Lənkəran problemlər məngənəsində boğulur. Süleyman Mikayılovdan sonra Taleh Qaraşov da şəhər üçün hər hansı iş görmür. Bu barədə evi uçmuş xanım şikayətçi redaksiyaya yazır. Onun bildirdiyinə görə, icra başçısının yarıtmaz fəaliyyəti barəsində mətbuatda gedən yazılar rayon rəhbərinin köməkçisi tərəfindən ört-basdır edilir. Halbuki bütün lənkəranlılar rayonda nələr baş verdiyini yaxşı bilir.
Verilən məlumata görə, Lənkəranda işsizlik, narkomaniya, idarələrdə özbaşınalıq hökm sürür. Əhalinin yol, kanalizasiya, sosial müavinətlərin verilməsindəki dərəbəylik və s. problemləri həllini tapmayıb. T.Qaraşov vətəndaşların şikayətlərini də dinləmək istəmir. Hər hansı lənkəranlı problemi ilə bağlı icra başçısının qəbuluna düşə bilmir. Demək olar ki Lənkaranda məmur özbaşınalığı höküm sürür. Prezidentin tapşırıq və göstərişləri qulaqardına vurulur. Lənkaranlılar demişkən "bura "QARAŞOV VADİSİDİR" rüşvət, xaos, ozbaşınalıq, əhalinin incidilməsi, talış deyə yerli sakinlərə yuxarıdan aşağa baxılmas rayonda gərginliyə səbəb ola bilər. Qeyd edək ki, Lənkaanda olan problemlərlə bağlı redaksiyaya göndərilən məlumatları və videoların hər birini işıqlandırmağa çalışacağıq. İnanırıq ki, işıqlandırdığımız hər bir problemin həlli yerindəcə həll olunacaq. Raayonda yaranmış problemlə bağlı redaksiyaya video müsahibə göndərilib. dia-az.life Azerinews.org-a istinadən həmin videonu təqdim edir: