Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                 

Fazil Məmmədovun adamlarına qarşı yeni mərhələ START GÖTÜRƏCƏK
Tarix: 10-03-2018, 09:33 | Çap et
Fazil Məmmədovun adamlarına qarşı yeni mərhələ
Sabiq vergilər naziri Fazil Məmmədovun və onun komandasında təmsil olunmuş vergi məmurlarının taleyi bu ilin aprelində keçiriləcək prezident seçkilərindən sonra həll ediləcək.

Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, hazırda Fazil Məmmədov və onun komanda üzvlərinə qarşı müşahidə edilən hərəkətsizlik əslində “tufanqabağı sakitlik”dən başqa bir şey deyil. Fazil Məmmədovun rüşvətxor, koorrupsioner kadrlarının siyahıları hazırdır. Onların sahibkarlara qarşı qanunsuz hərəkətləri ilə bağlı çoxlu dosyelər tutulub. Bildirilir ki, bəzi vergi məmurları onlarla bağlı gizli bir prosesin aparılmasından xəbərdardırlar. Odur ki, vəzifədə olarkən qan uddurduqları, böyük rüşvətlər aldıqları sahibkarlarla münasibətlərini düzəltməyə çalışırlar. İstəkləri də budur ki, istintaq orqanlarına çağırılan sahibkarlar onların qanunsuz əməlləri haqda məlumat verməsinlər. Bunun əvəzində sahibkarlara əvvəllər onlardan rüşvət olaraq alınan pullar geri qaytarılır.

Gələn məlumatlar onu deməyə əsas verir ki, Fazil Məmmədov üçün kritik dönəm səngimiş kimi görünür. Əslində isə proses davam edir. Fazil Məmmədovun ölkə daxilindəki aşkar və gizli olan bütün əmlakları siyahıya alınıb. Onun sahibkarlardan taladığı və xaricə çıxara bildiyi milyardların geri qaytarılması üçün də çox ciddi işlər görülür. Sabiq nazirin gizlədə bildiyi, ilkin qeydiyyatdan keçirib çıxarış almadığı obyektlərin isə axtarışları davam edir. Belə məlumat var ki, hələ 2015-ci ilin oktyabrında Eldar Mahmudov “vurulan” günlərdə Fazil Məmmədov çamadanlarını yığıb gözləmə mövqeyində dayanıb. Həmin dövrdə hələ bir müddət vəzifəsində qalacağını yəqinləşdirəndən sonra ehtiyatlı davranmağa başlayıb. Ətrafındakılara inamsızlıq nümayiş etdirib, aldığı mal-mülklərin ilkin qeydiyyat sənədlərini götürsə də, çıxarış alınması üçün müraciətlər etməyib. Fazil Məmmədov bunu ona görə etməyib ki, onun əmlakları ilə bağlı araşdırma aparanlar mal-mülkünün tam siyahısını müəyyən edə bilməsinlər. Yəni dövlət qurumlarına Fazil Məmmədovun, onun ətrafının adına olan əmlaklarla bağlı sorğu verilərsə, bu halda yalnız çıxarışla olan əmlaklar haqda məlumat verilir. Çıxarışsız əmlaklar isə bir növ kölgədə qalmış olur. Fazil Məmmədov bu kələyi ilə mal-mülkünü gizlətməyə çalışıb. Özü haqda fikir formalaşdırmağa çalışıb ki, nazir olaraq elə də böyük pulları qamarlamayıb. Hazırda Fazil Məmmədov qeyri-müəyyənlik içərisindədir. O, düşdüyü sıxıcı durumdan can qurtarmaq üçün günlərlə içir.

Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Fazil Məmmədovun Eldar Mahmudovla aşkar-gizli əlaqələri hələ də qalmaqdadır. Sabiq nazirlərin bir müddət əvvəl görüşmələri, bir neçə şüşə spirtli içki boşaltdıqları haqda da xəbər var.

Yada salaq ki, Eldar Mahmudov işdən çıxarıldığı günlərdə xəbər yayılmışdı ki, Fazil Məmmədovu işdən çıxarıblar. O dövrdə Vergilər Nazirliyi “Fazil Məmmədov kabinetindədir” açıqlaması verməklə onun işdən çıxarılması xəbərinə reaksiya vermişdi. Amma Fazil Məmmədovun ətrafında körükləmə işlərinin aparıldığı da bilinirdi. 2016-cı il yanvarında prezidentin keçirdiyi ilk müşavirədə məmurları sərt tənqid etməsi də bu baxımdan diqqət çəkirdi. Prezident konkret nazirlərin rəhbərlik etdiyi sahələri tənqid edərkən Fazil Məmmədovun adını çəkmişdi. “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb, 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır” - deyə, prezident bildirmişdi.

Prezidentin o dövrdə Vergilər Nazirliyinə yönəlik çıxışında dedikləri də yaddaşlardan silinməyib: “Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur”...

2016-cı oktyabrında keçirilən müşavirədə isə F.Məmmədovun yarıtmaz fəaliyyəti bir daha qabardılmışdı: “Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.

Fazil Məmmədov 2017-ci ilin dekabrına qədər fəaliyyəti ilə göstərdi ki, sərt tənqidlərdən nəticə çıxarmır. Rəhbərlik etdiyi qurumun bu çıxışlardan sonrakı fəaliyyətinə nəzər saldıqda aydın olur ki, nəinki nəticə çıxarmayıb, hətta sahibkarların sıradan çıxarılmasına yönəlik addımlar daha da sistemli şəkil alıb. Belə iddialar var ki, hətta bir çox sahibkarlardan 2016-cı ildə 2017-2018-ci illərdə ödəyəcəkləri vergilər əvvəlcədən alınıb. Sanki Fazil Məmmədov pulları alıb və aradan çıxmağa hazırlaşırmışE Eldar Mahmudov “vurulandan” sonra MTN-də baş verən sahibkarla bağlı cinayətlərin bir ucunun da Vergilər Nazirliyinə uzandığı üzə çıxdı. Nazirliyin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Vidadi Məmmədov həbs edildi. Vidadi Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından sayılır.

V.Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinirdi. Məlumata görə, biznesmenlərdən vergidən əlavə pul ala bilməyəndə dərhal həmin iş adamı haqda məlumatlar MTN-ə ötürülürmüş. MTN çetesi də şantaj, hədə-qorxu yolu ilə həmin biznesmenləri soyurmuş. Bu şərikli “biznes”dən Fazil Məmmədovun bixəbər qalması inandırıcı da deyildi. İnandırıcı deyildi ki, Vergilər Nazirliyində Eldar Mahmudovun ən yaxın adamının illərlə sahibkarlardan milyonlar qoparmasından Fazil Məmmədov xəbərsiz olub. Artıq onun da cəzalandırılacağı gün uzaqda deyil. Sadalanalar onu deməyə əsas verir ki, Fazil Məmmədov üçün kritik dönəm sona çatmayıb, sabiq nazirlə haqq-hesab çəkiləcəyi günləri irəlidədir.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru