Eldar Həsənova qarşı şok korrupsiya ittihamları... - Yeni FAKTLAR
Tarix: 13-12-2016, 08:05 | Çap et
DİA.AZ: - Keçmiş baş prokuror, hazırda Azərbaycanın Serbiya və Monteneqrodakı səfiri Eldar Həsənovun Azərbaycanın Rumıniyada səfiri olduğu vaxtlarda və hazırda da davam etdirdiyi qeyri-qanuni işlər, maliyyə maxinasiyaları və korrupsiya əməlləri haqqında yeni məlumatlar və faktlar üzə çıxmaqda davam edir.
Mətbuatda gedən xəbərlərdə onun Rumıniyada səfir olduğu zamanlarda bu ölkədə çirkli pulların yuyulması və digər maliyyə pozuntularına görə məsuliyyətə cəlb olunmuş fırıldaqçı şəxslərlə əlaqəyə girərək pul mənimsəmələrini ört-basdır etmək məqsədilə çətir rolu oynayan qurumlar yaratdığı bildirilmişdi. DİA.AZ bildirir ki, göstərilən faktlar Balkanlarda və digər regionlarda mütəşəkkil cinayətkarlıq və korrupsiya halları üzrə araşdırmalar aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı jurnalist təşkilatı tərəfindən əldə edilib. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, Eldar Həsənov bir qrup şəxslə əlbir olaraq maliyyə maxinasiyaları, çirkli pulların yuyulması və bu kimi oxşar korrupsiya əməllərini törətmək məqsədilə ticarət və ya biznes pərdəsi altında fəaliyyət göstərən qurumlar yaradıb. Həmin şəxslərin srasında Alev Balgi Kupredin, Ridvan Kupredin və Ruslan Vələdovun adları çəkilir.
Məhz bu üç şəxsin Eldar Həsənovla sıx əlaqədə olmasını təsdiqləyən yeni faktlar ortaya çıxıb. Eldar Həsənovun şəxsən özünün imzaladığı sənədlərə əsasən məlum olur ki, o, həqiqətən də Rumıniya hakimiyyət orqanları tərəfindən maliyyə fırıldaqlarında şübhəli bilinərək məsuliyyətə cəlb edilmiş bu şəxslərlə yaxın dostluq və əməkdaşlıq münasibətlərində olub. Məktublardan birində Eldar Həsənovun Ruslan Vələdovu Azərbaycana səfər edən nümayəndə heyətinin tərkibinə daxil etdiyi görünür. OCCRP – in araşdırmasında bu şəxsin vergidən yayınmağa görə Rumıniyada yarım milyon ABŞ dolları məbləğində cərimə olunduğu göstərilir.
Azərbaycan xarici işlər nazirliyinə göndərdiyi digər məktubda isə Eldar Həsənov Rumıniyada türk iş adamları ilə görüşündə onunla birlikdə Alev Balgi Kupredinin iştirak etdiyini bildirir. Məhz Eldar Həsənovun Azərbaycan-Rumıniya sənaye və ticarət palatası adlı quruma sədr təyin etdiyi Kupredin OCCRP-nin məlumatına görə 2 milyon dollardan çox çirkli pulların yuyulması əməlində şübhəli bilinərək Rumıniyanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan orqanları tərəfindən istintaqa cəlb olunub. O, həmçinin Eldar Həsənovun yaratdlğı məlum Qara dəniz Xəzər dənizi əməkdaşlıq fondunun icraçı ditektoru vəzifəsini də tutur. Bununla da eyni şəxslərin müxtəlif qaranlıq, "pulyuma" işlərində birgə olduqları təsdiqini tapır.
Balgi Kupredinin əri, çirkli pulların yuyulmasında şübhəli bilinən şirkətlərdən birinin icraçı direktoru Ridvan Kupredin də Eldar Həsənovun diqqətindən kənarda qalmayıb. Ona türk dilində yazdığı məktubda E.Həsənov Ridvan Kupredinin Azərbaycanın Rumıniyadakı səfirliyinin bütün işlərində yaxından iştirak etdiyini təsdiqləyərək bunu yüksək qiymətləndirdiyini bildirir.
Beləliklə, Eldar Həsənovun Rumıniyada səfir olanda qeyri-sağlam reputasiyaya malik, çirkli pulların yuyulması, vergidən yayınma və bu kimi qanunsuz işlərlə məşğul olan şəxslərlə iş birliyində olması faktlarla bir daha öz təsdiqini tapır.
Lakin bunlar E.Həsənovun dövlətin pullarını mənimsəmək üçün əlbir olduğu şəxslərin və yaratdığı qurumların hamısı deyil.
Antikorrupsiya Layihəsinin araşdırmalarında onun bu məqsədlə yaratdığı Qara dəniz Xəzər dəniz əməkdaşlıq fondu adlı təşkilat vasitəsilə ermənilərlə mübarizə adı altında hansı maxinasiyalardan istifadə etdiyi, saxta ofis ünvanları göstərərək Azərbaycan hökumətindən necə pul vəsaiti aldığını faktlarla üzə çıxarılıb. Araşdırmalarda həmçinin göstərilmişdi ki, E.Həsənov Rumıniyadakı qeyri-qanuni işlərini eynilə hazırda səfir olduğu Serbiya və Monteneqroda da davam etdirir.
Verilən yeni məlumatlara əsasən E.Həsənov indiyə qədər törətdiyi saysız-hesabsız qanunsuz əməllərin müqabilində cəzasız qalmasından ruhlanaraq Monteneqroda da eyni üsuldan yararlanmağa girişib. Onun Azərbaycan dövlətindən pul qoparmaq məqsədilə bu dəfə həmin ölkədə yaratdığı qurum Azərbaycan-Monetenqro iqtisadi və mədəni əməkdaşlıq mərkəzi adlanır. Antikorrupsiya Layihəsinə Azərbaycanın xarici işlər nazirliyindəki mənbələrdən göndərilən məlumatlarda bildirilir ki, E.Həsənov bu mərkəzə uzun illər Azərbaycanın Rumıniyadakı, daha sonra Serbiya və Monteneqrodakı səfirliklərində vəzifələrə təyin etdirdiyi Seyran Mirzəzadə adlı şəxsi rəhbər qoyub. XİN əməkdaşlarının dediyinə görə S.Mirzəzadə uzun illər Eldar Həsənovun qanunsuz, çirkin işlərinin əsas icraçılarından biri olub və məhz bu “etibarına” görə növbəti “pulyemə” layihəsi olan Azərbaycan-Monetenqro iqtisadi və mədəni əməkdaşlıq mərkəzinin idarəçiliyi ona tapşırılıb.
Xatırladaq ki, Antikorrupsiya Layihəsinin əvvəlki araşdırmalarında Azərbaycan Milli Bankının Avstriya firmasına pul banknotlarının çap edilməsi ilə əlaqəli korrupsiya qalmaqalında məhkəmədə müttəhim və eyni zamanda şahid kimi çıxış edən rumıniyalı vəkilin ifadəsində azərbaycanlı diplomatların Rumıniyadan külli miqdarda pulu plastik çantalarda çıxarmaları haqda məlumat verilmişdi. Bundan başqa bir rumın generalı OCCRP ilə müsahibəsində çirkli pulların yuyulması və digər fırıldaq əməllərdə ittiham olunan şəxslərin Azərbaycan səfirliyinin əməkdaşları ilə əlaqədə olduqlarını deyib. Bütün bu məsələlərlə bağlı bir neçə şəxslə (Anar Əcəmov və Eldar Həsənovun adı Elsevər olduğu deyilən qohumu) yanaşı Seyran Mirzəzadənin də adı çəkilir.
Başqa iddiaya əsasən E.Həsənov hətta XİN rəhbərlərinin əli ilə diplomatik xidmət haqqında qanunun və XİN-in digər təlimatlarının pozulması hesabına S.Mirzəzadənin uzun müddət və ara vermədən Azərbaycanın Rumıniyada, daha sonra Serbiyadakı səfirliklərində vəzifələrə təyin edilməsinə nail olub. Baxmayaraq ki, diplomatik xidmət haqqında qanun eyni şəxsin fasiləsiz eyni səfirliyə vəzifəyə göndərilməsini qadağan edir. Ehtimal olunur ki, XİN rəhbərliyinin bu qanunsuz işdə Eldar Həsənovla əlbir hərəkət etməsinin səbəbi yaratdığı saxta qurumlara dövlətdən onların əli ilə aldığı maliyyə vəsaitindən pay almaları ola bilər. Çünki araşdırmalarda ofis ünvanlarının saxta olduğu bilinən E.Həsənovun yaratdığı Qara dəniz Xəzər dənizi əməkdaşlıq fondu üçün vəsaitin XİN və Nazirlər Kabinetindəki yüksək rütbəli məmurların köməyilə aldığı ortaya çıxarılmışdı. Bu məsələdə konkret olaraq xarici işlər nazirinin müavinləri Xələf Xələfov, Nadir Hüseynov və nazirlər kabinetinin beynəlxalq iqtisadi əlaqələr şöbəsinin rəisi Ağadayı Ağayevin adları hallanır. A.Ağayevin Azərbaycan dövlətinin xaricdəki fəaliyyəti üçün pul ayırmasında əsas rol oynayan şəxslərdən biri olduğu bildirilir. E.Həsənovun məhz bu şəxslə də yaxın münasibər saxladığını sübut edən fakt- öz imzası ilə A.Ağayevə ünvanladığı təbrik məktubu da göndərilən sənədlər arasındadır.
S.Mirzəzadə ilə bağlı aparılan araşdırmalarda isə növbəti maraqlı faktlar ortaya çıxır. Bu şəxsin facebook sosial şəbəkəsindəki səhifəsindən çəkilərək göndərilmiş skrinşotlardan məlum olur ki, Eldar Həsənovun Rumıniyada OCCRP tərəfindən üzə çıxarılmış çirkli pulların yuyulması, vergidən yayınma və digər qanunsuz əməllərdə ittiham olunan dəstəsinin bütün üzvləri – Alev Balgi Kupredin, Ruslan Vələdov, Ridvan Kupredin, Anar Əcəmov (Eldar Həsənovun digər yaxın əlaltısı və Montemeqrodakı Azərbaycanın diplomatik nümayəndəliyinin əməkdaşı olduğu iddia edilir) onun dostluq siyahısındadır.
Beləliklə yenidən təsdiqlənir ki, E.Həsənovun təşkilatçılığı ilə özlərini iş adamları kimi qələmə vermiş rumın və türk əsilli fırıldaqçılar, Azərbaycan səfirliyinin əməkdaşları, XİN və Nazirlər Kabinetinin yüksək vəzifəli rəsmilərinə qədər uzanan mütəşəkkil dəstə müxtəlif maxinasiyalardan istifadə edərək Azərbaycanın vəsaitlərini talamaq sxemi qurublar. Bu dəfə isə bütün bu qanunsuz əməllərin həyata keçirilməsini pərdələmək məqsədilə çətir təşkilat rolunu Azərbaycan-Monetenqro iqtisadi və mədəni əməkdaşlıq mərkəzi həyata keçirir.
Ən son məlumatlara görə hazırda Rumıniyanın tomisnews.ro saytı Eldar Həsənovun digər bir qalmaqallı rumın biznesmen Qabriel Komanesku ilə cinayət əlaqaləri barədə silsilə yazılar dərc edir (https://tomisnews.ro/exclusiv-tomis-news-ajunge-la-nivel-international-scandal-in-azerbaidjan-vizat-gabriel-comanescu-si-barcile-sale-de-pescari-din-mexic/; http://tomisnews.ro/capitan-sri-ovidiu-marincea-consilierul-directorului-sri-9-luni-afacerist-la-sri-conexiunile-secrete-si-periculoase-cu-reteaua-magnatului-gabriel-comanescu/)
Q.Komanesku Rumıniyada vergi qanunvericiliyini pozmaq və digər qanunsuz əməllərdə şübhəli bilinərək məhləməyə verilib. Məhz Eldar Həsənovun təqdimatı ilə qeyri-sağlam biznes reputasiyasına malik olan bu şəxs 2012-cinilin sentyabrında Rumıniyanın Konatansa şəhərində Azərbaycanın fəxri konsulu təyin edilib (http://www.president.az/articles/6291).
Başqa bir xüsusi diqqət çəkən məqam ondadır ki, əlaqədar mənbələrdən çatan xəbərlərə görə Eldar Həsənovun bütün çirkin işləri barədə Balkan, rumın, Azərbaycan və dünya mətbuatında (məşhur Forbes jurnalında da onun şübhəli imicə malik rus iş adamı Viktor Xmarinlə dostluğu barədə məlumat yer alıb) gedən yazılar barədə onun hazırda səfir olduğu Serbiya, Bosniya və Monteneqrodakı digər dövlətlərin səfirlikləri, diplomatik korpus ətraflı şəkildə məlumatlıdır. Bu səbəbdən hazırda E.Həsənov öz saysız natəmiz əməllərinə görə xarici diplomatlar arasında barmaqla göstərilir. Ən acınacaqlısı isə odur ki, o, bütün bunların müqabilində də Azərbaycan xalqının, dövlətinin xarici dövlətdə diplomatlar arasında rüsvay olunması hesabına hansısa səbəblərə görə hələ də vəzifəsində saxlanılır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Dünən, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Dünən, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Dünən, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Dünən, 14:15 |
|
|
|
|