«BOA» Kollektor Agentliyi insanları intihar həddinə çatdırır… - ŞOK FAKTLAR
Tarix: 23-09-2016, 08:26 | Çap et
İllərdir vətəndaşları yüksək faiz dərəcələri, daha sonra komission xərclərlə (şapka) aldadıb soyan banklar müflis oldu. Düzgün hesablama sistemi qura bilməyən, yalnız faiz gəlirlərini düşünən, vətəndaşları yalançı reklamlarla şirnikləşdirən onlarla bank bir ayin icində ortadan qeybə çəkildi. Daha prespektivli banklar isə işini davam etdirir. Amma bağlanan bankların yaratdığı gərgin vəziyyət hələ də vətəndaşların ciddi probleminin tərkib hissəsi olaraq qalmaqdadır. Bu gün Azərbaycanda banka borcu olmayan çox az ailə tapmaq olar. Elə ailələr var ki, bu problemlər nəticəsində dağılıb və ya dağılmaq təhlükəsi ilə üz-üzədir. Bir sözlə olduqca ciddi problemdir. Bütün bunların fonunda ölkədə onsuz da boğulan insanları bezdirən daha bir əmma ortaya çıxıb. «BOA» Kollektor Agentliyi… Guya banklara borcu olan vətəndaşlardan pulu geri almaq üçün yaradılan bu “Agentlik” banklarla vətəndaş arasında körpü rolu oynayır. Gülməli və daha çox biabırçı məsələdir. Qanunları olan bir ölkədə belə bir fəaliyyət sözün həqiqi mənasında gülüncdür. Və ən pis formada qanunsuzluqdur. Ela bunlar azmış kimi, bu “Agentliy”in “QOÇU”ları vətəndaşları hətta ölümlə hədələyirsə, bezdirirsə bu artıq işin qanuni tərəfidir. Bizimxeber.az-a daxil olan məlumata görə, tam qanunsuz bir mexanizm əsasında fəaliyyət göstərən bu agentlik banklara borclu olan və ya artıq məhkəməyə verilmiş vətəndaşların belə evinə, xanımlara, uşaqlara dəfələrlə zəng edərək müxtəlif formalarda hədələrini davam etdirirlər. Məlumata görə, “Gəlib sizi həbs edəcəyik”, “Sizi iş yerinizdə biabır edəcəyik”, “Məhkəmədən zəng etmişik” kimi hədələr edən şəxslərin telefon nömrələri belə bəlli deyil. Ümumiyyətlə, Azərbaycan qanunlarına görə, banka borcu olan vətəndaşla bank arasındakı problem qanuni şəkildə məhkəmə yolu ilə həll olunur. Əgər bir bank vətəndaşdan pulunu ala bilmirsə o zaman vətəndaş məhkəməyə verilir. Məhkəmə də qanuni şəkildə vətəndaşın yoxsa bankın xeyrinə qərar çıxarır. Odəniş üçün müəyyən güzəştlər və ya zaman verilir. Yaxud da, alternativ bir yol seçilir və problem həllini tapır. Elə isə, bu qanuni prosesslərdən sonra «BOA» kollektor agentliyi bəs hansı iş görməlidir? Bu Agentliyin məhkəmə, bank və vətəndaş arasına soxulması hansı qanunun tələbidir? Onun qazancı nədir? Sizcə bu Agentlik və ya onun rəhbəri Samir Mustafayev, yaxud əməkdaşları Azərbaycan məhkəmələrindən, qanundan üstündürmü? Belə çıxır ki, «BOA» Kollektor Agentliyi Azərbaycan məhkəmələrindən üstündür… Əsla elə deyil. Azərbaycan qanunlarla tənzimlənən, idarə olunan bir ölkədir. Üstəlik vətəndaşı da ləyaqətlidir. Sadəcə sosial problemlər, işsizlik və diğər səbəblər insanları banklardan aldığı pulu qaytarmasına imkan vermir. Bu isə Kollektor Agentliyinin nə rəhbərinə, nə də əməkdaşına imkan vermir ki, kimisə təhqir etsin və ya hədələsin. Bu bir başa qanunsuzluqdur və özbaşınalıdır. Amma məhkəmə qərarından sonra banka olan pulu ödəyə bilməyən vətəndaşlar var ki, onlardan pulun başqa yollarla alınması yolunu tapanlar var. «BOA» Kollektor Agentliyi də elə bunun üçün yaradılıb. Adı başqa, fəaliyyəti lap başqa… Agentlik işçiləri vətəndaşları narahat edirsə, hədələyirsə demək burda bir “reket” dəst-xətti var. Qanunlardan kənar tələb etmə, insanları bezdirmə, qorxutma və sair hallar “reket”çilik sayılır. Qanunla bu Agentliyin əməkdaşları zəng edirsə bu bir dəfədən artıq olmamlıdır. Bunu Agentliyin hörmətli rəhbəri Samir Mustafayev də dəfələrlə mətbuata verdiyi açıqlamalarda bəyan edib. Amma dəfələrlə zəng edib hədələyici təsirləri davam etdirirlərsə deməli bu “reket” formasıdır. Araşdırmalarımız zamanı kifayət qədər ciddi faktlar ortaya çıxdı. Belə ki, borcu olan insanların yaşadıqları ünvanlara rüsvayedici, alçaldıcı elanlar yapışdırmaq, iş yerlərinə məktublar göndərib utandırmaq, kimi hallar mövcuddur. Daha ciddi faktlar da var ki, onların da yaxın günlərdə audio və video formasını təqdim edəcəyik. Hələliksə, ilk olaraq bunu deyək ki, qanunların aliliyinin qorunduğu ölkədə bu kimi hallar olmur. Əgər olursa demək həm məhkəmə həm də diğər qurumlar öz fəaliyyətlərində kifayət qədər ciddi deyillər. Qaldı ki, «BOA» Kollektor Agentliyinin belə qorxmaz, insanları intihar həddinə kimi gətirib çıxaran addımlar atmasına kimlərin şərait yaratmasına bax bu artıq başqa mövzudur. Bu barədə də geniş araşdırmalarımız artıq başlayıb. Bizimxeber.az əməkdaşları sadalanan faktlarla bağlı «BOA» kollektor agentliyinin aidiyyatı şəxslərindən münasibət öyrənməyə çalışsa da, aldığımız cavab dogurdan da maraqlı oldu: “Nə istəyirsiz yazın…”. Bu sözün həqiqi mənasında biabırçılıqdı. Qeyd edək ki, İlkin Qəribli “Unibank”ın prezidenti Eldar Qəribovun oğludur. Diğər həmtəsisçi Rüstəm Hacıyev isə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğludur. *** «BOA» kollektor agentliyi necə və kimlərin dəstəyi ilə yaradılıb? Agentliyin rəhbərliyi ilə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nə kimi əlaqələri var? Anar Məmmədov Kollektor Agentliyini niyə Azərbaycana gətirdi? Qurum əməkdaşlarının intihar həddinə çatdırdığı adamlar kimlərdir? «BOA» Kollektor Agentliyinin Təbriz küçəsindəki ofisində hansı davalar olur və bu davalara görə kim məsuliyyət daşıyır? Olduqca ilginc faktlar yaxın günlərdə… Bizi izləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|