Vergilər Nazirliyində "təmizləmə əməliyyatı" davam edəcək - GƏLİŞMƏ
Tarix: 11-01-2018, 08:29 | Çap et
Vergilər Nazirliyində “təmizləmə əməliyyatı”na başlanıb. Uzun illərdən bəri vergi orqanlarında kök salmış, sahibkarların qəniminə çevrilən korrupsioner şəbəkənin iş başından uzaqlaşdırılması üçün başladılan prosesin davam edəcəyi gözlənilir.
Qeyd edək ki, yeni nazir Mikayıl Cabbarovun göstərişi ilə nazir müşavirləri, idarə rəisləri də daxil olmaqla, 64 nəfər vergi orqanlarındakı vəzifəsindən alınıb. Bəzi çevrələr bu hadisəni, sadəcə, yeni nazirin komanda dəyişməsi kimi təqdim etməyə çalışırlar. Lakin məsələ burasındadır ki, işdən azad olunan şəxslərin böyük bir qismi - 33 nəfəri Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin işçiləridir. Həmin 32 nəfərin 8 nəfəri departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin, 9 nəfəri Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin, 5 nəfəri İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin, 4 nəfəri isə Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin əməkdaşlarıdır.
Çıxarılanların 18 nəfəri də eyni departamentin - Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin işçiləridir. Bu 18 nəfərin 4 nəfəri Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin, 7 nəfəri Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin, 4 nəfəri isə Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin işçiləridir. Yeni nazir öz komandasını formalaşdırmaq üçün bir departamentdən onlarla, bir idarədən isə 8-9 nəfəri eyni vaxtda işdən çıxarmır. Bu azadetmələr bilavasitə vergi orqanlarını korrupsiyaya alışmış şəbəkədən təmizləməyə yönəlmiş fəaliyyətdir. Nəzərə alsaq ki, departamentlər birbaşa Bakı şəhərindəki kiçik və orta sahibkarlıq subyektləri - xüsusilə də tikinti, ticarət sahəsindəki subyektlərlə işləyirdi, o zaman niyə prosesin onlardan başlandığını aydın təsəvvür etmək mümkündür.
Məsələ burasındadır ki, hazırda Azərbaycanda qeyri-leqal iqtisadiyyatın böyük bir hissəsi tikinti, ticarət və xidmət sahələrindədir. Baş nazirin müavini Əli Əhmədovun mətbuata verdiyi açıqlamada qeyri-rəsmi məşğulluğun ən yüksək olduğu sahələr olaraq məhz adları çəkilənləri qeyd etmişdi. Qeyri-rəsmi məşğulluğun yüksək olması isə o deməkdir ki, həmin sahələrdə gizlədilən, həm də vergiyə cəlb olunmayan dövriyyə yüksəkdir. Və vergi əməkdaşlarının iştirakı olmadan kiminsə dövlətdən bir qəpiyi belə gizlətməyə imkanı çatmaz. Bu iştirak isə əvəzsiz olmur. Son illərdə dövriyyə gizlədilməsi üçün vergi əməkdaşları daha yüksək məbləğlər tələb etməyə başlamışdılar. Hətta bir çox sahibkarların qanuni əsaslarla işləmək istəklərinə qarşı hər cür yollarla maneçilik törədilirdi. Vergi orqanlarında elə sxem qurulmuşdu ki, burada işləyib bu kimi fəaliyyətlərdən kənarda qalmaq az qala mümkünsüz hala gəlmişdi.
İndi isə M.Cabbarov oturuşmuş bir çetenin düzənini pozmaq, sistemi təmizləmək və vergi orqanlarını sahibkarların dostuna çevirmək istiqamətində fəaliyyətə başlayıb. Bu fəaliyyətin böyük həcmdə gəlirləri əllərindən çıxmış şəxslər, qruplar tərəfindən müqavimətlə müqavimətlə qarşılanacağı gözləniləndir.
Nazirlikdən çıxarılanlar arasında keçmiş nazirin 4 müşaviri də var. Fazil Məmmədovun demək olar ki, hər ay özünə yeni müşavir təyin etdiyini yəqin hamı xatırlayır. Bir ara hətta müşavirlərin sayı 13 nəfərə çatmışdı.
Bundan əlavə, məlum olur ki, işini itirənlər arasında bir sıra yüksək vəzifəli şəxslərin yaxın qohumları da var. Belə ki, mətbuatın yazdığına görə, Qabil Tarquliyev-Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun bacısı oğlu, Fəxrəddin Poluxov-Azərbaycanın Cənubi Afrika Respublikası, Anqola, Mozambik, Svazilend və Zimbabvedəki səfiri Elxan Poluxovun qardaşı, Azər Hüseynov-Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədovun kürəkəni, Nəsimi Cəfərov-İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni, Famil Miriyev-Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bibisi oğludur. Daha 5 nəfər - Kəmaləddin Baxşəliyev, Çingiz Abdullayev, Turac Mahmudov, Raqif Qurbanov və Firdovsi Aslanov keçmiş vergilər naziri F.Məmmədovun tələbə yoldaşları, Rahim Əfəndiyev isə yaxın dostu və ailə biznesini idarə edən şəxsdir (ölkə.az). Aydın məsələdir ki, adları çəkilən şəxslərin heç də hamısı vergilər sahəsində əvəzolunmaz, çox peşəkar mütəxəssis olduqları üçün nazirlikdə işlə təmin olunmayıblar. Onların təyinatında özlərinin, bir çox hallarda isə yaxın adamlarının F.Məmmədovla yaxın münasibətləri əsas rol oynayıb.
Başqa bir tərəfdən, yüksək ranqlı məmurların yaxın qohumlarının ilk növbədə işdən çıxarılması həm də o deməkdir ki, hakimiyyətin ən yüksək pillələrindən M.Cabbarovun kadr islahatına razılıq verilib. Yəni nazir prosesi tam dəstək almadan başlatmayıb.
Onu da qeyd edək ki, artıq bəzi çevrələrdən Vergilər Nazirliyindən çıxarılanların illər boyu vergi orqanlarında çalışdıqları, sistemə, işə yaxşı bələd olduqları kimi iradlar səsləndirilməkdədir. Lakin nəzərə almaq lazımdır ki, həmin şəxslərin bir çoxu illər boyu vergi sistemində kök salmış soyğunçuluq siyasətinin aktiv iştirakçısı da olublar. Belə kadrları yeni və korrupsiyaya bulaşmamış şəxslərlə əvəz etmədən vergi orqanlarının müsbət imicini formalaşdırmaq qeyri-mümkündür.
Nəhayət, bir məqamı da vurğulayaq ki, 64 nəfərin işdən çıxarılmasını həm də vergi orqanlarında keyfiyyət dəyişikliklərinin başlanğıcı kimi qiymətləndirmək olar. Yaxın müddətdə bu prosesin davam edəcəyi, sistemin tamamən yenidən qurulacağı gözlənilir... “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|