Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                 

Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar - Onlardan biri hələ də vəzifə başındadır
Tarix: 20-02-2018, 08:41 | Çap et
Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar
Azərbaycanda bir neçə şəxs var ki, onlara görə ölkənin adı xarici ölkələrdə səs-küylü məhkəmə proseslərində hallanıb. Bunlardan ən çox rezonansa səbəb olanları Azərbaycan Dəmir Yollarının sabiq rəisi Arif Əsgərov və Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.

A.Əsgərovun adı İsveç məhkəməsində aylarla sürən prosesdə keçib. Xatırladaq ki, İsveç prokurorluğu “Bombardier” şirkətinin alqı-satqılarında korrupsiya əməlinə yol verilməsi faktı üzrə araşdırma aparırdı. Araşdırmaya səbəb “Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqaviləsi səbəb olub. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura o zaman A.Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.

Araşdırmalara görə, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.

Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.

İsveç prokurorluğu bildirirdi ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb.

Müqaviləyə əsasən, Azərbaycan dəmir yollarının modernləşdirilməsində “Bombardier Transportation” şirkətinin Rusiyadakı törəmə şirkəti də bilavasitə iştirak edib. Həmin şirkətin 36 faizlik səhmlərinə Rusiya Dəmir Yolları nəzarət edir. Şirkət siqnalizasiya avadanlıqlarının yerində quraşdırılmasını həyata keçirib.

Siqnalizasiya avadanlıqlarını “Bombardier”dən alıb Azərbaycana satan “Multiserv Overseas” şirkəti Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu ilə ortaq qurulub. Bu korrupsiya qalmaqalında onun adı çox hallanırdı. Məhkəmənin son iclaslarının birində isə məlum olmuşdu ki, Yakunin Ziya Məmmədovun adı keçən korrupsiya sövdələşmələrində açar rol oynayıb. 10 ilə yaxın Rusiya dəmir yolu sektoruna rəhbərlik etmiş Vladimir Yakuninin sabiq nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərinin hər zaman isti olduğu deyilir. Keçmiş diplomat Yakunin 2015-ci ilin avqustunda istefaya göndərilsə də, hazırda Avropada yenə bizneslə məşğul olur.

Qeyd edək ki, məhkəmə İsveç prokurorluğunun gətirdiyi dəlilləri yetərsiz sayaraq, “Bombardier”in Azərbaycanla sövdələşməsində korrupsiyaya yol verilməsi iddiasının sübut olunmadığı qənaətinə gəlmişdi. Bu qərarın əldə olunmasında V.Yakuninin oğlu - Avropada böyük biznesə malik Andrey Yakuninin əlaqələrinin də rol oynadığı iddia olunur.

Avropada məhkəmə qalmaqalının “qəhrəmanı” olan ikinci məmur - Elmar Rüstəmovla bağlı proses Vyanada baş tutub.

Xatırladaq ki, cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.

Bu cinayət işi ilə əlaqədar Avstriyada ümumilikdə 9 nəfər mühakimə olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, Mərkəzi Bankın törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da var.

Yerli medianın məlumatına görə, Azərbaycan tərəfdən “OeBS” şirkəti ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanov danışıqlar aparıb. A.Məlik-Aslanov yeni manat çapına, sifarişinə, daşınmasına və qəbuluna birbaşa cavabdehlik daşıyıb. 2005-ci ildən başlayaraq yeni manat Azərbaycana göndərilib və mərhələli şəkildə dövriyyəyə buraxılmağa başlayıb. 2007-ci il oktyabrın 3-də A.Məlik-Aslanovun rəhbərliyi altında Azərbaycana yeni manatın ən böyük partiyası gətirilib. Razılaşmaya əsasən yeni manat əskinasları Avstriyada Azərbaycan Mərkəzi Bankının inkassatorları tərəfindən qəbul edilərək “AZAL” tərəfindən ölkəyə daşınıb.

Avstriya qaynaqlarının verdiyi xəbərə görə, məhkəmə prosesində OeBS şirkətinin keçmiş satış direktoru, əslən Rumıniyadan olan Raluka Tanasesku özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bildiyini deyib.

R.Tanasesku OeBS şirkətinin rüşvət ödəmələrini gizlətmək üçün saxta hesabatlar hazırladığını və köçürülən pulların əsl məqsədinin gizlədildiyini deyib.

“Bu gizlətmə mədəniyyəti bizə Avstriya Mərkəzi Bankından keçmişdi. Mənə deyirdilər ki, narahat olmayım, çünki bizim arxamızda Mərkəzi Bank kimi güclü institut dayanıb” - deyə qadın bildirib.

Tanasesku istintaqa verdiyi ifadədə rüşvət pullarının offşor hesablarla yanaşı bir qisminin nağd şəkildə ötürüldüyünü də deyib. Belə ki, “Azərbaycan diplomatları qadının vətəni Rumıniyada onunla görüşərək pulların dərhal verilməsini” tələb ediblər. Nəticədə pullar “Stefanplatz” firmasının sellofan “kisələrinə” doldurulub və Bakıya yola salınıb.

2016-cı ilin martında Avstriya prokurorluğu Azərbaycan rəsmiləri ilə korrupsiya razılaşması ilə əlaqədar Ali Məhkəməyə müraciət edib. Belə ki, iş üzrə Vyana məhkəməsi qərar versə də, nəticə prokurorluğu qane etməyib. Prokurorluq bu cinayət işinin ölkənin Ali Məhkəməsində araşdırılmasını istəyirdi. Ona görə də bu instansiyaya müraciət etmişdi. Bu barədə Avstriyanın “Der Standart” qəzeti məlumat yaymışdı.

Göründüyü kimi, hər iki məmurun adı Azərbaycan adına yaraşmayan prosesdə hallanıb. Bu proseslər barədə dünyanın aparıcı media orqanlarının səhifələrində dəfələrlə materiallar dərc olunub. Artıq A.Əsgərov hakimiyyətdə təmsil olunmur, E.Rüstəmov isə Mərkəzi Bankın rəhbəri olaraq qalır.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru