpaqlarda azot, fosfor və kaliumun çatışmazlığı bütövlükdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında əsas məhdudlaşdırıcı amilə çevrilmişdir. Bitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə hətta ən yaxşı bitki sortunun toxumundan istifadə olunsa, aqrotexniki tədbirləri optimal müddətlərdə və keyfiyyətlə həyata keçirilsə belə, yenə də gözlənilən səmərəni almaq mümkün deyil. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi ölkəmizdə elmi cəhətdən əsaslandırılmış gübrələmə sisteminin tədbiqində mövcud olan problemləri həll etmək əvəzinə, əslində məsuliyyətsiz və qeyri-peşəkar yanaşması ilə əlavə problem yaradır. Qabaqcıl ölkələrdə aparılan elmi-tədqiqat işlərinin nəticələrinə və dünya təcrübələrinin təhlilinə əsasən belə qənaətə gəlmək olur ki, məhsul gübrənin törəməsidir. Becərilən kənd təsərrüfatı bitkiləri hər il əsas və əlavə məhsulu ilə birlikdə torpaqdan kifayət qədər qida maddəsi aparır. Məsələn, payızlıq buğda hər hektardan yığılan 30 sentner dən və ona müvafiq küləş məhsulu ilə torpqdan 110 kq azot, 40 kq fosfor və 70 kq kalium aparır. . Əgər aparılan qida maddələri gübrələr şəklində torpağa qaytarılmazsa, nəticədə torpaq tədricən deqradasiyaya uğrayır və münbitliyi azalır. Məlum həqiqətdir ki, azot, fosfor və kalium gübrələri ayrılıqda deyil, birlikdə, həmdə müəyyən olunmuş nisbətdə torpağa verildikdə yüksək səmərə alınır. Bu baxımdan taxıl səpini ilə birlikdə kompleks gübrə olan Amofos gübrəsinin sahəyə verilməsi bitkilərdə güclü kök sisteminin formalaşmasına, keyfiyyət göstəricilərinin yaxşılaşmasına, biotik və abiotik amillərə qaşı müqavimətinin güclənməsinə, məhsuldarlığın artmasına və torpağın fiziki, mexaniki və kimyəvi göstəricilərinin yaxşılaşmasına səbəb olur. Sevindirici haldır ki, nəhayət əkinçilərimiz bu həqiqətləri dərk etməyə başlayıblar. Lakin Kənd Təsərrüfatı Nazirliyinin məsuliyyətsizliyi ucbatından zamanında tələata uyğun Amofos gübrəsinin tədarük olunmaması son nəticədə istəkli olmalarına baxmayaraq torpaq adamlarını gübrəsiz səpin aparmağa vadar etdi.

Eyni aqibət bu gündə taxıl sahələrinə azotlu gübrələrin yemləmə şəklində verilməsində də yaşanır. Müəyyyən edilmişdir ki, 1 kq azot (təsiredici maddə hesabı ilə) verilmə dozasından asılı olaraq 12-15 kq payızlıq buğda dəni, 100-120 kq kartof, 10-12 kq xam pambıq məhsulu, 1k fosfor 7-8 kq buğda, 50-60 kq kartof, və 5-6 kq xam pambıq, 1kq kalium isə 3-4 kq buğda, 40-50 kq kartof, 2 kq xam pambıq məhsulunun artımına səbəb olur. Çox təəssüf ki, ölkədə azotlu gübrələrin çatışmamazlığı erkən yaz yemləməsi kimi olduqca vacib aqrotexniki tədbirin aparılmasında ciddi problemlər yaşadır. Vəziyyət elə bir gərgin xarekter alıb ki, “Aqrolizinq”ASC-nin yerli təşkilatlarını azotlu gübrə almaq istəyən sadə əkinçilərdən mühafizə etmək üçün polis koridoru təşkil olunub. Aqrar sektorda uğura imza atmış ölkələrdə taxılçılıqda məhsuldarlığın daha da artırılması üçün mikro elementlərin, fermentativ və hormonoloji pereparatların tədbiq edildiyi bir dönəmdə azotlu gübrə istəyən azərbaycanlı əkinçilərin qarşısında polisdən “canlı çəpər” çəkilməsi insanda dərin təəccüb hissi doğurmaya bilmir! Budurmu Kənd Təsərrüfatı Nazirliyinin ölkənin ərzaq təhlükəsizliyinə verdiyi “töhfə”, yaxud, Ölkə Prezidentinin siyasətinə verdiyi “dəstək”!

Maraqlıdır ki, gübrə almaq istəyən fermerlərə Nazirliyin söz sahibləri “gübrə gələcək” kimi şablon cavab verirlər. Bu qeyri-peşəkar insanlar başa düşmürlər ki, azotlu gübrələrin effektivliyi onun tələb olunan miqdarda və vaxtında verilməsindən aslıdır və bu fikrin elmi əsası var. Taxılçılıqda azotlu gübrələri dörd optimal vaxtda verilməlidir. Ümumi normanın 20% -i səpinlə birlikdə verilməlidir ki, alınan cücərtilər güclü kök sistemi formalaşdırsın, 20%-i kollanma fazasında ( təxminən fevral ayı) kollanma əmsalı çox olsun, 30%-i boruyaçıxma fazasında (mart ayı) verilməlidir ki, məhsuldar gövdələrin sayı çox olsun, 30%-i isə sünbülləmə fazasında verilməlidir ki, dənin keyfiyyət göstəriciləri yüksək olsun. Məhz Nazirliyin məsuliyyətsizliyi ucbatında əkinçi tələb olunan müddətdə gübrə verə bilmir, nəticədə torpaq öz potensialı hesabına bir dominat məhsuldar gövdə formalaşdırır , ondan sonra hər hektara lap 300 kq azotlu gübrə versən də o, ikinci məhsuldar gövdə formalaşdıra bilməyəcək. Bu real elmi həqiqətdir, bunu anlamağınız gərəkdir məsuliyyətsizliklərinə “gübrə gələcək” kimi şablon fikirlə haqq qazandırmaq istəyən cənablar!

Acınacaqlı haldır ki, “Aqrolizinq” ASC-də azotlu gübrə qıtlığı yaşandığı bir zamanda “qara bazar”da tonu 250 manatdan kütlı şəkildə gübrə satılır. Bu hala şərh verərkən Nazirliyin sözçüləri bildirirlər ki, satılan gübrələrin “Aqrolizinq” ASC-yə heç bir aidiyyatı yoxdur, iş adamları idxal yolu ilə gətirib satırlar. Bəs reallıq necədir? Dövlətin tədbiq etdiyi 70% güzəşt çərçivəsində “Aqrolizinq”ASC amonium- nitrart gübrəsinin tonunu rəsmi sənədlə 180 manata (qeyri-rəmi sənədlə 190 manata) satır, onda, heç bir imtiyaza tədbiq edilmədiyi “qara bzar”da amonium- nitrart gübrəsinin hər tonu ya 540 manata satılmalı idi, ya da, “Aqrolizinq”ASC amonium- nitrart gübrəsinin hər tonunu 75 manata satmalı idi. Bu məntiqlə məsələyə yanaşsaq məlum olur ki, “qara bazar”a gübrə dövlətin imtiyaz tədbiq etdiyi subyektlər tərəfindən ötürülür.

Ölkə əhalisinin keyfiyyətli ərzaq buğdası ilə təminatında idxaldan asılılığın çox saylı problemlərində biri də dilə gətirdiyimiz bu problemdir. Bu problemlər aradan qaldirilmazsa biz idxaldan asılılığa son qoya bilməyəcəyik. Bir sözlə, “ halva-halva deməklə ağız şirin olmaz”, cənab nazir!

Əli Həsənov
Alim -aqranom


DİA.AZ-dan: Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru