"Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                 

Fazil Məmmədovun Eldar Mahmudov “taktikası” - İLGİNC
Tarix: 22-01-2018, 08:57 | Çap et
Fazil Məmmədovun Eldar Mahmudov “taktikası”
Keçmiş vergilər naziri Fazil Məmmədov vəzifəsindən qovulandan sonra üzə çıxan faktlar onun digər vurulmuş odioz nazir - Eldar Mahmudovun yolu ilə getdiyi, eyni taktikalı nazir olduğu bilindi. Aydın oldu ki, Fazil Məmmədovun da “vurulma” səbəbi Eldar Mahmudovun işdən çıxarılmasından fərqli deyil. Eldar Mahmudov da, Fazil Məmmədov da vəzifələrinin onlara verdiyi imkanlardan dövlətin, iş adamlarının, vəzifə sahiblərinin var-dövlətlərini talamaq üçün istifadə ediblər. Əldə etdikləri sərvətləri xarici ölkələrə daşıyıb orada özlərinə geniş biznes şəbəkəsi yaradıblar. Azərbaycanda iqtisadiyyatın məhv edilməsi, iş yerlərinin bağlanması hesabına xarici ölkələrdə geniş imkanlar əldə ediblər. Eldar Mahmudovun ölkədən çıxardığı var-dövlət rəqəmlərlə ifadə olunarsa, 8-10 milyard, Fazil Məmmədovun 4.5 milyard manat civarındadır.

Hər 2 şəxs son illərdə talançılıq planlarını bir-birindən dəstək almaqla gerçəkləşdiriblər. Bir çox hallarda Eldar Mahmudovun talançılığın daha asan gerçəkləşdirilməsi üçün düzüb-qoşduğu iş prinsipləri Fazil Məmmədov tərəfindən vergi sistemində gerçəkləşdirilib.

Ötən saylarımızdan birində Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifələrə çəkdiyi yaxınları, qohumları haqda məlumat vermişdik. Bunlar arasında təzə qohum olduğu müavini Namiq Əliyev, qrup yoldaşları, həmçinin bacısının əri olan Namiq Quliyev də olub. F.Məmmədov bir qayda olaraq yaxın çevrəsində olan şəxsləri nəinki Vergilər Nazirliyində işə götürməklə kifayətlənib, həmçinin onlara yüksək vəzifələr, bəzən vəzifəni aşan səlahiyyətlər verib. Belələrindən biri də yeznəsi Namiq Quliyevdir.

Kimdir Namiq Quliyev?

Namiq Quliyev sovet dövründə milis rəisi işləmiş, öz işini bilən, peşəkarlığı haqda hələ də söhbətlər dolaşan Məhi Quliyevin oğludur. Elə onun qaynı Fazil Məmmədov da milis rəisinin oğludur. Əsəd Məmmədov uzun illər müxtəlif rayonların rəisi vəzifəsində çalışıb. Məhi Quliyevin son iş yeri Yevlaxın milis rəisi olub. Barəsində danışanlar “ atası çox bacarıqlı adam idi, oğlu Namiq haqda isə bunu deyə bilmərik” söyləyirlər. Namiq Quliyev daxili işlər orqanlarına da atasının dəstəyi hesabına işə götürülüb. N.Quliyev daxili işlər orqanlarında çalışarkən özünü güclü kadr, seçilən zabit kimi tanıda bilməyib. Xüsusi bir savadı ilə də fərqlənməyib. Fazil Məmmədovun bacısı ilə ailə həyatı qurandan az sonra daxili işlər orqanlarından uzaqlaşıb. Bundan sonra Fazil Məmmədov onu Vergilər Nazirliyinə işə götürüb və Azərbaycan tarixində analoqu olmayan hadisələr baş verməyə başlayıb.

Eldar Mahmudov milli təhlükəsizlik naziri postuna gedən kimi ətrafına təqaüdə göndərilmiş, orqandan qovulmuş şəxsləri yığdığı kimi, eyni qayda Vergilər Nazirliyində də təkrarlanıb. Namiq Quliyevin təqdimatı ilə təqaüddə olan polis işçilərini Fazil Məmmədov işə götürməyə başlayıb. Nərimanov Rayon Polis İdarəsinin sabiq rəisi Mahir Hümbətovu, Nizami Rayon Polis İdarəsində rəis müavini postundan təqaüdə göndərilmiş Ənvər Yusifovu Namiq Quliyev Vergilər Nazirliyinə transfer etdirib.

Mahir Hümbətov Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini, Ənvər Yusifov isə Departamentin əməliyyat idarəsinin rəisi vəzifəsinə təyin olunublar. Eynən Eldar Mahmudovun kadr məsələlərindəki absurd qərarlarını təkrar ediblər. Yada salaq ki, Eldar Mahmudov təqaüddə olan, yarıtmaz fəaliyyətə görə qovulan sabiq polisləri MTN-ə aparıəb onlara yüksək vəzifə, hətta bəzilərinə general rütbəsi verib. Bir güc strukturundan işdən çıxan şəxsi təzədən aparıb başqa bir güc strukturunda işə götürüb general rütbəsi vermək dünya tarixində görünməmiş bir təyinat idi. Eldar Mahmudov 30-a yaxın təqaüddə olan polisi MTN-ə aparıb əksəriyyətinə də general verdirmişdi. Və həmin kadrların əli ilə istədikləri talançılığı gerçəkləşdirə bilirdilər.

Bunu Eldar Mahmudov da, sonradan Fazil Məmmədov da ona görə edirdilər ki, işə götürdükləri şəxslər sözsüz onların verdikləri əmrləri yerinə yetirsinlər. Onlar “sahibkarın pulunu al, əmlakını tar-mar elə” əmrini də sözsüz icra edirdilər. Bunu Eldar Mahmudov MTN-də etmişdi, hər kəs nəticəsini görmüşdü. Fazil Məmmədov son illərdə bu qaydaları prioritet seçmişdi.

Sahibkarları vergi adı ilə “dinməver” adını almış pul qoparma əməliyyatlarına cəlb edirdilər. Dinən, danışan, haqqını tələb edən sahibkar Fazil Məmmədovun vergilər nazirliyində təqaüdçü-polis-vergi işçilərinin formalaşdırdığı dəstənin caynağına keçirdi. Danışmağının bədəlini sahibkara müflis edilənə qədər ödətdirirdilər. Digər sahibkarlar isə müflisləşməmək üçün dinmirdi, danışmırdı. Bir çoxları da soyğunçu vergi məmurlarının caynağına keçməmək üçün Azərbaycandakı bizneslərini xaricə daşıyıb işlərini orada davam etdirmək məcburiyyətində qalırdılar.

Fazil Məmmədov təkcə “Caspel” şirkətinin satdığı kassa aparatlarından qohum-qardaşına 100 milyon manata yaxın vəsait qazandırıb. Bu vəsaiti isə ödəyənlər sahibkarlar olub. Aldığımız məlumata görə “Caspel”in hüquqi təmsilçisi Namiq Quliyevin qardaşı Ceyhun Quliyevdir. Soyğunçu şirkətin idarəçisi isə Namiq Quliyevin oğlu olub. Yada salaq ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyən Namiq Quliyev ötən ay vəzifəsindən kənarlaşdırılıb. N.Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində birinci müavin vəzifəsində işləyib. Daha sonra Fazil Məmmədov onu özünə vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşavir təyin etmişdi.

2011-ci ildən Namiq Quliyevin oğlunun idarə etdiyi “Caspel” şirkətinin satdığı nəzarət-kassa aparatları və POS terminallar sahibkarlara məcburən sırınıb. “Yeni Müsavat”ın həmin vaxt əldə edərək ictimailəşdirdiyi sənədlərdən aydın olur ki, 15 noyabr 2011-ci il tarixdə Vergilər Nazirliyində nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının iclası keçirilib. İclasın 48 nömrəli protokoluna görə, komissiyaya vergilər naziri Fazil Məmmədov sədrlik edib. İclasın gündəliyində dayanan məsələ nəzarət-kassa aparatlarının yeni modellərinin dövlət reyestrinə daxil edilməsi olub. Sadə dillə desək, komissiya vergilər naziri Fazil Məmmədovun bacısı oğlu - yəni N.Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “Caspel” şirkətinin ölkəyə gətirdiyi kassa aparatlarının satışını təşkil etmək üçün qərar verib.

Qərarı əks etdirən protokolda göstərilir ki, “4613-XXX” tipli İBM POS terminalının və “Mini-T 400 ME” markalı nəzarət-kassa aparatları qüvvədə olan texniki tələblərə cavab verdiyi üçün “Ticarət, iaşə, xidmət və digər fəaliyyət sahələrində əhali ilə nağd hesablaşmaların aparılmasında tətbiq olunan nəzarət-kassa aparatlarına Texniki Tələblər”in 2-ci bəndində nəzərdə tutulmuş 3-cü qrup kompüter uçot sistemli aktiv nəzarət-kassa aparatları qrupuna aid edilib. İclasda Fazil Məmmədovun özü də çıxış edib. Bundan sonra sahibkarların qara günləri başlayıb. Onlar Fazil Məmmədovun bacısı oğlunun satdığı kassa aparatlarını almağa məcbur ediliblər. Bacıoğlunun şirkəti ölkəyə kassa aparatları gətirən 20-dək iş adamını da müflis edib. Vergilər Nazirliyinin elan etdiyi tenderlərin böyük əksəriyyətinin qalibi də məhz “Caspel” olub. Fazil Məmmədovun və başının dəstəsinin formalaşdırdığı korrupsiya ocağından itirən dövlət, sahibkarlar, qazanan isə əlbəttə ki, sabiq vergilər nazirliyi, onun qohum-əqrəbası olub.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru