Mirdamət Sadıqov İsmayıllı camaatını yormağı bacardı... - Hər kəs təngə gəlib...
Tarix: 13-04-2016, 08:39 | Çap et
İsmayıllı rayon sakinləri bu gün sosial problemlər məngənəsində boğulur, işsizlikdən əziyyət çəkir, bir sıra yerli məmurların kobud rəftarı, qanundankənar hərəkətləri ilə üz-üzə qalır. Lakin buna baxmayaraq, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əhalinin dərd-səri, qayğıları ilə maraqlanmaq, mövcud problemlərin həllinə çalışmaq əvəzinə müxtəlif yollarla şəxsi maraqlarını təmin etmək, yaxınlarının nəzarətində olan biznes şəbəkəsini daha da genişləndirmək üçün çaba sərf edir. Elə buna görə də ismayıllılar icra başçısı kimi onun fəaliyyətini tənqidlə qarşılayır, Mirdaməd Sadıqovun bu vəzifədən kənarlaşdırılacağı günü səbirsizliklə gözləyirlər. Mirdaməd Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu gündən indiyədək rayonda elə də ciddi dəyişikliklərin olmadığını, əhalini narahat edən problemlərin gün keçdikcə daha da artdığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgiyə görə, Mirdaməd Sadıqov rayonun tikinti sektorunu da tam nəzarətində saxlayır: «Deyilənlərə görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin bir çoxunu məhz Mirdaməd Sadıqova yaxınlığı ilə seçilən «İsmayıllı Tikinti-27» ASC udur. Bu şirkətin tenderlərin qalibi elan olunması təbii ki, icra başçısı ilə ASC-nin rəhbərliyi arasında öncədən baş tutan razılaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Onu da nəzərinizə çatdırım ki, «İsmayıllı Tikinti-27» ASC bir çox dövlət layihəsinin icraçısı olub və bu zaman külli miqdarda vəsaitin «xərclənməsində» yaxından iştirak edib». Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan Mirdaməd Sadıqovun 1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışdığını, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edildiyini, 2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində, daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində işlədiyini, 2013-cü ildən isə İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində təmsil olunduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, bir müddət öncə adıçəkilən rayonun mərkəzində istifadəyə verilən parkda aparılan təmir işləri zamanı sənədlərdə başqa, reallıqda isə başqa tikinti materiallarından istifadə olunub: «Deyilənlərə görə, həmin parkın ortasındakı hovuzun yerinə sənəd üzərində mərmər daşının döşəndiyi qeyd edilsə də, reallıqda ora plastik örtük vurulub. Sözsüz, bu zaman bir xeyli vəsait icra başçısının büdcəsinə istiqamətlənib. Yeri gəlmişkən, qeyd edim ki, Mirdaməd Sadıqov iş otağında istifadə olunan mebelləri tez-tez dəyişdirməklə ad çıxarmış icra başçılarındandır. İdda olunur ki, icra başçısı köhnə mebelləri tenderlərə satış üçün saldırır və onları müvafiq sənədlərdə yeni adı altında rəsmiləşdirir. Təbii, bu yolla da xeyli vəsait silinir. Görünən odur ki, icra başçısı məhz bu cür üsullarla gəlirlərini artırır, biznes şəbəkəsini genişləndirir». Bu arada, əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, hazırda İsmayıllı rayon təhsil sisteminin də vəziyyəti arzuolunan səviyyədə deyil. Məhz elə bu səbəbdən də ötən il İsmayıllı rayonunun bəzi kəndlərindən ali məkəblərə qəbul üçün sənəd verənlərin bir nəfərinin belə, uğur qazanmadığını deyən məlumatlı şəxs həmin kəndlərin əksəriyyətində məktəblərin qəzalı vəziyyətdə olduğunu, əksəriyyətinin təmir olunmadığını bildirir: «Düzdür, Mirdaməd Sadıqov icra başçısı təyin olunduqdan sonra İsmayıllıda bir sıra işlər görüldü. Lakin görülən işlərin bir çoxu keyfiyyətsiz olduğundan bu gün faktiki olaraq rayoeda əsaslı təmir qurulucuş işlərinə böyük ehtiyac var. Ancaq bu, Mirdaməd Sadıqovun bacaracağı, öhdəsindən gələ biləcəyi məsələ deyil. Qeyd edim ki, hazırda İsmayıllıda yalnız mərkəzi küçə və prospektlər təmir olunub. Qalan ərazilər, əsasən də kənd yolları isə icra başçısının heç yadına da düşmür. Elə bu səbəbdən də əhali artıq onun və komandasının əlindən təngə gəlib. Görünən odur ki, İsmayıllı sakinləri Mirdaməd Sadıqovun rayondan gedəcəyi günü toy-bayram kimi qeyd edəcəklər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. gundelik-baku.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|