Eldar Mahmudovla Akif Çovdarovun tikinti dələduzu: - İlham Qasımov
Tarix: 28-09-2016, 08:16 | Çap et
Bir müddət əvvəl tanınmış iş adamı adı altında dələduzluqlar edən, Eldar Mahmudov və Akif Çovdarovun tikinti “ kralı” kimi ad qazanan, mərhum Rasim Musayevin krışalığı ilə insanlara maddi və mənəvi ziyanlar verən İlham Qasımov nəhayət ki, öz layiqli cəzasını alaraq həbs olundu. El arasında Mahmudov və Çovdarovun tikinti dələduzu kimi tanınan İlham Qasımovu hamı yaxşı tanıyır. Bir çoxlarına onun adı dələduz iş adamı kimi bəllidir, kimisi qumar oyunlarından onunla tanışdır, kimisi onu Abdinova Asiman İlham qızının atası, bəziləri isə Qasımova Arifə Məhəmməd qızının və Qasımova Kəmalə Kamil qızının həyat yoldaşı kimi tanıyır. Söhbət minlərlə insanı evsiz-eşiksiz qoyan , “ iş adamı” adı altında pərdələnərək qanunsuzluqlar edən, hal hazırda isə layiqli cəzasını alaraq dəmir barmaqlıqlar arasında yatan İlham Qasımovdan gedir. Bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun “intiharı” ilə bağlı gündəmə gəlmişdi İlham Qasımov. Məzahir Cəfərov “Galaxy Palace” tikinti şirkətində çalışmışdı. Şirkətin rəhbəri isə İlham Qasımov idi. Mənim “intihar” sözünü dırnaqda yazmağım təsadüfi deyil. Heç kimə sirr deyil ki, Məzahirin “intiharı”na ya kimsə səy göstərmiş, ya da kimsə onu affekt vəziyyətinə salmışdı ki, o, bu addımı atsın. İntihar hadisəsindən əvvəl isə İlham Qasımov İbrahimovlarla məhkəmə çəkişmələrində olmuş, Sahib İbrahimovun 4 binasını ələ keçirmişdi. Ən əsası isə budur ki, bu gün minlərlə insan İlham Qasımovun dələduzluğunun qurbanına çevrilib, həm evsiz – eşiksiz qalıb, həm pulunu itirib. İndi bu insanların bir çoxu artıq təqaüdçüdür, bəziləri isə dünyasını belə dəyişib. Amma əfsuslar olsun ki, İlham Qasımov və onun əlaltıları öz bəd əməllərindən əl çəkməyiblər. Mənbələrin verdiyi məlumata görə İlham Qasımov tərəfindən aldanılan, daha doğrusu, onun qurbanına çevrilənlər arasında Yasamal rayonunun sabiq DPS rəisi polkovnik Elxan Şixəliyev, polkovnik Rövşən Məhərrəmov, Daxili İşlər Nazirliyinin bəzi əməkdaşları, Nəsimi rayon məhkəməsinin hakimi, Fövqəladə Hallar Nazirliyinin üç əməkdaşı, prokurorluq orqanının üç əməkdaşı, xarici ölkələrin iş adamları, bir neçə türkiyəli investor, rusiyalı tanınmış iş adamları da var. Yüzlərlə insanın mənzillərini təkrar satışa çıxaran İlham Qasımov aldadılmış ev sahiblərinə maddi və mənəvi dələduzluq etməkdən belə çəkinməmişdir. Əldə etdiyimiz məlumata görə, İlham Qasımov Hüseynova Kəmalə Həsən qızından 53.566 manat, Muradov Sahib Ağamusa oğlundan 76.800 manat pul alıb, ev almaq üçün alğs-satqı müqaviləsinə imza atmış, lakun sadə vətəndaşlara nə ev vermiş, nə də onların pullarını qaytarmışdır. İlham Qasımov Muradov Sahibə 14 aprel 2011-ci ildə müqavilə ilə satdığı evi,27 aprel 2012-ci ildə 117.900 manata Məmmədov Kamal Yüzbaşı oğluna satmış, ona da mənzilin tam ödənilməsi ilə bağlı maliyyə arayışı təqdim etmişdir. Həmin qanunsuz sənədlər kooperativin sədri vəzifəsini icra edən Davıdova Günay Salman qızına imzalatmışdır. Beləcə İlham Qasımov öz qulluq mövqeyindən istifadə edərək minlərlə insana qarşı təkrarən dələduzluq etmişdir. Hal hazırda İlham Qasımovun əməllərindən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, müxtəlif məhkəmələrə şikayətlər bitib – tükənmir.
Bu gün MTK “Real”ın təsisçisi və sədri İlham Qasımovun bacısı oğlu Cahangirli Sahil Nizami oğludur. Sahil Cahangirlinin səs yazısına əsasən məlum olur ki, o, dayısı İlham Qasımovun tapşırığı ilə sənədləri saxtalaşdırmış, dələduzluq yolu ilə əldə etdiyi pulları bankdan çıxararaq dayısı və MTK “Real”ın rəsmi rəhbəri İlham Qasımova təqdim edirmiş. O da bəllidir ki, vaxtilə “Sahil – D” şirkətinin sədri olmuş və müəmmalı şəkildə “intihar” etmiş Məzahir Cəfərov da bu üsulla pulları İlham Qasımova verirmiş. Maraqlıdır, görəsən Sahilin də sonu Məzahir kimi olmayacaq ki ?! Sahil Cahangirli dayısını qurban verəcək, ya qurban ediləcək? Aldığımız məlumata görə MTK “ Real”da İlham Qasımovun ailə üzvlərinin də payı var. Belə ki, İlham Qasımovun qızı Abdiyeva Asiman 25 faiz səhmin, həyat yoldaşı Arifə Məhəmməd qızı Qasımova isə 19 faiz payın sahibidir. Həyat yoldaşının, qızının adı altında fəaliyyət göstərən MTK-da dələduzluq etmək isə ən azı... Deyilənə görə, İlham Qasımovun öz doğma oğlu Lətif Qasımov atasının dələduzluq əməllərinə görə utandığını bildirib. O, bacısı Abdiyeva Asimanın, anası Qasımova Arifəni də bu çirkaba bulaşmasını atasına bağışlaya bilmir. *** ...İlham Qasımovun aldadıb toruna saldığı insanlar arasında hüquq mühafizə orqanlarının əməkdaşları da var. Belə ki, aldadılmış hüquq mühafizə orqanı işçiləri illərlə İlham Qasımovdan nə verdikləri pulu geri ala bilmişdilər, nə də ev almağa müvəffəq olmuşlar. Buna səbəb isə İlham Qasımovun ən çox güvəndiyi adam - o vaxtlar xüsusi şöbənin rəisi vəzifəsində çalışmış mərhum Rasim Musayev olmuşdur. Rasim Musayevi hamı İlham Qasımovun “krışası” kimi tanıyırdı. İlham Qasımovun Kürdəxanı həbsxanasında qumar məclisləri açmasının, ayı on min dollar olan kamerada saxlanılmasının , narkotik maddələrdən istifadə etməsinin də öz özəl və maraqlı bir tarixçəsi var. Aldığımız məlumata görə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisi Ceyhun Həsənov da vaxtilə İlham Qasımovun dələduzluğuna qurban gedibmiş. Belə ki, altı otaqlı evə sahib olmaq arzusunda olan Ceyhun Həsənov İlham Qasımova 500.000 manat pul vermişdi. Kürdəxana həbsxanasında məskunlaşana qədər isə İlham Qasımov ona nə ev vermiş, nə də pulunu qaytarmışdı. Bir məqamı qeyd edək ki, aldadılmış və evsiz-eşiksiz qalmış insanlar çarəsiz qalaraq xeyriyyəçi iş adamı Gülağa Qəmbərovdan kömək istəyiblər. O isə əlacsız qalan insanlara kömək məqsədi ilə bu işi araşdırmağı vəkilinə həvalə edib. Elə o vaxtdan İlham Qasımov iş adamının vəkilini təhdid və hədəyə başlayıb. Bu gün İlham Qasımov Kürdəxanı həbsxanasında oturub və bir çox məmurlara, hüquq mühafizə orqanı işçilərinə, tanınmış iş adamlarına hədə və şantaj mesajları göndərir. O, hamının adını Eldar Mahmudovla hallandıraraq, özünün sabiq MTN naziri ilə əlaqələrini ört-basdır etmək istəyir. Lakin unudur ki, Sahil-D Kompani MMC ərazisində yerləşən binanın birinci mərtəbəsində Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına hədiyyə etdiyi obyektdən hamı xəbərdardır. Təqaüdçü pulunu belə utanmadan mənimsəyən İlham Qasımovun vəkilləri isə mətbuat vasitəsilə onu az qala yazıq bir insan kimi qələmə verməyə çalışırlar. Araşdırmalarına görə İlham Qasımov tez – tez Tiflisə və Minskə kazinolara üz tuturmuş. Pullarının çoxunu kazinolarda itirən İlham Qasımov bıçaq sümüyə dayananda tanınmış, məşhur və vəzifədə olan insanların adından istifadə edərək öz çirkin əməllərini gizlətməyə çalışırmış. Bu gün həbsdə olan İlham Qasımov dövlət məmurlarının, hüquq mühafizə orqanı işçilərinin, iş adamlarının adından öz çirkin niyyətlərini pərdələmək üçün istifadə edir. Ən son olaraq, 2 sentyabr 2016-cı il tarixində əldə etdiyimiz məlumatlara görə respublikanın müxtəlif rayonlarında İlham Qasımova qarşı yazılan ittiham ərizələrinin sayı otuza yaxınlaşır. Ən çox şikayət ərizələri isə Binəqədi, Nərimanov, Nəsimi və Beyləqan rayonlarında cəmlənib. Səkkiz epizoddan, on üç cilddən ibarət olan bu cinayət işi artıq Ağır Cinayətlər üzrə Respublika məhkəməsinə göndərilib. Bundan başqa İlham Qasımovun həbsxanada da özünə gözəl şərait qurması, qumar məclisləri təşkil etməsi, iş görüşmələri aparması ilə bağlı maraqlı məlumatlar var. Ərəblərdə belə bir zərb – məsəl var: “ Qumarbaz olsan, qatil də ola bilərsən.” Türk atalar sözlərinə görə isə, “qumar oynayıb kişilikdən dəm vuranın qeyrəti qumar stolunun üstündə qalar”. Bunu bizlər yox, ərəblərlə türklərin ata-babaları deyir. Bizim bildiyimiz isə budur ki, dələduzluq yolu ilə minlərlə ailəni çarəsiz, göz yaşı içində qoyan İlham Qasımov belə bir xəbər yayıb ki, o özü həbsdən çıxmaq istəmir. İstəsə bu onun üçün uşaq oyunu kimi bir şeydir. Bu sözləri eşitdikdə bizdə belə bir təəssürat yaranır ki, İlham Qasımov və onun əlaltıları ədliyyə sisteminin ədalətinə şübhə ilə yanaşır, idarəetməyə isə əyri düşüncələri var. Bu gün İlham Qasımov həbsdədir. Lakin onun ailə üzvlərindən ibarət olan əlaltıları- yəni həyat yoldaşları Arifə Qasımova və Kəmalə Qasımova, qızı Asiman Abdiyeva minlərlə insanın göz yaşı üzərində qurulmuş firavan həyatlarını yaşayırlar. Onlar elə zənn edirlər ki, qanunun gözü kordur və onları görmür. Amma qanunun gözü çox yaxşı görür. Bu səbəbdən də məhkəmənin qərarı ilə İlham Qasımovun qızı Asiman Abdiyevanın adına olan Şüvalandakı bağ evinə, 10 GB 010 dövlət nömrə nişanlı “ İnfiniti QX56” markalı , 90 SP 094 nişanlı “ Hyundai Sonata” markalı , 90 FS 895 dövlət nömrə nişanlı “ Mercury Cougur” markalı, 90 FS 879 dövlət nişanlı “ Opel Speedster” markalı avtomobillərinə, həmçinin həyat yoldaşı Qasımova( Abbasova) Kəmalə Kamil qızının adına Şüvalandakı bağ evi, Nəsimi rayonunda olan iki yaşayış binasındakı evlər, bir neçə xarici markalı maşınlara həbs qoyulmuşdur. Təcrübə göstərir ki, İlham Qasımov səkkiz epizodda cəzalanaraq ən azı 15-20 il iş alacaqdır. Məhkəməyə təqdim ediləcək 30 cinayət işinin hər birinə görə cəmi-cümlətani bir il iş alsa onda deməli orta hesabla 45-50 il ərzində Kürdəxanı həbsxanasında qumarbazlıq peşəsinin incəliklərini öyrənməklə məşğul ola biləcək. Lakin atalar yaxşı deyib: “ Qisas qiyamətə qalmaz”. Mərhum Məzahirin qisasını İlham Qasımovdan alan ləyaqətli, vicdanlı bir Azəri övladı İlham bəyə ip uzadıb deyəcək: “ İlyuşa, özünü as!”. Həm Məzahirin, həm də öz ailən qarşısında özünü alçaltma! Kişi kimi yaşamayıbsan, heç olmasa bu fani dünyanı kişi kimi tərk et. ("VIŞKA " qəzeti , 23 sentyabr 2016-cı il)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|