Qazaxda məmur özbaşınalığı... - ŞİKAYƏT VAR
Tarix: 25-01-2017, 08:09 | Çap et
Yerlərdə bu və ya digər vəzifə sahiblərinin sadə vətəndaşların savadsızlığından, onların problem və məsələlərin mahiyyəti haqda lazımınca məlumatlı olmamalarından istifadə etməklə aldatmaları, zamanzaman yaşanan olaylardan olub. Bu sırada Qazax rayonunun adı, daha öndə gedən rayonlardan biri olaraq hallanıb. Bir-iki gün gün bundan öncə “Gündəm Xəbər”in redaksiyasına şikayət ərizəsi ünvanlayan və üz-üzə qaldıqları problemlərin mahiyyətini açıqlayan, rayonun Ağköynək kənd sakini Qurbanov Ramin Famil oğlu redaksiyamıza yazdığı şikayətində Şəmkir Regional Qaz İstismarı İdarəsi, Qazax xidmət sahəsinin əməkdaşı Rəşay Qaragözovu, bir növ dələduzluq etməkdə ittiham edir. Belə ki, şikayətçi qeyd edir ki, “biz uzun illərdir ki, ailəlikcə Qazağın Ağköynək kəndində yaşayırıq. Həyat yoldaşım Qurbanova Zülfiyyə Misir qızı, rayonun Quşçu-Ayrım kənd sakinidir. Quçu-Ayrım kəndi Ermənistan Respublikasının Şəmşəddin rayonu ilə olduqca yaxın ərazidə yerləşdiyindən, həmin kənddə yaşayış qeyri-mümkündür. Belə bir səbəblər üzündən də, kəndin bir çox sakinləri Qazax rayon mərkəzində və digər ərazilərdə məskunlaşmağa məcbur olmuşlar. Həyat yoldaşım Zülfiyyə Qurbanova həmin kəndin sakini olduğundan, ona da məcburi köçkünlük status verilmiş və bu haqda Şəmkir Regional Qaz İstismarı İdarəsi, Qazax xidmət sahəsinə rəsmi sənəd də təqdim olunub. Bütün bunlara baxmayaraq, ötən illər ərzində Qazax xidmət sahəsinin əməkdaşı Rəşay Qaragözov, hər ay yaşadığımız evdəki qaz sayğacına baxış keçirirdi və müəyyən qeydiyyatını da aparırdı. Amma, bizə borcumuzun olub-olmaması barədə, hər hansı bildirişi vermirdi. O, 2015-ci ilin dekabr ayında bir daha bizim yaşadığımız ünvandakı sayğaca baxış etdi və bildirdi ki, “sizin mavi qazdan istifadəyə görə borcunuz var”. O, onu da vurğuladı ki, “məcburi köçkünlərin mavi qazdan istifadəyə görə yaranmış borclarının silinməsi haqda, ölkə rəhbərinin müvafiq sərəncamı verilib. Odur ki, 300 manat pul verin, ümumi borcunuzu qaydaya salım” dedikdə, biz onun təklifinə razı olduq və dolanışıq vəziyyətimizin ağırlığına baxmayaraq, yoldaşımın qızıllarını satıb ona istədiyi məbləği verdik. 2016-cı ilin yanvar ayında Rəşay Qaragözov təkrar yaşadığımız ünvana gəldi və bizə borcumuzun olmadığını bir daha bildirdi. Elə ki, bir neçə gün bundan əvvəl Qazax xidmət sahəsində oldum və mavi qazdan istifadəyə görə borcumuzun olub-olmaması haqda arayış istədim, o halda mənə arayış vermədilər və “sizin bu günə xeyli borcunuz var” dedilər. Belə bir cavabı eşidib sanki şoka düşdüm və teztələsik Rəşay Qaragözova telefon zəngi etdim. Düzdür, o, ilk əvvəl özünü dandı və az sonra telefon zənglərimə cavab da vermədi. Elə ki, bir-iki gündən sonra onunla üz-üzə gəldim və yaşanan problemin varlığını ona çatdırdım, o halda onun cavabı o oldu ki, “get əlindən nə gəlir onu da et” dedi. O halda dərk etdim ki, təqribən on ilə yaxın müddət ərzində adı çəkilən qurumda çalışmaqla minbir oyun qaydalarının yollarını öyrənən Rəşay Qaragözov, yəqin ki, bu günə kimi çoxsaylı sakinləri olmazın dərdə salıb. Bəli, bu gün o, nə bir kimsədən çəkinir, nə də ki, ehtiyat edir. Amma, bir həqiqəti dərk etmək lazımdır ki, halhazırda sivil qanunlarımız var və hər bir vətəndaşın qol qoyduğu qanunsuzluqları araşdıran, hər kəsə atdığı qanunsuz addımlarına görə lazımi cəzasını verən hüquq-mühafizə orqanlarımız da var. Hər şeydən öncə isə, Rəşay Qaragözovun çalışdığı qurumun da, tabe olduğu “Azəriqaz” İB var. İnanırıq ki, açıqlamanın dərcindən sonra Əkbər Hacıyevin baş direktoru olduğu qurumun səlahiyətliləri tərəfindən problemin varlığına reaksiya veriləcək və problem lazımınca da araşdırılacaq. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Problemin varlığını diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|