Kəndlisi dərddə, naziri kefdə olan kənd təsərrüfatı - İTTİHAM VAR
Tarix: 13-09-2016, 09:03 | Çap et
Tez-tez dövri mətbuatda, internet saytlarında və sosial şəbəkələrdə kənd təsərrüfatı naziri Heydər Əsədovun dəyəri milyon manatlarla ölşülən dəbdəbəli saraylarının fotoşəkillərinin “reklamı” gedir. Təbiidir ki, üzdə olan bu mülklər cənab nazirin vəzifə səlahiyyətləri dövründə yaratdığl “biznes imperyası”ndan əldə etdiyi daşınmaz əmlakın kiçik bir hissəsidir. Cünki “cəfakeş” nazir Sabirabad rayonunda vətandaşları qəbul edərkən şurnalistlərə rişxəndlə bildirdi ki, sizlər üçün mən başqa məmurlardan fərqli olaraq əlçatmaz bir nazirəm, çünki mənim bütün biznes strukturlarım və daşınmaz əmlakım Rusiya və digər xarici ölkələrdə yeləşir.
Şərait elə gətirdi ki, işsizliyin yaratdığı ehtiyac ucbatından fəhlə işləmək üçün Bakı şəhərinə yollandım və bir tanışımın köməkliyi ilə indi informasiya portallarının manşetini bəzəyən Z. Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun yanında yerləşən dəbdəli villanın tikintisində fəhlə işləməyə başladım.
Baxmayaraq ki, cənab nazir Bakı Sovet Ticarəti Texnikomunu bitirdiyi il mən İqtisad Unversitetini ( o vaxt Xalq Təsərrüfatı İnstitutu adlanırdı) fərqlənmə diplomu ilə bitirmişəm, amma çərxi-fələyin tərs dövranı ucbatından fəhlə işləməyə məhkum olunmuşam. Möhtəşəmliyi ilə seçilən villada bir-neçə gün idi ki, fəhlə işləyirdim, birdən cənab H. Əsədovun yanında bir dəstə adamla gəldiyini gördüm və dostumdan nazirin bura niyə gəldiyini soruşdum. Dostum bildirdi ki, bu villa nazirə məxsusdur və o, işlərin gedişi ilə bağlı vaxtaşırı bura gəlir. Nazirin yanında gələn adamlar xüsusi cənfəşanlıqla, zövqlə, süni gülüşlərlə və məddahcasına görülən işlər barədə nazirə məlumat verirdilər, nazir isə xüsusi şəstlə onlara iradlarını bildirir və hətta görülən bəzi işlərin sökülüb yenidən görülməsi barədə tapşırıqlarını verirdi.. Dəbdəbəli sarayda işlədilən bütün materialların hamısı xaricidən gətirilirdi, nazirin və xanımının “senzura”sından keçdikdən sonra obyektə buraxılırdı, “senzura”dan keçməyən maşınlar geri qaytarılırdı. Bir iş günündə bizə tapşırıq verildi ki, cənab nazirin oğlu bura gələcək, villanın ətrafında təmizlik işləri aparılmalıdır. Təmizlik işləri qurtardıqdan sonra nazirin oğlu dəyəri yüz minlərlə ölçülən maşınla gəldi. Özünün və yanındakı şəxsin əlində iri diplomat çantalar vardı (nazirin oğlu yağ içində bəslənmiş böyrək kimi idi, başı bir metr gedəndən sonra gövdəsini çəkib aparırdı). Birdən nazirin oğlu diqqətdən yayınmış daş parçasına ilişərək yerə yıxıldı və əlindəki diplomatın ağzı açıldl, ətrafa xeyli “dollar” paçkaları səpələndi. Danışıqlarından hiss olunurdu ki, onlar yeni mülk almaq üçün harasa getməli idilər. Bu hadisədə xəbər tutan nazir iş icraçısını işdən qovladı. Çox mərtəbəli malikənin xarici görnüşü rayonlarda tikilən kənd təsərrüfatı idarələrinin binalarına oxşadığından tam əminliklə deyə bilərəm ki, bu malikanə həmin idarələri tikən firma rəhbərliyi tərəfindən nazirə “səxavətinə” görə veiləcək bir hədiyyə idi. Kralların sarayını xatırladan saraya xərclənən milyonları, oğlunun diplomat çantasından dağılan “dollar” paçkalarının yaratdığı mənzərə ilə, özüm də daxil olmaqla bu gün bankların girovuna çevrilən, nisgil Azərbaycan kəndlisinin real vəziyyətini müqayisə etdikdə bədənimi soyuq tər basırdı!
Ümumlikdə, ölkəmizn müstəqillik dönəmində nazir sarıdan bəxti gətirməyən bircə sahə varsa o da, milli iqtisadiyyatımızın ən mühüm sahəsi olan aqrar sahədir. Aqrar sahə özündə çox şaxəli texnoloji həlqələri, ciddi sosial, ictimai-siyasi və dövlətçilik məziyyətlərini birləşdirən, spesifik xüsusiyyətlərin yaratdığı problemlərdən, ən həssas risk qrupuna daxil olan, məhsulun istehsalından tutmuş istehlakına kimi diqqət və xüsusi qayğı tələb edən mürəkkəb bir sistemdir. Ölkə başçısının diqqət və qayğısına baxmayaraq aqrar sahənin başında duran H. Əsədov kimi qeyri-peşəkar insanların yarıtmaz fəaliyyətləri ucbatından kənd təsərrüfatı çox saylı ciddi problemlərlə yüklənmiş bir sahəyə çevrilib.Gecə -güdüz özünü bayağı reklam etdirməklə, yalançı statistik rəqəmlərin eyfariyasında məst olmaqla, pafosla danışmaqla aqrar sektoru problemlər yükündən azad etmək olmaz, cənab Heydər Əsədov! Kənd təsərrüfatını bu problemlərdən yalnız və yalnız çox saylı problemlərin yaratdığı ağrı-acıları yaşaya-yaşaya bu sistemin içində pillə-pillə irəliləyərək nazir zirvəsinə yüksələn insan qurtara bilər. Bir gün Makedoniya hökmdarı II Filip böyük mütəfəkkir Aristoteli yanına çağırıb deyir ki, sən bilirsən ki, oğlum İsgəndər mən öləndən sonra bütün taxt-tacıma sahib olacaq, ona elə tərbiyə ver ki, gələcəkdə o, ağıllı, adil və ədalətli dövlət başçısı olsun. Aristotel İsgəndəri günlərlə ac saxlayır, zirzəmiyə saldırır və şallaq vurdurur. Bundan xəbər tutan II Filip Aristotelə əsəbləşərək deyir ki, mən sənə dedim ki, oğluma tərbiyə ver, elm öyrət, sən isə bunların əvəzinə oğluma nə haqla işgəncə verdin. Aristotel cavabında bildirir ki, hökümdar sağ olsun, əgər mən onu ac saxlamasaydım, şallaq vurdurmasaydım, zirzəmiyə saldırmasaydım o, gələcəkdə xalqa münasibətində heç bir vaxt adil və ədalətli ola bilməzdi. Oktay Şirəliyev siravi həkimlikdən səhiyyə naziri, Elman Məmmədyarov adi diplomatik fəaliyyətdən xarici işlər naziri, Ramil Usubov kiçik rəhbər heyyətdən daxili işlər naziri olana kimi böyük bir yol keçdilər. Bəs siz necə, heç ömürünüzdə iki bitki becərdinizmi, yaxud iki baş mal-qara saxlayıbsınızmı?
Şəxsi problemimlə bağlı mən cənab H. Əsədovun iki rayonda təşkil edilmiş regional qəbulunda şikayətçi kimi iştirakçı oldum. Bəri başdan qeyd edim ki, bir nazir kimi onun kənd təsərrüfatının cox saylı problemlərini dilə gətirən zəhmətkeş insanlara qarşı saymazyana münasibəti, təkəbbürcəsinə cavabları və eqoist davranışları məndə dərin təəssüf hissi yaratdı. Düşündüm ki, vətəndaşlar tərəfindən qaldırılan ciddi problemlərə belə laqeyid münasibət onun bu problemlərin mahiyyətini dərk etməməsindən başqa bir şey deyildi. Bir nəfər müraciət edərək bildirdi ki, cənab nazir bizdən biyan kötüyünü xaricə satmaq üçün hər vaqona 5 min manat pul istəyirlər. Nazir soruşdu ki, neçə hektar biyan əkibsən. Müraciətçi cavabında dedi ki, cənab nazir, biyanı əkmirlər, o təbii yolla bitir. “Temboli, özü bitir, sizdən az alırlar, gərək bir az da çox pul tələb etsinlər”- deyə nazir ironiyalı cavab verdi. Vətəndaşın digəri bildirdi ki, cənab nazir, əkin, becərmə və biçin işlərini normal şəkildə aparmaq üçün biz kəndçilərə aşağı faizlə kiçik həcimli kreditlərin verilməsi işini təşkil etmək lazımdır, çünki kommersiya banklarından zərurət ucbatından götürdüyümüz 30-35%-lik sələmlər bizi əbədi olaraq bankların girovuna çevirir. Nazir cavabında bildirdi ki, siz ünvanı səhv salıbsınız, pulunuz yoxdursa, kasıbsınızsa mənə yox, gedin Səlim Müslümova müraciət edin. Nazir öz aurasına uyğun cavab verdi, axı bu məsələdə o dünya praktikasına sahib insandır, həqiqən dünya praktikasında da kənd təsərrüfatının xarekterinə uyğun kredit tələb edənlərə “get, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət et”- deyirlər. Digər bir şikayətçi nazirə bildirdi ki, cənab nazir, əlverişli bazar mühiti olmadığından min bir əziyyət hesabına istehsal etdiyimiz məhsulu sata bilmirik, sahdə qalıb xarab olur, yaxud çox aşağı qiymətə “bazar dəllaları”na satırıq. Bu məsələdə bizə köməklik göstər. Nazir isə pişxəndlə cavab verib dedi ki, mən bura nə soğan, nə kartof, nə də pomidor almağa gəlməmişəm. Əslində nazir öz təxəyyülünə görə düz deyirdi, söğan, kartof, pomidor satmaqla nazir nəinki, mal tövləsi tikdirə bilməz, heç əlində şəstlə fırlatdığı dəyəri 15 min dollar olan mobil telefonu belə ala bilməz, nazir böyük səltənətlərə sahib olmaq üçün gərək traktor, kombayn, mineral gübrə, mal-qara sata, erməni iş adamlarından vaksin ala, yaxud iri investiya tutumlu layihələri həyata keçirərkən “tenter maxinasiya”ları apara ki, “qaz vurub qazan doldura”. Başqa bir şikayətçi müraciətində bildirdi ki, əkin torpaqlarımız şorlaşmaya məruz qalıb, suvarma suyunun çatışmamazlı ucbatından əkinlərimiz məhv olur. Nazir cavabında “ bu müraciətin cavabını məndən yox, gedin rahat kabinetindən çölə çıxmayan Əhməd Əhmədzadədən soruşun”-dedi. Digər bir qəbula gələn əkinçi “cənab nazir təsərrüfat ilinin quraqlıq keçməsi nəticəsində bizim də taxıl sahələrimiz məhv oldu, bizə də taxıl toxumları təminatında Şamaxı, Şəki,Qəbələ, Qobustan rayonlarına şamil olunan güzəştlər tədbiq olunsun, o rayonlar kimi pulsuz olmasada, heç olmasa satılan toxumların dəyərinin müəyyən hissəsini dövlət ödəsin”- deyərək nazirə müraciət etdi. “O toxumları mən gətirmişəm, adını çəkdiyiniz rayonlara pulsuz toxum vermək mənim səlahiyyətimdədir, siz öz səlahiyyətiniz çərçivəsində müraciət edin”-deyərək sərt cavab verdi. Xeyr, cənab Heydər Əsədov toxumun Rusiyadan alınıb –gətirilməsinə ödənilən vəsait sənin şəxsi vəsaitin deyil, dövlət vəsaitidir, o vəsaiti ayıran Ölkə Prezidenti bir ölkənin vətəndaşları arasında kəskin sosial ədalətsizliyə yol verməz - deyərək vətəndaş nazirə kəskin cavab verdi. Digər bir şikayətçi isə bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı istifadə olunan pestisidlərin keyfiyyətsiz olması ucbatından aparılan mübarizə tədbirlərinin effekt vermədiyi barədə nazirə müraciət etdi. Nazir şikayətçidən pestisidin nə olduğu barədə sorğu etdi. Şikayətçi cavab olaraq bildirdi ki, cənab nazir pestisid bitkiçilikdə xəstəlik və ziyanvercilərə qarşı işlədilən dərman vasitələridir. Nazir güya ciddi görkəm aldıqdan sonra “Bəs bunu zəhər de, bizdə başa düşək də. Zəhər ona görə səmərəsiz olur ki, siz torpaqlarınızı analiz etdirmirsiniz. Bunu mənə İsraildə dedilər”-deyərək cavab verdi. Şikayətçi bu fikirlərlə razılaşmayaraq “Cənab nazir, siz adlandırdığınız zəhərin keyfiyyətsizliyinin torpaqların analizi ilə nə əlaqəsi var?”-deyərək başını bullaya-bullaya qəbul otağını tərk etdi. Bu vacib məsələ ilə bağlı bir faktı qeyd edim ki, 3-4 ay bundan əvvəl yoldaşımın xəstəliyi ilə əlaqədar İran İslam Respublikasına getmişdim. Gedəndə özümlə bir az 34%-li Amonium – nitrat gübrəsindən və pambıq sovkasına qarşı işlədilən 40 faizli pestisid aparmışdım. Ərdəbildə yaxın qohumumun köməkliyi ilə həm gübrə nümunəsini , həm də pestisid nümunəsini laborator analiz etdirdim. Analiz nəticəsində məlum oldu ki, 34%-li amonium-nitrat gübrəsində təsiredici maddə 21%, 40%-li pestisiddə isə təsiredici maddə 23% oldu. Reallıqda mineral gübrələrin və pestisidlərin effektsiz təsirinin başında duran fakt budur, çünki biz işçi məhlulu hazırlayarkən və yaxud gübrə normasını müəyyənləşdirərkən təsiredici maddəyə görə hesablayırıq, əgər təsiredici maddə normadan iki dəfə aşağıdırsa deməli, peptisidin və mineral gübrənin də təsir effekti iki dəfə az olacaq.
Mən iki məsələ ilə bağlı nazirə müraciət etdim. İlkin olaraq bildirdim ki, cənab nazir, mən də siz bitirdiyiniz İqtisad Universitetini bitirmişəm, uzun illər kolxoz sistemində, kənd təsərrüfatı idarəsində iqtisadçı kimi müxtəlif məsul işlərdə çalışmışam, amma işsizlik ucbatından indi fəhlə işləməyə məhkum olmuşam, xahiş edirəm məni ixtisasıma uyğun bir işlə təmin edəsiniz. Nazir cavab olaraq bildirdi ki, vallah, struktur islahatı adı ilə elə bir qarışıq vəziyyət yaratmışam ki, heç özüm də baş aça bilmirəm, döz görək nə olacaq. Cənab nazir, bu qarışıq vəziyətin yaranmasında plansız struktur islahatı ilə yanaşı, kadrların seçilib yerləşməsində sizin ağır “tender” şərtlərinizin də rolu az deyil. İkinci məsələ kimi mən nazirə pambıq yığımında və tədarükündə yaranmış problemlərlə bağlı müraciət etdim. Bildirdim ki, 2015-ci ildə “ÇTS AQRO” MMC ilə bağladığım müqavilə əsasında 20 hektar sahədə pambıq əkdim, borc-xərc hesabına məhsul yetişdirmişəm, yığım dövründə müəssisə pambıq yığımına heç bir maddi dəstək göstərmir, hətta istehsal etdiyimiz məhsula sahib çıxmır, qiymətli texniki bitki olan pambıq sahələrdə yığılmamış qalıb. Müraciətimə cavab olaraq nazir bildirdi ki, birincisi pambıq iqtisadi baxımdan səmərəli bitki deyil. İkincisi, sizin mənimlə nə müqaviləniz var, nə də mənim pambığa ehtiyacım var, kiminlə müqavilə bağlayıbsınız gedin probleminizin həllini də ondan soruşun. Bu məsələnin üstündən üç ay keçəndən sonra Ölkə Prezidenti İlham Əliyev cənabları pambıqçılığa ögey münasibətin aradan qaldırılması ilə bağlı konkret addımlar atdı, bu mühüm sahənin inkişafından ötəri aidiyyati qurumlara tapşırıqlarını verdi. Prezident Administrasiyasının, yeli icra hakimiyyəti orqanlarının birbaşa rəhbərliyi altında cari ildə əkilən 50 min hektar pambıq sahəsini özünüzün reklamı üçün gecə -gündüz sağa-sola xərcləyirsiniz və siyasi sabatsızlıqdan, pulun hakim kəsildiyi “rivizor” təfəkkürünüzdən uzağa getməyərək Prezidentin önəm verdiyi bir məsələni güya milli manatın kəskin devalvasiyası nəticəsində dollarla satılan məhsulun şirkətlərə daha çox gəlir gətirəcəyi kimi bəsit bir arqumentlə əsaslandırmağa çalışırsınız və utanmadan bunu vaxtaşırı dövri mətbuatda da dilə gətirirsiniz. Ölkə Prezidenti pambıqçılığa bir-iki şirkətin gəlir mənbəyi kimi yox, ilk növbədə sosial mahiyyətinə görə önəm verir. Nəzərə alsaq ki, pambıq əkilmiş sahənin becərilməsi üçün hər hektara ortalama 2,5 nəfər işçi qüvvəsi tələb olunur, o halda ölkə üzrə 100 min hektar pambıq sahəsində il boyu 250 min nəfər (mexanizator, suçu, ketmançı, mütəxəssis və s.) işlə təmin olunacaq ki, bu da son nəticədə işsizlik kimi sosial bəlanın aradan qalxmasına, deurbanizasiya prossesinin sürətlənməsinə və ailələrin gəlirlərinin artmasına gətirib çıxaracaq. Digər hallarda ölkənin daxili bazarının pambıq məhsulları ilə təminatında mövcud idxaldan asılılığı aradan qaldıracaq, aqra-sənaye kompleksinin yüngül və yeyinti sənaye sahələrinin xam mal təminatını yerinə yetirəcək, ölkəyə valyuta gətirəcək, torpaqlardan səmərəli istifadəni artıracaq və növbəli əkin dövriyyəsinin tədbiqinə münbit şərait yaradacaq. Prezidentimiz İlham Əliyev cənablarının pambıqçılığa dəstək verməsinin kökündə bunlar dayanır, cənab nazir!
Hər iki rayonda qəbul zamanı xüsusi şəstlə bidirdiniz ki, mən ölkədə əkin altında olan torpaqların Rüsiyadan olan iş adamlarına icarəyə verilməsinə çalışacam. Ortaya atdığınız bu yanlış ideya ilk növbədə sizin siyasi cəhətdən yetkin olmamağınızdan və pusiyalı biznes ortaqlarınız üçün münbit şərait yaratmaq istəyinizdən başqa bir şey deyildi. Birincisi, rusiyalı iş adamları aqrar sahədə iş görmək istəyirlərsə, Rusiyanın əkin sahələri bizdən yüz dəfələrlə çoxdur, gedib o sahələrdə əkin-biçin aparsınlar. İkincisi, Rusiyanın dəstəyi ilə onsuzda bizim 200 min hektar qiymətli əkin torpaqlarımızda ermənilər narkotik bitkilər becərirlər, getsinlər o torpaqlarda nə əkinlər əksinlər. Təəbidir ki, dünyanın qaynar qazanı xatırladan bir vaxtında ölkənin xarici siyasətində tükü-tükdən ayıran ölkə başçısı heç bir vaxt sizin bu siyasi sayıqlamalarınıza rəvac veməzdi və necə ki, vermədi də!
Sizin qəbulunuzda olarkən ömrünü kənd təsərrüfatında keçirən insanların müraciətlərinə şablon, istezalı cavablarınız yaddaşımda ilişib qalan bir hadisəni xatırlatdı. Kənd təsərrüfatı idarəsində iqtisadçı işlədiyim dövrdə bizimlə “rivizor Adil” deyilən bir şəxs işləyirdi. Bu adam hansı kolxoza təftiş kimi gedirdisə mütləq yoxlamanın sonunda siravi suçuya, ketmançiya, briqadirə güya kolxoza dəymiş ziyana görə zərər aktı yazırdı. Onun bu əməli haqlı olaraq insanlarda qəzəb hissi yaradırdı. Bizim də təkidli xahişimizə baxmayaraq o, bu adətindən əl çəkmirdi. Dövran dəyişdi, kənd təsərrüfatı idarələri ləğv olundu və bu adam işsiz qaldı. Bir müddətdən sonra ayrı-ayrı mülkiyyətçilərdən 30 hektar icarəyə torpaq götürüb pambıq əkdi. İcarə haqqını ödəmək və becərmə işlərini aparmaq üçün kommersiya bankıdan yüksək faizlə kredit götürdü. Əkin apardığı sahə suvarma suyunun mənbəyindən 8 km aralı idi və onun sahəsinə gedən arxdan düz 50 mülkiyyətçi istifadə edirdi. 130 kq-lıq bədəni ilə 35-40 dərəcə istinin altında gündə ən azı 7-8 dəfə 8 km-lik məsafəni qət etmək məcburiyyətində idi. Təsadüfən bir dəfə mənimlə rastlaşdı, kefini soruşdum. Cavab verdi ki, qardaş Allah məndən sadə əməkçilərə etdiyim haqsızlıqların qisasını alır. O dövrdə suçuya da, ketman vurana da, mexanizatora da verilən əmək haqqı çox az imiş, nə çətin iş imiş bu əkinçilik. Yekunda bütün əkin sahəsi quraqlıqdan yandı və bu adamın elə sahəsində də ürəyi partlayıb öldü. Rahat kabinetlərdə manevr edə-edə müxtəlif səlahiyyət sahiblərinin dəstəyi ilə nazir olan bir şəxsin aqrar sahəyə baxışları adını qeyd etdiyim adamın baxışlarından uzağa gedə bilməz, cənab nazir!
Sonuncu müşavirədəki çıxışınızda dövlət başçısına məlumat verdiiniz ki, taxılın tədarükündə heç bir problem yoxdur, mən isə bəri başdan qeyd etmək istəyirəm ki, bu sahədə uzun illərdir problemlər mövcuddur və artıq bu problemlər xroniki forma alıb. Doğrudanmı problem yoxdursa Taxıl Fondu tərəfindən hər il tədarük olunan taxılda yerli istehsalın xüsusi çəkisi niyə bu qədər azdır? Nazirlər Kabinetinin məlum Qərarının tələblərini ödəyən buğda Taxıl fondu tərəfindən tonu 250 manata tədarük olunur. Neçə illərdir Taxıl Fondu yerli şəraitdə istehsal olunan taxılın keyfiyyət göstəricilərinin aşağı olması iddiasını ortaya qoyur və bu səbəbdən də idxala üstünlük verir. Artıq 3-cü ildir ki, nazir kürsüsündə əyləşibsiniz, bu müddət ərzində bu iddianın nə dərərəcədə obyektiv olub-olmamasının fərqində olmusunuzmu?. Kənd Təsərrüfatı Nazirliyinin (əgər kənd təsərrüfatı üzrə mütəxəssis qalıbsa), İqtisadiyyat Nazirliyinin və Taxıl Fondunun mütəxəssislərindən ibarət bir komissiyanın yaradılması, bu komissiya tərəfindən Hökumətin təsdiq etdiyi keyfiyyət göstəriciləri tələblərini ödəyən taxıl sortlarının müəyyənləşdirilməsi və ilkin və təkrar toxumçuluğun, eləcədə ərzaqlıq taxıl istehsalının komissiyanın müəyyənləşdirdiyi sortlar əsasında formalaşdırılması istiqmətində təşəbbüs göstəribsinizmi? Belə bir təşəbbüsdə bulunubsunuzsa nə üçün bu şərtlər istər buğda istehsalçılarına, istərsə taxıl toxumu istehsalçılarına və istərsə də ilkin toxumçuluğa dövlət büdcəsindən verilən yardımlarda bir şərt kimi öz əksini tapmayıbdır? Digər bir məsələni əlahəzrət nazir sizin diqqətinizə çatdırmaq istəyirəm. Yaşadığım yaşayış məntəqəsi ilə bizə ən yaxın Kürdəmir taxıl tədarükü kombinatı arasındakı məsafə 184 km-dir. Mənim taxıl əkin sahəm kəndimizdən 26 km aralıda yerləşir. Biçin dövründə Kamaz markalı maşın beş bunker taxılı (təxminən 11 ton) sahədən həyətimə 80 manata gətirir. Bir iqtisadçı kimi hesablayın görək bir Kamaz taxılın Kürdəmirə aparılması bizə neçiyə başa gələr. Üstəgəl iki dövlət qurumundan rusumu ödənilməklə sertifikat almaq və digər xərclər. Bütün xərclər çıxıldıqdan sonra əgər buğda ağır şərtlər baryerasını keçərsə biz onun tonunu 220 manata sata bilərik. Budurmu sizin problemsiz taxıl tədarükünüz? Manatın iki dəfə dəyərdən düşməsi, taxılçılıqda istifadə olunan istehsal vasitələrinin və digər istehlak məhsullarının qiymətlərinin kəskin artımı fonunda əkinçinin sosial-iqtisadi durumunun hansı dərəcədə ağır olduğunu təsəvvür etmək elə bir çətin iş deyil. Nazirliyin “agro.az” internet saytında mütamadi sizin reklamız gedir, nazir filan kəsi qəbul etdi, filan ölkəyə səfər etdi və s. Bu qədər qəbullarınızın, “turist” səfərlərinizin müqabilində aqrar sahədə uğura imza atmış bir ölkənin, tutaq ki, bizimlə qonşu olan, eyni paralel və merdianda yerləşən İran İslam Respublikasının aqrar-sənaye kompleksi modelinin ölkədə 50% tədbiqinə nail ola bilibsinizmi. Bildiyim qədər bu yaxınlarda İranın kənd təsərrüfatı nazirini qəbul etmisiniz. Niyə həmkarından soruşmadın ki, ay cənab nazir, 20-22 milton ton civarında taxıl istehsal edən dövlətinizdə necə edirsiniz ki, əkinçinin məhsulunu elə sahənin üstündə, özü də yüksək qiymətə tədarük edirsiniz. Fəxrlə deyəydin ki, dünyaya örnək olacaq bir tədarük mexanizm bizdə! Yazıq əkinçi taxılı biçərkən xeyli xərc çəkib onu həyətinə daşıtdırır, aylarla quşdan, siçandan, mışdan, dən güvəsindən qoruyur və oturub gözləyir ki, nə vaxtsa “bazar dəllalı” rəhmə gəlib ucuz qiymətə onun taxılını alacaq. Min kilometrlərlə məsafə qət edib Qazaxistandan, Rusiyadan taxıl alıb gətirən Taxıl Fondu nədən yerli istehsalçıdan taxılı onun hüzuruna gətirməyi tələb edir.
Havaların taxılçılıq üçün əlverişli keçdiyi 2015-ci ildə taxıl istehsalındakı artımı özünüzün ən böyük naliyyəti kimi cəmiyyətə sırımaqdan belə çəkinmədiniz və bütün müsahibələrinizdə aqrar sektorun son 100 ildə məhz sizin rəhbərliyiniz dövründə ən böyük uğur əldə etdiyini xüsusi şəstlə vurğulayırsınız. Elə isə cənab nazir, əlverişsiz keçən iqlim şəraiti ucbatından 2014-cü ildə bitkiçilik məhsulları istehsalında kəskin azalmaları, yaxud cari ildə taxıl istehsalının keçən illə müqayisədə azalması faktı kimin ayağına yazılmalıdır, cənab nazir! Milli aqrar-sənaye kompleksi özünün intibah dövrünü Ulu Öndərin birinci hakimiyyəti dönəmində yaşayıb. Aqrar sektora diqqət ONUN gündəlik fəaliyyətinin ən mühüm tərkib hissəsi idi, göstərişi əsasında bütün dövlət orqanları kənd təsərrüfatının inkişafı üçün səfərbər olunmuşdular. Hər təsərrüfat ilində min hektarlarla taxıl, üzüm, pambıq və s. sahələrini gəzirdi, onlarla aqrar yönümlü sənaye müəssisələrinə, heyvandarlıq komplekslərinə baş çəkirdi, sıravi kolxozçularla, mexanizatorlarla, heyvandarlıq işçiləri ilə görüşərdi və onların şəxsi problemləri ilə maraqlanardı. Siz necə, şəxsi maraqlarınızdan, saray daxili manevirlərdən, sərfəli “tender”lərdən, tikinti işlərindən vaxt tapıb il ərzində yüzcə hektar taxil, üzüm, pambıq və s. sahələrini gəzdinizmi, yaxud on nəfər kolxozçu ilə iş başında (rahat kabinetlərdə keçirtdiyiniz qəbulları demirəm) görüşdünüzmü, onların qayğıları ilə yaşadınızmı. Xeyr! Əgər olsaydı bilərdiniz ki, siçanabənzər gəmircilər kütləvi şəkildə taxıl,yonca, bostan-tərəvəz sahələrini necə məhv edir. İnsanlar tanıyıram ki, bu səbəbdən əkin sahələrinə kombayn salmadılar.
Ulu Öndər kənd təsərrüfatı sahəsində dərin biliyə, praktiki təcrübəyə sahib bir İNSAN idi. O, taxıl sahəsində bir kv. metrdə sünbülün sayını, sünbüldə dənin sayını və çəkisini soruşardı və həmin sahənin bioloji məhsuldarlığını yerindəcə müəyyələşdirərdi, üzümçülükdə quru budama zamanı hər sort üçün qoyulan məhsuldar bar zoğlarının sayı ilə maraqlanardı, heyvandarlıqda yem rasionunu yem vahidi üzrə təhlil edərdi. Çıxışınızda on kəlmə kənd təsərrüfatına aid termin işlədirsiziniz, onun da səkkizini təhrif olunmuş formada ifadə edirsiniz. Etiraf et ki, cənab nazir, aqrar sahədə sahib olduğunuz primitiv bilik və təcrübə ilə siz Ulu Öndərin qarşısında bir dəqiqə belə tab gətirə bilməzdiniz!
Bir çox hallarda dövri mətbuatda cənab H. Əsədovu öz ixtisasının mahir bilicisi kimi cəmiyyətə sırımaq istəyirlər. Qəbul edək ki, orta məktəb bazası əsasında yüksək təhsil almış abturiyent heç bir halda texnikoma qəbul olmaq istəyində buluna bilməz. Həmin dövrdə qəbul imtahanından kəsilən və yaxud aşağı qiymət alaraq müsabiqədən keçə bilməyən abturiyentlər müxtəlif yollarla texnikoma daxil olurdular və onların əsas məqsədləri texnikomu bitirdikdən sonra aşağı qiymətlərlərlə müsabiqədən kənar intitutlara daxil olmaq idi. Bu mətiqlə yanaşsaq deyə bilərik ki, cənab H. Əsədov da orta məktəbi ortabab qurtardığından birbaşa instituta daxil ola bilmədiyindən texnikom qurtarmış və sonra aşağı qiymətlərlə müsabiqədən kənar Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Və qətiyyətlə deyirəm ki, orta məktəb bazası əsasında yüksək təhsil əldə etməyən insan sonrakı dövrdə yüksək savada sahib mütəxəssis ila bilməz. O ki, qaldı sizin iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcənizə bu amil Azərbaycan reallığında ciddi qəbul olunmur, mən elə insanlar tanıyıram ki, 40 yaşında özəl unversiteti bitirib, bir-neçə ildən sonra siyasi elmlər doktoru elmi dərəcəsinə “yiyələnib”lər!
Uzun illər dövlət büdcəsindən ayrılan vəsaitlərdən və xarici maliyyə institutlarından əldə edilən kreditlərdən təyinatı üzrə istifadəsinə nəzarət etməli olan bir qurumun rəhbəri işləmisiniz. Bu dövrdə də indi olduğu kimi özünüzü cəmiyyətə “Müqəddəs Məryəm ana” obrazında sırımaq istəmisiniz, cəmiyyətin ərköyün övladı kimi yetənə yetibsiniz, yetməyənə də bir daş atıbsınız. Yəqin ki, mübahisə etməzsiniz ki, qudanız Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi uzun illər hər il dövlət büdcəsindən daha çox vəsait alan və ölkənin xarici borclanmasında böyük xüsusi çəkiyə sahib olan qurum olub. Ölkənin vahid nəqliyyat siyasətinin konturlarını müəyyənləşdirməli olan qudanız müxtəlif törəmə şirkətlər yaratmaqla və yalançı “tenderlər” keçirməklə ölkənin ən zəngin oliqarxına çevrilib. Hesablama Palatasının sədri işləyərkən çox güman ki, siz də quda kimi onun dəbdəli saraylarında, yaxtalarında olmusunuz, bir sözlə zəngin varidatından xəbəriniz olub. Fikirləşməmisiniz ki, ayda 1600 manat civarında əmək haqqı alan qudanız dəyəri milyardlarla ölçülən daşınmaz əmlaka necə sahib olub. Fərqində olmadınız ki, kürəkənizin toyunda döşəməyə səpilən pullar xalqın ayaqlar altına atılmış varidatıdır, oliqarx gözündə dəyəri olmayan bu pullarla neçə imkansız ailənin dərdinə məlhəm qoymaq olardı. Sizi düşündürdümü ki, sənədlər üzrə milyonlarla manat dövlət vəsaiti xərclənən yollar niyə bir ilin içərisində istismara yararsız vəziyyətə düşür, yaxud 150 milyon vəsait hesabına başa gələn Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi nədən bu gün heç bir əhəmiyyət kəsb etməyən, sistemləri sıradan çıxmış bir quruma çevrilib. Mənim oğlumun 32 yaşı var, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasını bitirib, işsizlik və evsizlik ucbatından ailə qura bilmir. Hansı “sehirli əlin” dəstəyi ilə 27 yaşı olanda sizin kürəkəniz dəyəri milyardlarla ölçülən varidata sahib olur, Amerikada milyader Trampla oturub-durur, həmin ölkədə milyonlarla ABŞ dolları xərcləyərək kef məclisləri təşkil edir (hansı ki, mən Müqəddəs dini bayramları belə qeyd etmək gücündə deyiləm), Qubada 80 hektarlıq sahədə Qolf meydançası saldırır, Türkiyədə ada alır və s.Axı bütün bunların köküdə dövlət vəsaitlərinin talançılığı dayanır, hansı ki, o vəsaitlərin təyinatı üzrə düzgün, şəffaf xərclənməsinə nəzarət etməli olan qurumun başçısı siz idiniz, cənab Heydər Əsədov! İlahi bir qüvvənin gücü birdən vicdanınızı oyatdı və günün birində sizdən soruşdu, ey cənab Heydər Əsədov, süni şəkildə özünü dövlət vəsaitlərini qoruyan cəfakeş kimi göstərirsən, maraqlarından kənar fakt aşkar edəndə materialları Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərirsən, bəs əmək haqqı kimi aldığın 1600 manatla dəyəri 20 milyon olan sarayı necə tikdiribsən, dəyəri milyonlarla ölçülən varidata necə sahib olubsunuz. Nə yaxşı ki, Ölkə Prezidenti bütün əndazələri aşan qudanız Ziya Məmmədovun əksər səlahiyyətlərini əlindən aldı və bunulada o, “portvelsiz nazir”ə çevrildi. Amma bu olay sizin üzərinizə əlavə məsuliyyət qoydu. Qismətinə dəbdəbəli həyat tərzi keçirmək düşmüş kürəkənizin xaricidə xiffət çəkməməsi üçün siz daha çox “çalışmalısınız”.
Bir sözlə cənab H.Əsədov, özünüzü tərk etsəniz “ çirkablar bataqlığı”nda sizin şəffaflıqdan, təmizlikdən, obyektivlikdən danışmağa mənəvi haqqınız yoxdur!
Qeyri-peşəkar bir insana qızıldan fırça, bahalı parça versən də o, primitiv bir rəsm çəkə bilməz, amma dahi Səttar Bəhlülzadə adi bir karandaşla böyük bir rəsm əsəri yaradırdı. Ölkə Başçısı aqrar sektorun problemlərinin həllinə ən yüksək səviyyədə həssas yanaşsa da, aqrar sektor problemlərdən xilas ola bilmir, çünki o problemlərin başında sizin kimilərin qeyri-peşəkarlığı dayanır, cənab Heydər Əsədov!
Ruslan Həsənov İqtisadçı-ekspert, fermer.DİA.AZ-dan: Yazıda iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|