DTX-nin izinə düşdüyü “Qızıl mafiyası”nın QMİ-də əlaqələri var? – ARAŞDIRMA
Tarix: 19-11-2016, 09:01 | Çap et
Bu yaxınlarda ölkə mətbuatında Azərbaycandan qaçaqmalçılıq yoluyla qızıl çıxaran şəxslərin saxlanılması barədə məlumat yayıldı. Yayılan məlumatda deyilir: “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər saxlanılıb. Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirən Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, A.Məcidov Ümrə (kiçik Həcc) ziyarətindən geri dönərkən, Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib. A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşlarıilə birgə həyata keçirdiyi məlum olub. Nəticədə A.Məcidov və Astara sərhəd-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıb. A.Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub. İstintaq tədbirləridavam etdirilir (oxu.az ).
Qeyd edək ki, bundan əvvəl də, bu il oktyabrın sonlarında ölkədən 8 kiloqram qızıl çıxarmağa çalışan iki nəfərin, o cümlədən, daha altı nəfər şübhəli şəxsin saxlanıldığı barədə məlumat yayılmışdı (apa.az) Verilən məlumata görə, 27-28 oktyabr tarixində gerçəkləşən əməliyyatlar nəticəsində “Hacı Amur” kimi tanınan Amur Qabil oğlu Məcidov və onunla “əməkdaşlıq” edənbir neçə gömrük xidməti əməkdaşı həbs olunub.
Bu günlərdə isə 365info.az saytına sözügedən qruplaşmanın ictimaiyyətdə bilinməyən tərəfləri və Azərbaycanda “qızıl mafiyası”nın iş metodu barədə bir sıra mənbələrdən məlumatlar daxil oldu.
Hal-hazırda bu məlumatların etibarlılığı bizim tərəfimizdən yoxlanılır. Rəsmi qurumların da bu mövzuda münasibətini öyrənməyə çalışacağıq.
Mənbələrin verdiyi məlumatlara görə, diqqətdən kənarda qalan başqa fiqurlar da var və onların “qızıl marşrutu”nda Azərbaycan-Gürcüstan sərhədi, “Qırmızı Körpü” məntəqəsi də yer alır. Saytlarda 8 kiloqram qızılın tutulduğunu deyirlər, lakin bu qruplaşma hər ay ölkədən 100-150 kiloqram qızılçıxarır. Bu isə aya 4-5 milyon dollar deməkdir. Ayrı-ayrı adamlara hər işə görə 2-3 min manat verirlər, qızılı İrana və Türkiyəyə aparıb, orda reallaşdırırlar. Sonra isə o pulu “yuyularaq”, ayrı-ayrı vasitələrlə, o cümlədən müxtəlif mallar idxal edib satmaqla reallaşdırırlar.
365info.az-a daxil olan məlumatlarda “Hacı Qabil” kimi tanınan Qabil Hüseyn oğlu Məcidovun adı hallanır.
“O, əslən Masallının Mollaoba kəndindəndir. Qızıl qaçaqmalçılığını da adətən, onun həmkəndliləri, Masallıdan və digər cənub rayonlarından olan adamlar gerçəkləşdirir. Bəzən, “Sədərək” və “Binə”də kimsə xaricdən mal gətirmək istəyirsə, pulu burda Qabil Məcidovun Maarif adlı adamına verir, Hacı Qabilin Türkiyə və İrandakı adamları da onlar üçün mal vurub göndərir. Bir sözlə, bu şəkildə “başa-baş” ödəşirlər”. Qabil Məcidovun “Moskva” Univermağı və“Laçın” Univermağında bir neçə qızıl mağazası var. 365info.az-a verilən məlumatagörə, “Laçın”da Qabil Məcidovun işlərinə Firdovsi adlı şəxs nəzarət edir. “Qabil Məcidov bu univermaqlardan, eləcə də Sumqayıt və Gəncədən vətəndaşların satdığı qızılları toplayır, sonra əridərək, külçə halına salıb ölkədən çıxarır. Bu işdə ona Sabit Mazakov adlı bir adamı, eləcə də Fərid Faiq oğlu Orucov və Rauf Faiq oğlu Orucov adlı adamlar kömək edir.
Bu qardaşlar “Moskva”Univermağının direktoru Elmira Mədətovanın qohumlarıdır. Həmçinin, qızılın əridilməsində Ramin Ələmdar oğlu Paşayev adlı şəxs iştirak edir ki, onun vasitəsilə, “Riyad”Mühafizə Xidmətinin İnqilab küçəsindəki binasınının zirzəmisində icarəylə işləyənsexdə “lom” qızıllar əridilib külçə halına salınır, sonra toplanılıb Hacı Amura və ya Hacı Qabilin digər adamlarına təhvil verilir. Ramin Paşayevin Siyavuşadlı bacanağı həmin zərgərlik sexində işləyir. Onun Gəncədən qızıl toplayıb gətirən Şahbaz Şahbala oğlu Şükürlü adlı bir adamı da var”, – deyə mənbələr qeyd edir.
Mənbələrin məlumatına görə, “Riyad”ın rəhbərliyi sözügedən sexdəki fəalyyətdən xəbərsizdir, yoxsa, hər hansı vergi verməyən, qanunsuz işlərlə məşğul olan şəxslərə zirzəmini icarəyə verməzdilər.
365info.az-a danışan mənbənin sözlərinə görə, oğlunun həbsindən sonra, Qabil Məcidov özünün 10-dan çox qızıl mağazasında ciddi tədbirlərə başlayıb: “Bu mağazalarda saxtakarlıqla düzəldilib satılan, əyarları düz gəlməyən qızıl əşyalarısatılır. Hacı Amurun həbsindən sonra, bu “geydirmə” qır-qızıl yığışdırılıb. Ümumiyyətlə, təkcə “Moskva” Univermağındakı mağazalarda bir ay içində Hacı Qabilin 30-40 milyon dollarlıq qızıl və qiymətli daş-qaşları dövriyyə edir. Özünün də Türkiyədə “Arzum” adlı firması var ki, bu firma kiçik miqyasda fen vədigər məişət texnikası, eləcə də parfüm istehsal edir. Hacı Qabilin Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullahla da yaxın əlaqələri var. Hacı Fuad tez-tez “Moskva” Univermağına gəlib-gedir, hətta bəzi yerlərə Hacı Qabil üçün xahişə də gedib”.
Təkrarən qeyd etmək istəyirik ki, bu mənbələrin etibarlılığı bizim tərəfimizdən yoxlanılır.
Noyabrın 18-də 365info.az əməkdaşı məsələyə aydınlıq gətirmək üçün, Hacı Qabil Məcidovun mobil nömrələrinə dəfələrlə zəng etdi. Lakin sözügedən şəxsə zəng çatmadığında, biz Fərid Orucovla əlaqə saxladıq. F.Orucov Hacı Qabili tanıdığını dedi, eyni zamanda qeyd etdi ki, “deyəsən, Hacı Qabil indi Bakıda deyil”. Onun sözlərinə görə, Q.Məcidovun ürəyi xəstədir və tez-tez əməliyyat olunur, müalicə alır. “Hacı Amurdan xəbərim yoxdur. Mən və qardaşım Elmira Mədətovanın qohumu deyiləm.
“Moskva” Univermağında iki minə yaxın insan işləyir, hamı bir-birini tanıyır. Dediyiniz işlərdən xəbərim yoxdur. Əgər bir günahımız olsaydı, hüquq mühafizə orqanları müəyyən edərdi. Mən çox xarici ölkəyə səfər etmişəm, amma dediyinizqaçaqmalçılıq işləriylə məşğul deyiləm”, – deyə F.Orucov bildirdi.
Ramin Paşayev adlı şəxs də Hacı Qabil və oğlu Amuru tanıdığını, amma onların indi harda olduğu barədə məlumatsız olduğunu bildirdi: “Sizə verilən məlumat doğru deyil, böhtandır. Mən bu işlərlə məşğul deyiləm”.
Məlumatlarda adı keçən QMİ sədrinin müavini Hacı Fuad Nurullah həqiqətən də Qabil Məcidovla tanış olduğunu, eləcə də Amur Məcidovun tutulmasıyla bağlı məlumatı oxuduğunu dedi. “Hacı Qabil mənim həmkəndlimdir. Mən başqa sahəylə məşğulam, o başqa sahəylə”, – deyə Fuad Nurullah bildirdi. “Hacı,bizə daxil olan məlumatda bildirilir ki, siz tez-tez “Moskva” Univermağına Hacı Qabilin yanına gedib-gəlmisiniz və hətta ona görə kimlərəsə xahiş də etmisiniz”, – deyə qeyd etdik.
“Mən indi tədbirdəyəm, işim var”, – deyə QMİ sədrininmüavini dəstəyi asdı. “Riyad” Mühafizə Xidmətinin qərargah rəisi Səməd müəllim (soyadını bizə bildirmədi – red) İnqilab küçəsində baş ofisin yerləşdiyini qeyd etdi. “Amma deyə bilərəm ki, orda belə bir zirzəmi və ya sex yoxdur. Sizin verdiyiniz məlumatı rəhbərliyə bildirərəm, araşdırarıq”, – deyə Səməd müəllim 365info.az-a bildirdi. Araşdırma zamanı Sabit Mazakova da dəfələrlə zəng etdik, mobil nömrəsinə zəng çatmadı. Həmçinin, başqa bir məlumat da əldə etdik ki, Qabil Məcidov nə Bakıdan, nə də ölkədən getməyib və onu bu gün “Moskva” Univermağında görüblər.
Yazı sayta gedərkən, Qabil Məcidovla danışmaq imkanı əldə etsək də, qarşı tərəfbizə açıqlama vermək istəmədi: “Çox hədər yerə zəng edirsən. Sən nə istəyirsənyaz, biz məhkəmədə aydınlaşdırarıq, kim haqqdır, kim nahaqq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|