Hansı başçıdan daha çox giley var... - İDDİA
Tarix: 21-08-2017, 09:43 |
Çap et
DİA.AZ: - Hazırda Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılov təsadüfi deyil ki, barəsində ən çox şikayətlər olan icra başçısı kimi diqqətə gəlməkdədir. Bunu elə zaman-zaman müvafiq dövlət qurumlarının açıqladığı faktlar da təsdiqləməkdədir. Amma nədənsə Süleyman Mikayılovla bağlı hansısa cəza tədbiri görülmür ki, bu fakt da maraqlı formada əsaslandırılır.
Bununla bağlı DİA.AZ-a açıqlama verən bilgili qaynaq iddia edir ki, Süleyman Mikayılov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun çətiri altında olduğundan onunla bağlı iradlar da elə himayədarına ünvanlanır.
Mənbənin dia-az.life-a söylədikləri: "Kəmaləddin Heydərovsa onu qoruyur. Bu himayədarlığın tarixçəsi uzundur. Süleyman Mikayılov FHN rəhbərinin atası ilə də gözəl münasibətlərdədir, onun da etimadını qazanıb. Yəni hətta bir neçə dəfə hörmətli Fəttah Heydərov Slüeyman Mikayılovu Kəmaləddin Heydərovun qəzəbindən qoruyub. Belə bir mühafizə çətiri altında isə Süleyman Mikayılov özünü kifayət qədər əmin his edir. Amma heç nə əbədi deyil".
Mənbə iddia edir ki, məhz yaxın günlərdə Süleyman Mikayılovla bağlı onun karyerasının və administrativ rıçaqlar hesabına əldə etdiyi biznesinin üzərindən birdəfəlik xətt çəkilə bilər. Mənbə dia-az.life-a bildirir:
"Məsələn, artıq Qaradağdakı daş karxanaları ilə bağlı müəyyən addımlar atılır. Başqa istiqamətlərdə də dəyişiklik olacaq və nəhayətdə Süleyman Mikayılov birdəfəlik çıxdaş olunacaq. Çünki ona qarşı daha qüvvətli bir mövqe sahibi qollarını çırmalayıb".