Sabiq vergilər nazirinin Ukraynanın erməni əsilli naziri ilə əlaqələri - İDDİA
Tarix: 17-01-2018, 08:38 | Çap et
Sabiq vergilər naziri Fazil Məmmədovun dövlətdən oğurladığı vəsaitlər hesabına yiyələndiyi əmlaklarının siyahıya alınması prosesi davam edir. Onun ölkədən çıxardığı 4 milyard yarımlıq “qara pul” qaçaqçılığına görə təftiş aparılır, mal-mülkü müəyyənləşdirilir.
Sabiq nazirin kurort məkanları ilə tanınan ölkələrdən bir çoxunda biznesləri müəyyən edilib. Belə xəbərlər var ki, Fazil Məmmədov Azərbaycan istisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var.
Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq nömrə icarəsi 220 avrodan başlayır. Bir qədər aralıda, Puşkin küçəsindəki “Vladimirski” bazarı da Azərbaycanın sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Fazil Məmmədov Ukraynadakı bizneslərinə toxunulmazlıq statusuna Ukraynada yüksək çinli məmurlarla işbirliyi və dostluq münasibətləri saxlamaqla nail olub. Bu məmurlar sırasında azərbaycanlılara qarşı xüsusi qəddar münasibəti ilə seçilən Ukraynanın daxili işlər naziri, erməni əsilli Avakov da var. Hətta Fazil Məmmədovun Avakovla yaxşı biznes əlaqələrinin olduğu da deyilir. Ukraynadan əlavə onun Gürcüstanda, Türkiyədə biznes şəbəkələri var. Bu şəbəkələr hamısı üzə çıxarıla bilər.
Sabiq nazirin Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks hoteli haqda da yazmışdıq. Həmin hotel “Mir” adlanır. Bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir Rezort Spa” öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”. Truskovetsin ən yaxşı hotellərindən hesab olunan “Mir” hoteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu hotelə üz tutur. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir.
Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir. Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.
Yada salaq ki, Fazil Məmmədov ötən il dekabrın 5-də qəfil vergilər naziri postundan çıxarıldı. 17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun bu şəkildə işdən çıxarılacağını heç kim, heç özü də gözləmirdi. Artıq 1 aydan çoxdur ki, Fazil Məmmədov işsizdir. Rəsmi olaraq onun işdən çıxarılmasının səhhəti ilə əlaqəli olduğu açıqlansa da, bu təqdimata inananlar azdır. Heç Fazil Məmmədovun özü də bu təqdimatla razılaşmır. O vəzifəsindən çıxarılandan 2 gün sonra bu xəbəri yalanlamışdı. Demişdi ki, iddia edildiyi kimi ağır xəstə deyil, az xəstədir. Yəni Fazil Məmmədov işində qalıb davam edə biləcəyi mesajını çatdırmışdı. İşdən çıxarıldığı ilk günlərdə Fazil Məmmədovun çevrəsinin onun səfir göndəriləcəyi ilə bağlı xəbərlər yayması da onun xəstə olmadığını bir daha təsdiqləmək üçün ortaya atılan informasiyalardan idi. Fazil Məmmədovu səfir göndərmədilər, əvəzində təftiş edirlər. Bu təftiş prosesi Fazil Məmmədova yaxşı heç nə vəd etmir. "Yeni Müsavat"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
|