Enerji Gömrük İdarəsindən Prezidentə və 1-ci Vitse-prezidentə şikayət OLUNDU
Tarix: 2-03-2017, 07:58 | Çap et
Bu günlərdə LEGİON-da “İş adamı Enerji Gömrük İdarəsindən Prezident yanında Apellyasiya Şurasına şikayət etdi” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi: “Bu günlərdə “Rovel Trading” MMC-nin direktoru İntiqam Əliabbas oğlu Həsənov Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimovun və həmin idarədə maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyevin ondan və şəriki Həmid Vəkilovdan qisas almağa çalışması barədə LEGİON-a açıqlama vermişdi.
Fevralın 10-da LEGİON-la yenidən əlaqə saxlayan iş adamı bildirdi ki, məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevə müraciət ünvanlayıb”. LEGİON əməkdaşı martın 1-də İntiqam Həsənovla əlaqə saxlayaraq, problemin həlini tapıb-tapmadığı barədə maraqlandı. İ.Həsənov qeyd etdi ki, DGK rəhbərliyi tərəfindən qərəzli süründürməçilik hələ də aradan qalxmayıb və o, məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya məktubla müraciət edib.
İ.Həsənov müraciətin surətini Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevə də göndərdiyini qeyd edib. Sözügedən müraciəti oxuculara təqdim edirik:
“Cənab Prezident! Siz daim yerli sahibkarların yanında olmuş, ölkə iqtisadiyyatının inkişafı naminə, milli biznesin çiçəklənməsində maraqlı olmuşsunuz. Dövlət idarəçiliyinin möhkəmlənməsi, vətəndaşların problemlərinin səmərəli həlli istiqamətində atdığınız addımları, xüsusilə də, son günlər ölkə ictimaiyyəti tərəfindən sevinclə qarşılanan təyinatı biz də öz növbəmizdə dəstəkləyir və alqışlayırıq.
Düşünürük ki, istər millət vəkili kimi, istərsə də Heydər Əliyev Fondunun Prezidenti olaraq milyonlarla azərbaycanlının rəğbətini qazanan Mehriban Əliyevanın Birinci Vitse-Prezident təyin olunması dövlət idarəçiliyinin möhkəmlənməsinə xidmət edəcək, müxtəlif qurumları öz sərvət mənbəyinə çevirən bəzi məmurların mərkəzdənqaçma meyillərinin qarşısını alacaq.
İnanırıq ki, vitse-prezident strukturunun tətbiqi Azərbaycanda dövlət idarəçiliyinin yeni və parlaq mərhələsini başlatmış olacaq. Son zamanlar üzləşdiyimiz problemlərin, məmur süründürməçiliyinin aradan qaldırılması istiqamətində Sizin mühüm addımlar atacağınıza ümid edirik. Bundan əvvəl Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevə məktubla müraciət etmişdik. Həmçinin, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə də müraciətimiz nəticəsiz qalmışdır. Dövlət Gömrük Komitəsinin Enerji Gömrük İdarəsi bizim gömrük bəyannaməsini qanunauyğun şəkildə elan etməyimiz və rüsum ödəməyimizə baxmayaraq, bizə qarşı qərəzli münasibətlər göstərir, süni ittihamlarla məhkəmələrdə süründürür.
Əvvəla qeyd edim ki, 2016-cı ilin oktyabrında mənim şərikim Həmid Vəkilov Apellyasiya Şurasına müraciət ünvanlamış, Enerji Gömrük İdarəsinin maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyevin idxal edilən malları rəsmiləşdirməkdə maneə törətdiyini bildirmişdi.
Həmid Vəkilovun Appelyasiya və mətbuata etdiyi şikayətlərdən sonra, eyni zamanda Sizin müvafiq tədbirləriniz nəticəsində həmin süründürməçiliyə son verilsə də, bu dəfə Rəfael Niftəliyev “Rovel Trading” şirkətini sıxışdırmağa başlayıb.Oktyabrın 21-də bizim idxal etdiyimiz 2 maşın akkumlyatorun gömrük bəyannaməsi verildiyi və dövlət rüsumu keçirildiyi halda, R.Niftəliyev bizim malımızı rəsmiləşdirmək istəmir.
Mənim ortağımın Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasına şikayət etməsi Dövlət Gömrük Komitəsi və Enerji Gömrük İdarəsinin rəhbərliyindəki məmurların qəzəbinə səbəb olub. Əvvəla, bu qərəzli münasibət DGK sədrinin müavini Səfər Mehdiyevlə qohum olduğu deyilən Rəfael Niftəliyevin təzyiqlərinə etiraz etdiyimizə görə başladı. O, bizi özünə yaxın sığorta şirkətinə yönəltməyə çalışmasından sonra başladı. Hər bir sahibkardan məcburən 300 manat sığorta pulu alınır. Mən və Həmid Vəkilov məhz Rəfael Niftəliyevin “müəyyən” etdiyi şirkətə sığorta pulu verməkdən imtina etdikdən sonra, R.Niftəliyev bizimlə intriqaya başladı. O, bizim gömrük bəyannamələrimizdə göstərilən “in voice” rəqəmlərinin real qiymətlə düzgün olmadığını boynumuza qoymağa çalışır və idxal etdiyimiz malları rəsmiləşdirməkdən boyun qaçırır. Həmid Vəkilova etdiyi təzyiqlərə son verməyə məcbur qalan Rəfael Niftəliyev son 3 ayda birbaşa şirkəti hədəf götürüb və bizim anbarda olan 2 maşın akkumlyatoru təsdiqləməkdən boyun qaçırır. Enerji Gömrük İdarəsi açıq-aşkar bizdən qisas almağa çalışır. Gömrük Enerji İdarəsinin rəisi Vaqif İbrahimov və maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyev məqsədli şəkildə, anbardakı malların əksəriyyətinin guya yerində olmadığı barədə saxta akt tərtib edib.
Anbarda bir kənardan şəkil çəkərək, guya 2200 akkumlyatordan 1800-ünün yerində olmadığına dair, bizim iştirakımız olmadan saxta akt tərtib ediblər. Bu akta isə özləriylə gətirdikləri “şahid”lər qol çəkiblər. Artıq 3 aya yaxındır ki, biz məhkəmədə çəkişirik. Binəqədi Rayon Məhkəməsi bizə malın dəyərinin 50 faizi qədər cərimə yazdı. Bakı Apellyasiya Məhkəməsi o qətnaməni ləğv edib geri göndərdi, lakin təəssüf ki, Binəqədi Rayon Məhkəməsi yenə də heç bir araşdırma aparmadan, Enerji Görmük İdarəsinin xeyrinə qərar çıxardı. Artıq bir neçə aydır “Rovel Trading” MMC idxal etdiyi akkumlyatorları sata bilmir. Lakin DGK rəsmiləri iddia edirlər ki, guya biz bu malı satmışıq. Məhkəmədə o malların yerində olub-olmadığını araşdırmaq istəmir. Hesab edirəm ki, Vaqif İbrahimov, Rəfael Niftəliyev və onu himayə edən şəxslər Sizin siyasətinizə qarşı gedirlər.
Siz dəfələrlə vurğulamışsınız ki, ölkədə sahibkarların fəaliyyətinə münbit şərait yaradılmalıdır. Bu şəraitin yaranmasına isə ən birinci maneəni sahibkarlara qərəzli yanaşan gömrük məmurları törədir.
Möhtərəm Prezident! Sizdən xahiş edirəm, bu məsələni nəzarətə götürəsiniz və “Rovel Trading” şirkətinə qarşı törədilən süni maneələrin aradan qalxmasına kömək edəsiniz.
Hörmətlə, İntiqam Əlabbas oğlu Həsənov”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|