Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                 

Bələdiyyə sədri vətəndaşı çilədən çıxarıb... - ŞİKAYƏT
Tarix: 3-04-2017, 08:31 | Çap et
Bələdiyyə sədri vətəndaşı çilədən çıxarıb...
Redaksiyamıza Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızının, Buzovna qəsəbəsi. Koroğlu küçəsi, ev 55-də yaşayan təqaüdçü Əliyev Ağasadıx İbrahim oğlunun, Binə qəsəbəsi, Hacıbəyov küçəsi, ev 21-də yaşayan təqaüdçü Şücai Qızxanım Nadir qızının və Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsi, ev 135-də yaşayan Zeynalova Azadə Xudaverdi qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədova ünvanlı müraciəti daxil olub.

Müraciətdə bildirilir:
«Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli cənab nazir!
Bildiririk ki, Xəzər rayonunun Buzovna qəsəbə Bələdiyyəsinin sədri Mətləb Əliyev işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edib.
Məhkəmədən bizdən öz xeyrinə bütövlükdə 400 min manat kompensasiya ödənilməsinə və ondan «Hörmətli Mətləb müəllim, Sizin işgüzar nüfuzunuza, şərəf və ləyaqətinizə zərər vurduğuma görə Sizdən üzr istəyirəm, məni bağışlayın» formasında üzr istəməyimizə dair qətnamə çıxarılmasını xahiş edib.
Lakin biz bu iddianı qəbul etmirik. Hesab edirik ki, Buzovna qəsəbə Bələdiyyəsinin sədri Mətləb Əliyev bununla bizim haqq səsimizi boğmaq istəyir. Halbuki biz onun şərəf və ləyaqətini təhqir etməmişik.
Bizim yalnız vaxtilə Buzovna qəsəbə Bələdiyyəsində vergi müfəttişi işləmiş Mətanət Əkbərovadan şikayətimiz olub. Belə ki, Mətanət Əkbərova Buzovna qəsəbə Bələdiyyəsində vergi müfəttişi işlədiyi zaman bizim plana düşən torpaq sahələrimizin kompensasiyalarını yaxın əlaqəsi olduğu “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən (indiki “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti – red.) «hörmət» qarşılığında alacağına söz vermişdi. M.Əkbərova o vaxt Xanəhməd Fərziyev adlı eskiz-layihə çəkən bir şəxsi gətirib bizimlə tanış etdi və bizdən onun üçün xeyli məbləğdə pul aldı. Bir müddətdən sonra Mətanət Əkbərova «Azəryolservis»i məhkəməyə verməyimizi bildirdi. Hətta Mətanət Əkbərova Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənova vermək üçün hər birimizdən 2000 manat da tələb etdi. Lakin Mətanət Əkbərovaya Əliyev Ağasadıx və Zeynalov Cəmil hərəsi 1000 manat olmaqla 2000 manat pul verdi. Məhkəmə prosesinin gedişi zamanı Mətanət Əkbərova bizim iddia ərizəsinə tanımadığımız dörd nəfəri də əlavə etdi, hansı ki, onların plana düşən torpaqları yox idi. Həmin dörd nəfərdən biri Buzovna qəsəbə Bələdiyyəsinin sədri Mətləb Əliyevin bacısının həyat yoldaşı Telman Qəniyev idi.
Biz Mətanət Əkbərovadan həmin dörd nəfəri soruşanda bildirdi ki, sizə nə, özüm bilərəm. Yalnız Telman Qəniyev barədə məlumat verdi ki, onun adının iddia ərizəsinə salınmasını Mətləb Əliyev məcbur edib.
7 ay məhkəmə davam etdikdən sonra Mətanət Əkbərova bizə bildirir ki, «Azəryolservis» kompensasiyaları ödəyir. Mətanət Əkbərovanın sözlərinə görə, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyib ki, sənədləri məhkəmədən geri götürsünlər, pulları ödəyək. Məhkəmədə iştirak edən “Azəryolservis”in hüquqşünası Şaiq adlı şəxs də təsdiqlədi ki, Faiq müəllim deyirsə, pulları verəcək. Beləliklə, məhkəmə işə baxmadan sənədləri geri qaytardı. Faiq Məmmədovun təklifini bizə çatdıran Mətanət Əkbərova dedi ki, “Azəryolservis” belə bir şərt qoyur: alınacaq məbləğin 50 faizi onların, 50 faizi sakinlərin olacaq. Eyni zamanda, Mətanət Əkbərova dedi ki, pulların alınması üçün «Azəryolservis»in adamı olan Abbasov Sarvan Yusif oğluna etibarnamə vermək lazımdır.
Biz də Mətanət Əkbərovaya inanıb Sarvan Abbasova etibarnamə verdik ki, kompensasiyalarımızı bankdan alsın. Lakin Mətanət Əkbərova bankdan aldıqları puldan yalnız Ağasadıx Əliyevin 140 min manat olan kompensasiyasından cəmi 30 min manatını verib, qalan bütün kompensasiyalarımızı mənimsəyib. Mətanət Əkbərovanın bütün bu əməllərindən Bizovna qəsəbə Bələdiyyəsinin sədri Mətləb Əliyevin xəbəri vardı, lakin hansı səbəbdənsə göz yumurdu. Lakin çoxsaylı şikayətlərimiz Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevi narahat etdiyi üçün bizdən Əliyev Ağasadıxın evində Mətanət Əkbərovaya qarşı şikayət ərizələri yazdıraraq, bizə kömək edəcəyini bildirdi. Lakin sonra işin gedişatından bizə məlum oldu ki, Mətləb Əliyev özünü və oturduğu kreslosunu qorumaq üçün bizdən sui-istifadə edib. Mətləb Əliyev Firəngiz Quliyevadan işi keçdiyi zaman Mətanət Əkbərovanın kompensasiyalar haqqında gedən söhbətin səs yazısını onlara verib. Qeyd edək ki, şikayətçilərin xəbəri olmadan Mətləb Əliyev onların səsini yazıb. Söhbətin sonunda Mətanət Əkbərova Mətləb Əliyevlə təkbətək qaldıqda ona Ağasadıx Əliyevin 140 min manat kompensasiya alacağını deyib.
Onu da qeyd edək ki, biz bütün şikayət ərizələrimizdə Xəzər rayonunun bütün aidiyyəti dövlət strukturlarına müraciət etmişik. Lakin şikayətlərimiz nəticəsiz qalıb, bu səbəbdən də şikayətimizə Xəzər rayonunda baxılmasına etiraz edirik.
Eyni zamanda, bildiririk ki, Mətləb Əliyev Buzovna qəsəbəsinin Bələdiyyə sədridir və Xəzər rayonunda söz sahibidir. Mətləb Əliyevin özünün dediyinə görə, Xəzər rayon Məhkəməsində kiçik bacısının oğlu işləyir. Eləcə də M.Əliyev Xəzər rayon Məhkəməsinin sədri ilə çox yaxın münasibəti var, onun dostudur. Bütün hakimləri, polisləri və prokurorları tanıyır. Hazırda iş hakim Rəşad Həsənovun icraatındadır.
2013-cü ildə hakim Rəşad Həsənov bizim iddiamızla olan (iş-2(003)-912/2014) məhkəmə işini 7 ay uzatdıqdan sonra bütün məhkəmə iclaslarında iştirak etdiyimizə baxmayaraq, qərarında qeyd etmişdi ki, tərəflər məhkəməyə gəlməyib, iş baxılmamış saxlanılsın.
İndi də hakim Rəşad Həsənov Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin əsassız iddiası üzrə 17 mart 2017-ci ildə hazırlıq iclası keçirib. Biz isə bildirişi 18 mart 2017-ci ildə poçt vasitəsi ilə almışıq. Yəni hakim Rəşad Həsənov bizim xəbərimiz olmadan hazırlıq iclası keçirib. Xəzər rayonunun polisi, prokurorluğu, məhkəməsi bizim vətəndaşlıq hüquqlarımızı pozur. Əlimizdə olan çoxsaylı sübutlarımızla Xəzər rayonunun icra aparatına, polisinə, prokurorluğuna müraciət etmişik, amma bu günə kimi heç bir orqan bizə cavab verə bilməyib. Çünki Xəzər rayonunun icrası da, polisi də, prokuroru da bilir ki, haqq bizim tərəfimizdədir. Aldadılmışıq, zərər çəkmişik və hüquqlarımız tapdanıb. Üstəlik də, Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev dövlət strukturlarına yalan məlumat verərək, bizə şər, böhtan atır, haqq səsimizi boğmağa çalışır. Görəsən, Buzovna bələdiyyəsinin sədri bizdən nə istəyir?
Bu azmış kimi, M.Əliyev şərəf, ləyaqət, habelə işgüzar nüfuzunun müdafiəsi barədə qaldırdığı iddiada həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
Əslində, o, iddiasında vəzifəsindən sui-istifadə edərək bilə-bilə yalan məlumatlar verir, həmin yalan məlumatların isə tərəfimizdən təkzib edilməsini istəyir. Halbuki mövcud qanunvericilikdə yalandan məlumat verməyə görə cəza nəzərdə tutulub.
Dediklərimizin sübutu üçün bir neçə fakta nəzər yetirək.
SİTAT 1:
Buzovna qəsəbə Bələdiyyəsinin sədri Mətləb Əliyevin 31 mart 2016-cı il tarixdə «Təzadlar» qəzetində dərc olunmuş müsahibəsindən:
«Müxbir: - …«Təzadlar» qəzetinin redaksiyasına daxil olan müraciətlərdə, eləcə də Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızının respublikanın güc strukturlarının rəhbərlərinə və surəti redaksiyamıza ünvanlanmış şikayət məktubunda həm sizin, həm də Buzovna qəsəbə bələdiyyəsinin işçisi Mətanət Əkbərovanın ünvanına ciddi ittihamlar irəli sürülür. Kimdir Mətanət Əkbərova?
Mətləb Əliyev: - Mətanət Əkbərova bizim bələdiyyədə 2009-cu ildən vergi müfəttişi kimi əmək müqaviləsi əsasında çalışır. Doğrusu, Mətanət Əkbərova ilə bağlı bu son günlərə qədər onun haqqında gəzən neqativ söhbətlər və buraxdığı ciddi nöqsanlar barəsində nə bələdiyyə sədri olaraq mənin, nə də bələdiyyə üzvlərinin heç bir məlumatı olmayıb. Biz son vaxtlar xəbər tutmuşuq ki, Mətanət Əkbərova bələdiyyənin «çətiri altında» hansı işlərlə məşğul olurmuş. Biz bunu bilən kimi dərhal həmin zərərçəkən insanları bələdiyyəyə dəvət edərək, dinləyib ərizələrini aldıq. Söhbət zamanı məlum oldu ki, onalrın torpaq sahələri olub və dairəvi yolun keçdiyi əraziyə düşüb. Həmin ərəfədə Mətanət Əkbərova Firəngiz Quliyeva ilə görüşüb və onlara köməklik göstərə biləcəyini deyib. Yəni sənədlərin toplanmasında, torpağa görə dövlət tərəfindən ayrılmış kompensasiyanın alınmasında onlara kömək edəcəyini bildirib və çox yaxından iştirak edib.
Firəngiz xanımın və həyat yoldaşı Hacı Ağasadıxın dediyinə görə, onlara 30 min manat verilib, qalan 42 min manatın ödənilməsi üçün Mətanət Əkbərova yazılı şəkildə söz verib. Və yazdığı kağızı imzalayıb ki, bir həftəyə, uzağı on günə qalan 42 min manatı da onlara verəcək. Bugünkü günə qədər həmin pul hələ də ödənilməyib. Firəngiz xanımın və onun həyat yoldaşı Hacı Ağasadıxın istəyi odur ki, Mətanət Əkbərova onların pullarının qalan hissəsini də versin. Lakin mənim üçün təəccüblüdür ki, vətəndaşların torpağına görə verilmiş kompensasiyanı Mətanət Əkbərova hansı yolla alıb? Axı bu, onun vəzifəsi və səlahiyyətində olan məsələ deyil. Bu işlə bağlı Firəngiz xanımla Mətanət Əkbərova arasında böyük mübahisə yaranıb. Qeyd etdiyim kimi, məsələ ilə bağlı biz Firəngiz xanımın şikayət ərizəsini də almışıq.
Hal-hazırda Mətanət Əkbərovanın bu çirkin əmələlri barəsində hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyətə bu haqda geniş məlumat veriləcək.
Müxbir: - Qeyd etdiniz ki, Mətanət Əkbərova bələdiyyədə 2009-cu ildən əmək müqaviləsi əsasında çalışır. Yəqin ki, hər il onun əmək müqaviləsi yenilənib. Təbii ki, biz əlimizdə hər hansı məhkəmə qərarı olmadan kimisə dələduz adlandıra bilmərik. Lakin redaksiyamıza daxil olan şikayətlərdə Mətanət Əkbərovanın müxtəlif vədlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi və mənəvi ziyan vurduğu bildirilir. Belə olan halda, bələdiyyədə Mətanət Əkbərovanın uzun müddət işləməsinə, yaxud belə demək mümkünsə, dəstəklənməsinə səbəb nədir?
Mətləb Əliyev: - Doğrusu, Firəngiz xanımın və onun həyat yoldaşı Hacı Ağasadıxın, eləcə də Buzovna qəsəbə sakini Şəfiqə Hüseynovanın bizə müraciətindən sonra Mətanət Əkbərovanın hansı qaranlıq işlərlə məşğul olduğu üzə çıxıb. Hətta bizə daxil olan məlumata görə, Mətanət Əkbərovanın qanunsuz əməlləri yalnız bununla bitmir. Amma bələdiyyə olaraq bizim onun hərəkətlərinə hüquqi qiymət etmək səlahiyyətimiz yoxdur. Lakin məndə olan məlumata görə, vətəndaşların şikayəti əsasında artıq Mətanət Əkbərova ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdrma aparılır, onun əməllərinə hər halda hüquqi qiymət veriləcək.
Müxbir: - Firəngiz Quliyevanın dediyinə görə, dövlət əhəmiyyətli dairəvi yolun çəkilişi zamanı plana düşən torpaqlarının kompensasiyasının ödənilməsinə vasitəçilik edən Mətanət Əkbərova onlara bildirib ki, “Azəryolservis” veriləcək kompensasiyanın 50 faizini istəyib. Məsələ ilə bağlı Mətanət Əkbərovanın və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədovun mövqeyini öyrənərkən, onlar bunu təkzib etdilər. Lakin şikayətçilərin redaksiyamıza təqdim etdiyi bir səs yazısında Mətanət Əkbərova şikayətçilərə bildirir ki, “Azəryolservis” belə bir şərt qoyur: alacağımız məbləğin 50 faizi onların, 50 faizi sizin olacaq, əks halda, heç kim torpaq pulunu almayacaq.
Onu da qeyd edim ki, həmin söhbətdə iştirak edən şəxslərdən biri də sizsiniz.
Mətləb Əliyev: - Bilirsiniz, qeyd etdiyim kimi, Firəngiz Quliyevanın bələdiyyəyə şikayəti daxil olana qədər mən bu məsələlərdən xəbərsiz idim. Lakin vətəndaşların şikayətində Buzovana bələdiyyəsinin və Mətanət Əkbərovanın adı hallandığı üçün Firəngiz xanımı və onun həyat yoldaşı Hacı Ağasadıxı bələdiyyəyə dəvət edərək, Mətanət Əkbərovanın iştirakı ilə onları dinlədim. Əslində, bu məsələnin bələdiyyəyə aidiyyəti olmasa da, daxil olan şikayətə baxmalı idim. Çünki bu qalmaqalda Buzovna bələdiyyəsinin və mənim adım hallanırdı. Söhbət zamanı Mətanət Əkbərova həqiqətən də 50 faiz məsələsinə toxundu. Şəxsən mən həmin kompensasiyadan 50 faizin Mətanət Əkbərovaya çatacağının qulaq şahidi oldum. Lakin həmin 50 faizdən başqa kimlərə nə qədər verilib-verilməyəcəyini deyə bilmərəm. Çünki bu barədə məlumatsızam. Bir məqamı da qeyd edim ki, şikayətçilərlə söhbət etdikdən sonra təklikdə Mətanət Əkbərova ilə yenidən danışdım. O, mənə dedi ki, elə məsələlər var, onu şikayətçilərin yanında aça bilmədim. Mən də dedim ki, şikayətçilərin yanında demədiyin məsələləri indi de, mən də bilim. O, qayıtdı ki, yox, deyə bilmərəm, çünki o məsələ sakinlərlə mənim aramda gizli qalası söhbətdir.
Ancaq sonradan bu mübahisələr ortaya çıxanda Mətanət Əkbərova ilə bir də söhbət elədim. O dedi ki, Firəngiz Quliyevaya verdiyi 30 min manat kompensasiya pulu deyil, onlardan almaq istədiyi torpaq sahəsinin puludur. Mətanət Əkbərova daha sonra dedi ki, «Firəngizgilin bir neçə yerdə torpaq sahəsi var. 72 min manata danışmışdıq. 30 min manatını verdim, danışdıq ki, 42 min manatını da sonra verərəm. Lakin sonra qalan pulu düzəldə bilmədim. İndi də verdiyim 30 min manatı geri ala bilmirəm».
Lakin söhbət zamanı Mətanət Əkbərovanın dediklərinin yalan və həmin 30 min manatın həqiqətən də kompensasiya pulu olduğuna bir daha əmin oldum.
Müxbir: - Yeri gəlmişkən, şikayətçi Firəngiz Quliyevanın dediyinə görə, Mətanət Əkbərova 2014-cü il oktyabrın 3-də, axşam saat 19:00 radələrində onlara sizin maşınla gəlib. Onlara deyib ki, bankdan pulu sizinlə gedib alıb. Hətta Mətanət Əkbərova deyib ki, 30 min manatı sizə verəcək, 30 min manatı da Firəngiz Quliyeva gilə gətirib. Oktyabrın 5-də isə camaatın və onların qalan pulunu gətirib verəcək. Mətanət 30 min manatı verəndə qəbz də verib, öz əl xətti ilə yazıb ki, sənə 42000 manat borcum qaldı və öz imzası ilə təsdqiləyib gedib.
Mətləb Əliyev: - Mən bu məsələni eşidəndə Firəngiz xanım və Hacı Ağasadıxla söhbət elədim. Onların dediyinə görə, Mətanət Əkbərova onlara pulu gətirən axşam onun çantasında yalnız 30 min manat deyil, daha artıq məbləğdə pul olub. Qeyd etdiyiniz kimi, Mətanət Əkbərova 30 min manatı Firəngiz xanıma verəndə deyib ki, 30 mini də bələdiyyə sədrinə verəcək. Sonra da deyib ki, «30 min manatı bələdiyyə sədrinə verməsəm, məni işdə saxlamaz, bu onun qohumunun puludur». Hətta deyib ki, bələdiyyə sədri mənimlə gəlib, bayırda gözləyir. Mən sonra Hacı Ağasalıxla söhbət etdim, ondan soruşdum ki, həmin gecə məni gördünüzmü? Dedi, yox, görməmişəm. Bir də ki, əgər Mətanət Əkbərova pulu mənimlə gətiribsə, mənə çatacaq 30 min manatı niyə əvvəlcədən yox, sonra verməli idi?
Müxbir: - Mətləb müəllim, Firnəgiz Quliyeva və digər vətəndaşlar aidiyyəti orqanlara şikayət edəndən sonra Mətanət Əkbərova onlara bildirib ki, məhkəməyə müraciət etmək lazımdır. Həmin vətəndaşlar da 13.06.2013-cü ildə məhkəməyə müraicət edib. 7 ay məhkəmə davam etdikdən sonra Mətanət Əkbərova şikayətçilərə bildirib ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyir ki, sənədləri məhkəmədən geri götürsünlər, pulları ödəyəcək. Şikayətçilərlə bərabər məhkəmədə iştirak edən “Azəryolservis”in hüquqşünası Şaiq adlı şəxs də təsdiqləyib ki, Faiq müəllim deyirsə, verəcək. Beləliklə, məhkəmə işə baxmayıb, sənədlər geri qaytarılıb. Şikayətçilərin dediyinə görə, onların xəbəri olmadan məhkəməyə verilmiş ərizələrdə əlavə tanımadıqları dörd nəfərin də adını görüblər. Faiq Məmmədovun istəyini şikayətçilərə çatdıran Mətanət Əkbərova bildirib ki, “Azəryolservis” belə bir şərt qoyur: alınacaq məbləğin 50 faizi onların, 50 faizi sakinlərin olacaq və «Azəryolservis»in adamı olan Abbasov Sarvan Yusif oğluna pulların alınması üçün etibarnamə vermək lazımdır. Şikayətçilərin sözlərinə görə, torpaq pulunu almayan 7 nəfərdən 4 nəfəri bu şərtlə razılaşıb, qalan üç nəfər isə razılaşmayıb. Həmin dörd nəfər Sarvan Abbasova pulların alınması üçün etibarnamə verib. Məhkəmədən sənədlər geri götürüləndə sənədlərə qatılmış digər dörd nəfərin sənədi olub. Belə ki, qanuni torpaqların çertyojlarının üzü çıxarılaraq bu dörd nəfər üçün də təsdiq edilib. Həmin dörd nəfərin də Sarvan Abbasova etibarnaməsi verilib. Sonradan məlum olur ki, şikayətçilərin tanımadığı, qəsəbədə torpağı olmayan 4 nəfərdən biri sizin qohumunuz Telman Qəniyevdir. Buna necə aydınlıq gətirə bilərsiniz?
Mətləb Əliyev: - Bilirsiniz, Mətanət Əkbərova mənim qohumum Telman Qəniyevi tanıyırdı. Bir gün Mətanət Əkbərova bildirdi ki, 1 hektar 80 sot torpaq sahəsi alıb və onu hissə-hissə tanıdığı adamların adına sənədləşdirmək niyyətindədir. Sonra da dedi ki, özü beş-on adam tapıb, ancaq həmin torpağın 10 sotunu Telman Qəniyevin, 10 sotunu da Telmanın qohumu Nəsiman Babayevin adına sənədləşdirmək istəyir. O, hər ikisinin razılığını alandan sonra deyib ki, torpağı özəlləşdirmək üçün onun vəkilinə öz adlarından etibarnamə versinlər. Onlar da etibarnamə verib. Mətanət Əkbərova nəin ki, Telmanın, yaxud Nəsimanın, çox adamın adından etibarnamə əldə edib. Sonradan məlum olub ki, həmin etibanamələr kompensasiya almaq üçün imiş. Halbuki qohumum Telman Qəniyevin nə plana düşən torpağı olub, nə də Mətanət Əkbərovanın vəkilinə verdiyi etibarnamənin kompensasiya üçün istifadə edilməsindən xəbəri.
İndi məlum olur ki, onun aldatdığı insanlar təkcə bir neçə nəfər deyil. Bunlar kimi onlarla vətəndaşın haqqı tapdanıb, pulları mənimsənilib.
Qeyd etdiyim kimi, Mətanət Əkbərovanın qanunsuz əməlləri ilə bağlı aidiyyəti qurumlara çoxsaylı şikayətlər təqdim edilib. Artıq araşdırmalara başlanılıb.
Aldığım məlumatlara görə, indi Mətanət Əkbərova mənim də haqqımda artıq-əskik danışır. Hətta mənə və bələdiyyəmizə qarşı qarayaxma kampaniyasına başlayıb. Deyib ki, əgər lazım gələrsə, adamlarını gətirib üzümə duracaq və s. Mətanət Əkbərovanın arxalandığı adamların kimliyini artıq müəyyən etmişəm. Lakin onun badə dostları ilə birləşib bələdiyyəmizə zərbə vurmasına imkan verməyəcəyik. Mətanət Əkbərovanın cavabını vermək üçün bayramdan sonra bələdiyyə üzvlərinin iştirakı ilə onun məsələsini müzakirəyə çıxaracağıq. Bizim üçün bələdiyyəmizin nüfuzu hər şeydən üstündür. Çünki seçkili orqan olan bələdiyyəmizin fəaliyyəti sağlam təməl üzərində formalaşıb. Və bu, bizim üçün önəmli məsələdir. Bizim məqsədimiz qəsəbəmizin sakinlərinin maraqlarını və haqlarını müdafiə etməkdir. Biz fəaliyyətimizi bu məqsədə doğru davam etdiririk. Ancaq Mətanət Əkbərova bələdiyyəmizdə hökm sürən bu ab-havanı, qəsəbə sakinləri ilə münasibətlərimizi pozmağa cəhd göstərir. Bu səbəbdən də biz bələdiyyəmizə zərbə vuranların cavabsız qoyulmasına imkan verməyəcəyik.
Müxbir: - Mətləb müəllim, ancaq bizim üçün bir çox məsələlər yenə qaranlıq qalır. Ən vacibi budur ki, məlum kompensasiyalara Buzovna bələdiyyəsinin işçisi Mətanət Əkbərovanın nə aidiyyəti var? Şikayətdə adı keçən Abbasov Sarvan Yusif oğlu əməkdaşımızla görüşündə Mətanət Əkbərovanı yol tikintisi işləri ilə əlaqədar tanıdığını demişdi. Eyni zamanda, bildirmişdi ki, bankdan 1 manat da olsun pul götürməyib. Redaksiyamıza daxil olan sənədlərdən isə məlum olur ki, Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən Sarvan Abbasovun adına 33 nəfərin etibarnaməsi verilib. Bu hələ əlimizdə olan bir notariat kontorundan verilən etibarnamələrdir. Ancaq S.Abbasov deyib ki, o, heç bir etibarnamə görməyib. Bəs görəsən, bu qədər insanın səlahiyyətlərinin S.Abbasova verilməsində səbəb nədir?
Şikayətçilərin dediyinə görə, çoxsaylı vətəndaşlar var ki, onların plana düşən heç bir torpaq sahəsi yoxdur və həmin adamların adı torpağı plana düşən 7 nəfərin sənədləri üzərində saxtalaşdırılıb.
Diqqət çəkən məqamlardan biri də budur ki, həmin etibarnamələrdə Buzovana qəsəbə sakinlərindən başqa Bakının Mərdəkan, Maştağa qəsəbəsi, eləcə də Cəlilabad, Göygöl, Cəbrayıl, Laçın və digər rayon sakinlərinin də adı var…
Təbii ki, hal-hazırda Bakı şəhər Baş Polis İdarəsində aparılan ilkin araşdarmada müəyyən olunacaq ki, bu etibarnamələrdən bank əməliyyatlarında necə istifadə edilib, ümumiyyətlə, Sarvan Abbasovun adına pul götürülübmü? Lakin Buzovna qəsəbə bələdiyyəsinin rəhbəri olaraq sizdən bir məsələyə cavab verməyinizi xahiş edirik. Torpağı plana düşən qəsəbə sakinlərinin arasında tanımadıqlarnız varmı?
Mətləb Əliyev: - Əlbəttə, var. Kompensasiya verilməsi üçün təqdim olunan məlum siyahıdakı əksər insanları tanımıram. Ola bilər ki, mən tanımayım. Halbuki bələdiyyə üzvləri də həmin adamları tanımırlar. Deməli, bu siyahı Mətanət Əkbərova və onun adamları tərəfindən saxtalaşdırılıb. Əgər bununla bağlı bizə Bakı şəhər Baş Polis İdarəsi sorğu göndərsə, onda biz cavab verəcəyik.
Müxbir: - Məsələ ilə bağlı apardığımız öncəki araşdırmada Mətanət Əkbərovanı dəstəkləməyinizə səbəb nə idi?
Mətləb Əliyev: - Çünki onun qaranlıq işlərindən heç vaxt xəbərim olmayıb və kimin kimi aldatmasından da xəbərim yox idi. Firəngiz Quliyeva, Hacı Ağasadıxla, Şəfiqə Hüseynova ilə söhbət etdikdən, onları dinlədikdən sonra Mətanət Əkbərovanın qanunsuz əməlləri ortaya çıxdı. Vətəndaşların başdan bəri öz şikayətlərində nə qədər haqlı olduqları bir daha təsdiqini tapdı.
Müxbir: - Bundan sonra hansı addımlar atacaqsınız?
Mətləb Əliyev: - Belə absurd yalan iddiaları ilə mənim işgüzar nüfuzuma, şərəf və ləyaqətimə ziyan vuran Mətanət Əkbərovanın hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada şikayət edəcəyəm».
SİTAT 2:
Xəzər RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Kamran Zülfüqarovun icraatında olan 160016026 nömrəli sinayət işinin istintaq materiallarını nəzərdən keçirərək (sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə) müəyyən etdiyi 11 noyabr 2016-ci il tarixli QƏRARından:
«17.05.2016-cı il tarixdə müstəntiq Eldar Əliyev tərəfindən şahid qismində dindirilmiş Əliyev Mətləb Firuz oğlu ifadəsində bildirmişdir ki, 2010-cu ilin may ayından Buzovna Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Buzovna Bələdiyyəsində üç bələdiyyə üç müfəttiş var ki, onlardan biri də Əkbərova Mətanət Əkbər qızıdır. Belə ki, Mətanət Əkbərova əvvəllər iki dəfə Cinayyət Məcəlləsinin 178-ci maddəsi, yəni dələduzluqla məhkum olunmuşdur. Həmin cinayətləri də bələdiyyədə işləyən zaman törətmişdir ki, bələdiyyə işçisi olmasını bildirirərək, vətəndaşlara saxta sənədlərlə torpaq satmış və pul almışdır. Yol çəkilməsi ilə əlaqədar torpaq sahələri plana düşən şəxslərdən dövlətdən artıq pul alması adı ilə pullar alıb və bu kimi müxtəlif saxta hərəkətlər etmişdir. Buna görə də Mətanət Əkbərova barəsində bələdiyyəyə çoxlu sayda şikayətlər daxil olmuşdur. O, bələdiyyə sədri kimi həmin şəxsləri şəxsən qəbul etmiş və Mətanəti də dəvət edib şikayətləri yerində araşdırmaq istədikdə Mətanət Əkbərova onun yanında həmin şəxslərdən pul almasını və qısa müddətdə qaytarmasına söz vermişdir. Həmin şəxslərdən biri Elşən adlı şəxsdir ki, Mətanət Əkbərova ona heç bir əsas olmadan torpaq sahəsi satmış, Elşən adlı şəxs ona pul verdikdən sonra torpağın Neft Şirkətinin ərazisi olmasını öyrənib bilmiş və Mətanətdən pulunu geri tələb etmiş, Mətanət pulu verməkdən imtina etdiyindən şikayət etmişdir. Elşən adlı şəxsin şikayəti ilə əlaqədar Mətanət Əkbərova barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə bir neçə gün əvvəl yenidən cinayət işi başlanmışdır.
Bundan başqa, Mətanət Şəfiqə Hüseynova adlı şəxsdən də 16500 manat pul alıb, ona ev alacağını demiş və pulu etibardan sui-istifadə etməklə dələduzluq yolu ilə mənimsəmişdir. Bununla da bağlı Şəfiqə Hüseynova şikayət etmiş və həmin faktla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində və Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.
Bundan əlavə, Ağasadıx Əliyev adlı şəxsin torpaq sahəsi plana düşdüyündən onu aldadaraq «Azəryolservis»dən 72 min manat pul almış, 30 min manat Ağasadıxa versə də, 42 min manat pulu mənimsəmişdir. Bu barədə də Bakı Şəhər Baş Polis İdarəsində də araşdırma aparılır. Mətanət Əkbərova barəsində daxil olmuş şikayətlərlə əlaqədar şəxsi işinə tərəfindən baxış keçirilərkən onun işə qəbul olunan zaman yalan məlumat verərək, məhkum olunmadığı, orta təhsilli olduğu halda, ali təhsilli olmasını göstərdiyi müəyyən olunmuşdur. Barəsində daxil olan şikayətləri və həmin qanunsuz hərəkətlərini həyata keçirərkən bələdiyyə əməkdaşı olmasını bildirib, insanlarda etibar qazanıb dələduzluq hərəkətləri törətməsini. Bələdiyyə orqanlarının adına ləkə gətirməsini və Buzovna Bələdiyyəsinin adına və fəaliyyətini əhali arasında nüfuzdan salan hərəkətlərə yol verməsini nəzərə alaraq 30 mart 2016-cı il tarixdə onu işdən azad etmişdir. Mətanət işdən azad olunmasını bildikdən sonra Bələdiyyənin binasına gələrək işdən qanunsuz çıxarılmasını, onu şərləyərək tutduracağını, biabırçı şərlər atacağını demiş və bu səbəbdən də barəsində müxtəlif orqanlara, o cümlədən prokurorluğa şər və böhtan xarakterli ərizə ilə müraciət etmişdir. Ərizədə qeyd olunanlarla bağlı bildirir ki, Mətanət yalan danışır. O, Mətanətdən pul almamasını, Ağabəy adlı şəxsdən 10 min manat borc pul almasını, həmin pulu Ağabəy adlı şəxsdən şəxsən istəmiş və sürücüsü gedib götürmüşdür. Bunların hamısını Mətanət onu işdən çıxırmağı və onun barəsində şikayət edən zərərçəkmiş şəxsləri müdafiə edərək onlara dəymiş ziyanı, yəni pulları qaytarmağı barədə Mətanətə dediyinə və onu müdafiə etməməyinə görə qisas almaq üçün deyir. Əgər o, Mətanətdən pul almış olsaydı və Mətanət onun əvəzinə qızıllarını girov qoymuş olsa və həmin pulları vəd etdiyi vaxt tamam olmasına baxmayaraq, verməmiş olsa, Mətanət və pul sahibləri çoxdan ondan şikayət edərdilər və pulları şəxsən tələb edərdilər.
Bundan başqa, Mətanət nə səbəbdən öz qızıllarını onun əvəzinə girov qoymalıdır və bunların hamısı onun Mətanəti işdən çıxarmağı ilə eyni vaxta təsadüf edir? Bu da Mətanətin ona şər və böhtan atmasının bir daha sübutudur. Mətanət Əkbərovanın izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək, o, nə anasını əməliyyat etdirmək, nə icra başçısına hədiyyə almaq, nə də digər problemlərini həll etmək üçün Mətanətdən borc pul almadığını, Ağabəy adlı şəxsdən özünə şəxsən lazım olduğu üçün 10 min manat pul borc aldığını, həmin pulu isə 2015-ci ilin yanvar, fevral və ya mart aylarında sürücüsü Ağanın şəxsən Ağabəydən götürdüyünü, Ağabəy adlı şəxsə qarşı heç bir dələduzluq etmədiyini, Ağabəyin özü ilə danışıb yaxın vaxtlarda pulu qaytaracağını desə də, Ağabəy özü ona narahat olmamasını dediyini bildirmişdir. Mətanət Əkbərovanı isə qanuna müvafiq əmrlə işdən çıxardığını və bunun üçün də əsas olduğunu göstərmişdir».
Bu sitatlardan belə qənaətə gəlmək mümkündür ki, M.Əliyev hazırda dövlət qurumlarına yalan məlumat verməklə bizə şər, böhtan ataraq öz məqsədinə çatmağa çalışır.
Məlumdur ki, məhkəmə qaydasında işgüzar nüfuzun müdafiəsinə başlamaq üçün üç əsas elementin birlikdə mövcudluğuna diqqət yetirilməlidir: məlumatlar işgüzar nüfuzu ləkələyən olmalıdır; həmin məlumatlar yayılmalıdır; məlumatlar həqiqətə uyğun olmamalıdır (və ya natamam olmalıdır). Bunların biri olmadıqda, işgüzar nüfuzun müdafiəsi barədə iddianın heç bir perspektivi olmur.
Beləliklə, yuxarıda toxunduğumuz məqamlar iddianın əsassız olduğunu göstərir və bunun nəzərə alınmasını məhkəmədən xahiş edirik».

Məsələ ilə bağlı Buzovna qəsəbə Bələdiyyəsinin sədri Mətləb Əliyevin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq.

«Təzadlar»ın Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru