Samir Şərifovla Elman Rüstəmovun limiti bitib - Seçkidən sonra gedirlər...
Tarix: 8-02-2018, 08:28 | Çap et
Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlər var. “Yeni Müsavat”a maliyyə-bank sektorundan daxil olmuş məlumatlarda şok adlar yer alıb. Bildirilir ki, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları prezidentin yeni komandasının siyahısında olmayacaq. Vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir.
Hakimiyyət üçün arzuolunmaz sayılan kadrlar arasında maliyyə naziri Samir Şərifovun, eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun adı çəkilir. Ölkənin maliyyə və bank sektorundakı vəziyyətdən sorumlu olan bu şəxslər neftin dünya bazar qiymətinin düşdüyü dövrdə qeyri-peşəkar yanaşmalarıyla iqtisadiyyatda böyük problemlərin yaranmasına rəvac veriblər. Belə ki, böhranın başlandığı ilkin dövrdə yerli və xarici ekspertlərin təkidli çağırışlarına rəğmən Azərbaycanda manatın məzənnəsi sərbəst buraxılmadı. Maliyyə-bank sektorunun başbilənləri Mərkəzi Bankın vəsaitləri hesabına manatın məzənnəsini süni surətdə saxlamağa cəhd göstərdilər. Nəticədə, qısa bir müddətdə Mərkəzi Bankın 18 milyard dollar təşkil edən valyuta ehtiyatları 4 milyard dollara düşdü. Manatın devalvasiyalarından sonra məlum oldu ki, manatın məzənnəsinin böyük zərər hesabına saxlanması heç də səbəbsiz deyilmiş: müəyyən qüvvələr Azərbaycanda dolların ucuz olmasından istifadə edərək milyardlarla dollar qazanc əldə ediblər. Dövlət başçısı səviyyəsində açıqlanan məlumatlardan aydın oldu ki, bu qüvvələr gündə yüz milyonlarla dollar əldə etməyi bacarıblar.
Məlum oldu ki, devalvasiyadan günlər əvvəl kimlərsə irihəcmli əməliyyatlar həyata keçirərək yüz milyonlarla dollar alıblar. Bu alqı-satqıdan xüsusilə Elman Rüstəmovun xəbərsiz olması mümkün deyildi çünki ölkədə məzənnə tənzimlənməsini həyata keçirən əsas orqan Mərkəzi Bank idi. Ölkədə dolların əsas satıcısı da Mərkəzi Bank idi. Hansı bankın nə qədər dollar aldığını, aldığı dolları qısa müddət ərzində necə xırıd etdiyini baş bankirdən yaxşı kimsə bilə bilməzdi. Ölkə rəhbərliyinin də dilə gətirdiyi bu əməldən E.Rüstəmov, əlbəttə, xəbərsiz deyildi. Xəbərinin olması və mane olmaması onun dövlət maraqlarına ən böyük zərbəsi idi. Bu susqunluğuna görə də sonrakı dövrdə Mərkəzi Bankın banklarla bağlı əsas səlahiyyətlərinin demək olar ki, hamısı əlindən alındı.
Ötən ilin payızında mətbuatda gedən məlumatlardan aydın oldu ki, Mərkəzi Bankın rəhbərini həm də rahatca “kredit oliqarxı” hesab etmək olar. Həmin məlumatlara görə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.
Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği “Respublikabank”dan, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. Baş bankirin heç bir reaksiya vermədiyi, yəni həm də təkzib etmədiyi bu məlumat onun devalvasiyalardan az əvvəl müxtəlif banklar vasitəsilə yüz milyonlarla dolların alınmasına niyə göz yumduğunu açıqlayır.
Eyni zamanda aydın məsələdir ki, uzun illər Mərkəzi Banka rəhbərlik etməklə ölkənin bank sektorunu əlinin içi kimi tanıyan E.Rüstəmov, maliyyə sisteminə rəhbərlik edən S.Şərifov proseslərin belə xarakter alacağını görməmiş deyildilər. Bu halda onların hansı maraqlardan çıxış edərək dolları ucuz saxlamağa çalışdıqları sıravi vətəndaşlardan tutmuş, ölkə rəhbərliyinə qədər hamını düşündürəcək sualdır.
Baş bankirlə baş maliyyəçinin mütləq və mütləq görməli olduqları digər cinayət, əlbəttə ki, Beynəlxalq Bankdan oğurlanan on milyardlarla manat dövlət vəsaitidir. Biri bank sektorunun, digəri isə maliyyə sisteminin tənzimləyicisi, biri banklardan verilən kreditlərə, digəri birbaşa Beynəlxalq Bankdan verilən kreditlərə nəzarət edən iki məmurun gözləri önündəcə dövlətin pulu talan edilirsə və onlar bunu görmürlərsə, demək ki, ya tutduqları vəzifəyə uyğun bilik-bacarıqları yoxdur, ya da baş verənlərdə hansısa maraqları və iştirakları olub. Bu, sübuta ehtiyacı olmayan aksiomdur.
Hazırda Azərbaycan dövləti Beynəlxalq Bankın 10 milyard manatlıq toksik aktivlərini, 3,3 milyard dollarlıq xarici borcunu üzərinə götürüb. Ölkəyə qarşı Beynəlxalq Bankın borclarının restrukturizasiyası prosesi ilə bağlı London məhkəməsində iki iddia təmin olunub. Bu isə restrukturizasiya prosesini yubatmaqla yanaşı, 3,3 milyard dolların qısa müddətə ödənməsi kimi arzuolunmaz vəziyyətə gətirib çıxara bilər.
S.Şərifovla E.Rüstəmovu komandadan uzaqlaşdırılmağa namizəd məmur “postu”na gətirən daha bir amil böhran dövründə ölkədə dollar qara bazarının yaradılması faktıdır. Xatırladaq ki, dollar qara bazarının hədsiz genişlənməsi Milli Məclisdə belə müzakirələrin açılmasına səbəb oldu. 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkilləri ölkədə “qara bazar”ın tüğyan etməsindən narahatlığını ifadə etdilər.
“Qara bazar”da dollar satışına münasibət bildirən deputat Yevda Abramov bildirmişdi ki, əlaqədar qurumlar vəziyyətə nəzarəti itirib: “Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Haradandır bu adamların maşınlarında bu qədər dollar?”
Az sonra məlum oldu ki, dollar qara bazarının təchizatçıları iki dövlət bankının - Beynəlxalq Bank və “Azər-türk Bank”ın rəhbərləridir. Dövlətin bütün imkanlarını səfərbər edib manatın məzənnəsini sabitləşdirməyə çalışdığı bir zamanda bu şəxslərin arxasındakı qüvvələrin qara bazarda qaz vurub qazan doldurması çox böyük narazılıq və qəzəbə səbəb olmuşdu. Həmin vaxtlar hətta maliyyə nazirinin özünün də prosesin içərisində olduğuna dair məlumatlar yayılmağa başlamışdı. Lakin proseslərin daha da dərinləşməsinə imkan verilmədi və Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədov, “Azər Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov da daxil olmaqla qrupun iş başından alınması ilə kifayətlənildi.
Azərbaycanda dövlət xərcləmələri sahəsində ciddi nöqsanların olduğu heç kimə sirr deyil. Elə Hesablama Palatasının son 2 ildə apardığı audit yoxlamalarına dair məlumatlarına baxmaq yetər ki, büdcədən irihəcmli vəsait alan əksər dövlət qurumlarında nə qədər böyük mənimsəmələrə yol verildiyini görmək mümkün olsun. Qeyd edək ki, ölkədə büdcə hesabına xərcləmələrə ilkin maliyyə nəzarətini məhz S.Şərifovun rəhbərlik etdiyi qurum - Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidməti həyata keçirir. Necə olur ki, bu xidmətin illər boyu heç bir nöqsan aşkarlamadığı qurumlarda Hesablama Palatası yüz milyonlarla manatlıq pozuntular tapır?! Bu sualların ölkə rəhbərliyini də narahat etdiyi göz önündədir. Bunun nəticəsidir ki, Hesablama Palatası haqqında yeni qanun layihəsi hazırlanır, o qanunla Palataya çox geniş səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Maliyyə-bank sektoruna rəhbərlik edənlərin yarıtmaz fəaliyyətlərinin nəticəsidir ki, bu gün Azərbaycan bankları düşdükləri ağır böhrandan qurtula bilmirlər. Bankların kredit siyasətinin nəzarətsiz buraxılması nəticəsində yaranan problemli kreditlərin həcmi 2 milyard dollara, ümumi kredit portfelindəki payı isə 15 faizə çatmaqdadır. Ölkə böhrandan çıxmaq üzrədir, lakin bank sektoru bu prosesi əngəlləyir.
Bütün qeyd olunanlar göstərir ki, seçki hər iki kadrdan qurtulmaq, iqtisadi blokda komandanın yenilənməsi üçün ölkə rəhbərliyinə əlverişli fürsət yaratmış olacaq. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
|