Əgər kənd təsərrüfatının durumu naziri düşündürmürsə... - “Kənd Təsərrüfatı Nazirliyi qeyri-peşəkarlardan komplektləşdirilib”
Tarix: 14-05-2016, 09:04 | Çap et
Sabirabad rayon Zəngənə kənd sakini, sahibkar Əfras Əsgərov pambıqçılığın inkişafı ilə bağlı ölkə prezidentinə 10 təklif verib. Sahibkarın təkliflərində qeyd olunur ki, keyfiyyətli, məhsuldar pambıq istehsalı üçün torpağın keyfiyyətinin yaxşılaşdırılması, yerli şəraitə uyğun olan məhsuldar sortların alınması, mineral və süni gübrə təminatı, peşəkar kadrların, yeni mütəxəssislərin hazırlanması, ölkəyə daha müasir texnikanın gətirilməsi, yeni texnologiyanın tətbiqi, iplik müəssisələrin salınması və sair məsələlər həll edilməlidir. Əfras Əsgərovun təklifləri siosial şəbəkələrdə böyük ajiotaj doğurub. Pambıqçılığın inkişafı üçün qoyulan məsələlər bəs aidiyyəti dövlət orqanları tərəfindən necə qarşılanıb? Bu və ya digər suallarımızı cavab tapmaq üçün Əfras Əsgərovla əlaqə saxlayıb, onunla söhbət etdik. Qeyd edək, Ə.Əsgərov ixtisasca riyaziyyat müəllimi olsa da kənd təsərrüfatına çox meyllidir. Bu xüsusiyyət onda genetikdir. Belə ki, ata-babasından ona torpağı əkib-becərmək ənənəsi qalıb. Atası da pambıqçılıq təsərrüfatı ilə məşğul olub. 2000-ci ildən pambıq əkini ilə məşğul olan Əfras Əsgərov hesab edir ki, Azərbaycanda pambıqçılıq təsərrüfatında ən böyük həcmdə pambıq becərən fermerlərdən biridir.
“Kənd Təsərrüfatı Nazirliyi qeyri-peşəkarlardan komplektləşdirilib”
- Neçə hektar sahədə pambıq becərirsiz? - Bu il 100 hektar pambıq əkmişəm, heç bir dəstək olmadan. Amma stimul verilərsə, 300-400 hektar sahədə pambıq becərə bilərəm. - Prezidentə ünvanladığınız təklifdə kifayət qədər ciddi və böyük maliyyə tələb edən məsələlər qoyulub? Reaksiya necədir? - Ayrı-ayrılıqda fermerlər, dost-tanışlarım, sosial şəbəkədəki dostlarım münasibət bildiriblər, maraqla qarşılanıb. Amma konkret bu sahə ilə məşğul olan şirkətlər, aqro-kredit rəhbərliyi, yaxud Kənd Təsərrüfatı Nazirliyindən maraqlanmayıblar. Bu material moderator.az və hurriyyet.org-da gedib. Minlərlə oxucu sayı var. - “Nazirlik pambıq əkininə laqeyddir”- Təkliflərdə Kənd Təsərrüfatı Nazirliyinin funksiyasına aid çox məsələlər əks olunub. Bu məsələlərin mütəxəssislər tərəfindən dəyərləndirilməsi və icra olunması baxımından Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanması daha yaxşı effekt doğurmazdımı? - Mən fermer kimi hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi qeyri-peşəkarlardan komplektləşdirilib. Nazirlik pambıq əkininə laqeyddir. Kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun elektron poçtuna ötən il dəfələrlə müraciət etdim, heç bir cavab almadım. Ona görə bu qənaətə gəldim ki, təkliflərimi cənab Prezidentə ünvanlayım. - Yalnız mətbuat vasitəsilə müraciət etmisiz? - Bəli. Ümid edirəm ki, artıq ictimailəşmiş bu məsələ ilə bağlı bir tədbir görülər. “Emal müəssisəsi yoxdur deyə, taylarla pambıq başqa rayonlara daşınır” - Sabirabadda pambığın emalı necə təşkil edilir? - Sabirabbada bu il ümumlikdə 6 min hektar əkin sahəsi var. Bunun 4 mini mən işlədiyim “ÇTS -AQRO” MMC şirkətinə məxsusdur. Amma təəssüf ki, emal müəssisəsi yoxdur. Bizim yetişdirdiyimiz pambıq tayalara yığılıb, başqa rayona daşınır ki, bu da əlavə xərcdir. Yaxşı olar ki, rayonumuzda pambıq emalı müəssisəsi açılsın, bu həm də yerli əhali üçün yeni iş yeri deməkdir. Bununla “ÇTS-AQRO” MMC də əlavə xərclərdən azad olar. - Daha 10 təklifinizin olduğunu bildirmişdiniz. Bunlar hansılardır?FERMERDƏN PREZİDENTƏ DAHA 10 TƏKLİF... - “Nazirlik pambıq əkininə laqeyddir” - Mən növbəti təkliflərimi də paket halında hazırlayıb, mətbuatda yayacam. Amma bəzilərini açıqlamaq istərdim. Onlardan biri budur ki, icra hakimiyyətləri haqqında əsasnamədə dəyişiklik olunsun. Çünki pambıqçılığın bütün yükü icra hakimiyyəti aparatının, icra nümayəndələri və bələdiyyələrin üzərindədir. Fermer olaraq biz öz işimizi təşkil edə bilirik. Amma Sabirabad ərazisinin çox hissəsini gəzmişəm, son 20-25 ildə pambıq əkini yoxdur deyə torpaqlar vəhşiləşib, alaq otları, yulğun sahələri basıb. Torpağın əkinə hazırlanması, suyla təminat-filan məsələlərdə həm fermerlərin təcrübəsi kifayət qədər deyil, həm də güclü dəstək tələb olunur. Ona görə bu işlərə icra nümayəndələri və bələdiyyələr cəlb edilir. Onlar da bacardıqları dəstəyi verirlər. Sovetlər dönəmində Ağsu kimi bir rayon 6 min hektar pambıq əkirdi. 6 min hektarın əkilməsi üçün 20 kolxoz fəaliyyət göstərirdi, texnika parkı, komsomol, partkom - hər kəs bu işə cəlb olunurdu. Amma hazırda əkinçilik üçün bütün ağırlıqlar icra hakimiyyətinin 15-20 işçisi, 24 icra nümayəndəliyi və o qədər də bələdiyyənin çiyinlərdindədir. Onların da belə getsə, enerjisi tükənə bilər. Ona görə ciddi dəstək lazımdır. Bu məsələlər sənədləşməlidir, qaydaya salınmalıdır. Axı pambıqçılıqla məşğul olanların hamısı bu işə hazır deyil. Bunun üçün bir qurum yaranmalıdır. Doğrudur, rayonda kənd təsərrüfatı idarəsi yaranır, amma bu kiçik qurum olacaq. Elə bir qurum yaranmalıdır ki, icra nümayəndələri və bələdiyyələr bu sahədə gördükləri əlavə işlərdən, yükdən azad edilsin. Ola bilsin ki, 5-6 il sonra fermerlər peşəkarlaşsın və belə bir təşkilata ehtiyac qalmasın, amma hazırda buna ehtiyac var. - Ümumilikdə ölkə üzrə neçə hektar torpaq sahəsi pambıqçılıq üçün ayrılıb? - Mən prezidentin çıxışına qulaq asdım, pambıqçılıq təsərrüfatı üçün bu il 50, gələn il 150 min hektarın əkilməsi nəzərdə tutulub. Mən şəxsən nəzərdə tutulmuş 6 min hektar ərazinin əkilməsini təsəvvür etmirdim. Hazırda 6 min hektar şumlanıb, əkin də 4 min hektarı keçib. İşlərin 90 faizi görülüb. Amma bu gün ölkə üzrə 50 min hektar sahədə pambıq əkini aparılırsa, 10 min hektar ərazi üçün işçi qüvvəsi var. Qalan sahələrdə pambığın becərilməsi çox böyük çətinliklər yaradacaq. Ona görə irəli sürülən təkliflərin realaşmasına çalışmalıyıq. - Sovet dövründə Sabirabdda neçə hektar torpaq sahəsində pambıq əkliridi? - 30-32 min hektar torpaq sahədə.
“İndi pambıqçının istismarı zamanı deyil...”
-Sovetlər dönəmində də bu iş inzibati medotlarla həll edilirdi. Müəllimlər, məktəblilər zorla məhsul yığımına cəlb edilirdi. Kolxozçular qul kimi işlədilirdi. Belə çıxır ki, yenə də bu üsul tətbiq olunmalıdır? -Bəli, sovetlər dönəmində inzibati metodlardan istifadə olunurdu. Digər sahələrdə çalışanlar da məcburi qaydada pambığın becərilməsinə yönəldilirdi. Amma indi bu məsələ olduqca çətindir. Ölkə rəhbərliyi də buna yol verməz. Həm də ki, Azərbaycan müəyyən beynəlxalq konvensiyalara qoşulub, qul əməyinin istismarına yol verilməz. Amma Azərbaycanda xeyli sayda işsizlik problemi var. Doğrudur, yaşadığım Zəngənə kəndində bu problem yoxdur. Çünki 2000-ci ildən bəri işçilərin sayını artırmışıq və camaat üçün pambıqçılıqla məşğul olmaq həyati normaya çevrilib. Bizdə bu iş artlq təşkil olunub. Amma başqa fermer təsərrüfatlarında bu işin formalaşmasına ehtiyac var. Digər bir məsələ də pambıqçılıq təsərrüfatının inkişafı üçün stimullaşdırıcı tədbirlərin görülməsidir. Mən bunu da öz təkliflərim sırasına daxil edəcəm. Məsələn, necə ki, sovet dövründə yaxşı pambıqçıya, yaxud suçuya avtomobil verirdilər, onlar sanatoriyaya pulsuz ezamiyyətə göndərilirdi. Bu təcrübəni yenə tətbiq etmək olar. Misal üçün 1 noyabr bizdə kənd təsərrüfatı işçiləri günü kimi qeyd olunur. Bu bayramla əlaqədar kənd təsərrüfatı işçiləri üçün müəyyən stimullaşdırıcı tədbirlər görmək də bu sahənin dirçəlməsinə kömək olar.
Hektarları artırmaqla məhsuldarlıq artıracaqmı?
-Hektarları artırmaqla məhsuldarlığı artırmaq mümkündürmü? Axı onsuz da Azərbaycanda tənəzzülə, deqradisyaya uğrayan torpaq sahələri az deyil. Digər tərəfdən, pambıqçılıq üçün hektarların artırılması kənd təsərrüfatının digər sahəsinin azaldılması hesabına başa gəlməyəcəkmi? -Pambıqçılıq sahələrinin artırılması əslində kənd təsərrüfatı üçün çox önəmli məsələlərdəndir. Çünki pambıq əkini kənd təsərrüfatında növbəliliyi təmin edə biləcək ən vacib şərtdir. İnsanlar neçə illərdi eyni yerdə arpa əkirlər, məhsuldarlıq çox aşağı olur. Növbəli əkin aparmaq daha əlverişlidir. Boş qalmış sahələrimiz də çoxdur. İmkanlı adamların əlində torpaq sahələri var ki, istifadə olunmur. Hətta pay torpaqlarında da növbə ilə pambıq, taxıl əkməklə pambıq sahələrinin sahəsini 300-400 min hektara çatdırmaq olar. Pambıqçılıqdan dövlət qazanc götürməsə belə, yerli əhalinin işlə təmin olunması da böyük qazancdır. - Təkliflərinizdə qeyd edirsiniz ki, peşəkar kadrların, yeni mütəxəssislərin hazırlanması da vacib amillərdəndir. Belə kadrları hazırlayacaq potensial varmı? - 2-3 gün öncə Qasımbəyli kəndində belə bir hadisənin şahidi oldum. Fermerlə traktorçu mübahisə edirdi ki, əkin üçün səpilən ciyidin üzəri normal örtülmür. Mən təklif etdim ki, sürücü traktoru əkin sahəsində bir qədər aşağı sürətlə hərəkət etdirsin. Belə etdi, əkin normal alındı. Fermerin yerli mühitdə formalaşması üçün maarifləndirici tədbirlər aparılmalıdır. Ümumiyyətlə isə kənd təsərrüfatı mütəxəssisləri hazırlanmalıdı, bu sahədə ciddi boşluqlar var.
“Pambıqçılıq böyük maliyyə vəsaiti tələb etmir”
- Hazırda Azərbaycan iqtisadi böhran yaşadığı şəraitdə bu qədər problemlərin həlli üçün böyük maliyyə və uzun müddət tələb olunmurmu? - Hesab edirəm ki, Azərbaycanda iqtisadi böhran yaşanmır. İqtisadi çətinliklər var. Bu iqtisadi çətinlikləri də aidiyyəti qurumlar çeviklik göstərsələr dəf etmək olar. Hazırda bütün dünyada neftin qiymətinin düşməsilə bağlı maliyyə çətinlikləri yaranıb. Amma hesab edirəm ki, Azərbaycan dövlətinin maliyyə resursları çatar. Özü də pambıqçılıqla bağlı elə də böyük rəqəmlərlə ifadə olunan maliyyə vəsaiti tələb edilmir. 6 faizlə kredir verilir, 7-8 aydan sonra o pul geri alınacaq. Burada elə bir problem görmürəm. Təkcə bu il toxumçuluqla bağlı Türkiyədən aldığımız toxumun pulunu yönəltsəydik Toxum Fondu yarada bilərdik. - Belə qənaətə gəlmək olar ki, sadaladığınız problemlər həll edilməyincə məhsuldar pambıq istehsalından danışmağa dəyməz? - Xeyr. Artıq bu istiqamətdə iş görülür. Məhsuldarlıq ildən-ilə yaxşılaşacaq. Amma müşahidələrim onu göstərir ki, çox ciddi işlər görülüb və uğurlu nəticə alınacaq.
“Pambığın kiloqramı 50 sentə çatmasa...”
- Hökumət pambığın kiloqramı femerlərdən neçəyə almağı təklif edir? Qonşu Türkiyədə 90 sentə alınır. Bizdə təklif olunan qiymət fermer üçün nə qədər əlverişlidir? - Biz 10 il ərzində pambığı son devalvasiya prosesinə qədər şirkətə 53 sentə satrıdıq. Türk fermerlər 90 sentə öz becərdikləri pambığı dövlətə sata bilərlər, çünki onlar hansısa şirkətdən maliyyə vəsaiti almırlar. Amma biz kredit götürürük. Ona görə 90 sent bizim fermerlər üçün real deyil. Hazırda pambığı bizdən 52 qəpikdən almaq təklif olunub. Ehtimal edirəm ki, bu rəqəm 60-70 qəpiyə çatacaq. 52 qəpik hazırda 33 sentdir. Qiyməti 50 sentədək artırsalar, indi 75 qəpik edər. Bu da fermer üçün əlverişlidir. Məndə olan məlumata görə, pambığın qiyməti 45-50 sentə qaldırılacaq. Belə olan şərait pambığın əkin sahələrinin artmasına səbəb olacaq. - Fermer mineralları, gübrələri, dərman preparatlarını öz vəsaitləri hesabına alır? - “Aqrolizinq” xəttilə 70 faiz güzəştli qiymətə alırıq. Azot gübrəsinin qiyməti 30 manatdır, mən 8 manata alıram. Bu qiymət elə ötən il də, inşil də belə olub. Digər gübrələrdə də qiymətlər sabit qalıb. Yaxşı olardı ki, 70 faiz texnikadan istifadəyə də yönəldiləydi. Məsələn, taxıl kombaynla 30 manata biçilir , pambıqdərən kombayn pambığın hektarını 65 manata dərir. 70 faiz texnikadan istifadəyə də tətbiq edilsə, biz hektarını 20 manata dərərik. Bu da fermerə dəstək olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|