Gədəbəydə məmur özbaşınalığı sakinləri çilədən çıxarıb... - NARAZILIQ VAR...
Tarix: 23-03-2016, 09:40 | Çap et
Artıq xeyli müddətdir ki, dövrü mətbuatda Gədəbəy rayon icra Hakimiyyətinin başçısı Ramiz Yediyarovla bərabər, onun çoxsaylı sahibkarları, imkansız gədəbəyliləri minbir zülmə salan komandasının yarıtmaz idarəçiliyi ilə bağlı, silsilə tənqidi məqalələr işıq üzü görməkdədir. İşıq üzü görən açıqlamalarda daha çox Ramiz Yediyarov icra başçısı vəzifəsinə təyin olunduqdan sonra, Ermənistanla sərhəd zolağında yerləşən bu yaşayış məskəni sakinlərinin üz-üzə qaldıqları problemlərdən bəhs olunur.
Onu da vurğulamaq yerinə düşər ki, bu günədək ölkə başçısı cənab İlham Əliyev bir neçə dəfə Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının yaxşılaşdırılması məqsədilə, dövlət büdcəsindən müəyyən məbləğdə vəsaitin ayrılması barədə sərəncam da imzalayıb. Təəssüflər olsun ki, icra başçısı və onun ətrafında olan bir qrup vəzifə sahibləri tərəfindən ayrılmış vəsaitlər, bu günədək təyinatı üzrə istifadə olunmamış və minbir yollarla da mənimsənilmişdir. Məhz, belə bir səbəblər üzündən də, bu gün rayonun sosial-iqtisadi həyatının müxtəlif sahələrinin bərbad hala düşməsi üçün, zəmin də yaranmışdır. Ramiz Yediyarovun dördillik fəaliyyəti dövründə ən pis cəhət, onun özünün və komandası üzvlərinin yerli sahibkarları gözümçıxdıya salmaları, heç bir məhkəmə qərarı olmadan, sahibkarlara məxsus obyektləri ağır texnikanın gücü ilə darmadağın etdirməsi olmuşdur.
Məsələn, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının yerli əhaliyə, xüsusən də sahibkarlara ciddi əngəllər yaratdığından, bu gün gədəbəyli sahibkarların problemləri Prezident Administrasiyasında da müzakirə olunmaqdadır. Adicə bir faktı qeyd edək ki, rayonun Qalakənd meşə zolağında, vaxtilə RF-da biznes fəaliyyəti ilə məşğul olan Əliyev Oqtay İbrahim oğlunun minbir əzab-əziyyətlə ərsəyə gətirdiyi istirahət mərkəzi də, icra başçısının darmadağın etdirdiyi obyektlərdən biridir. Diqqəti bir məqama da yönəldək ki, istirahət mərkəzi inşa olunan ərazi ETSN-nin balansında olmasına baxmayaraq, obyektin tikintisi aparılan zaman, icra başçısının səlahiyyət verdiyi şəxslər Oqtay İbrahim oğlundan müəyyən qədər “haqq-hesab” alırlar. Elə ki, tikinti işləri tam başa çatmaq üzrə olur, o halda həmin şəxslər yenidən obyekt sahibindən elə bir fantastik dərəcədə “haqq-hesab” tələb edirlər ki, qarşı tərəf onu vermək iqtidarında olmur. Belə olan halda, Ramiz Yediyarovun verdiyi tapşırığın hökmü ilə, həmin obyekt darmadağın etdirilir və sahibkar Əliyev Oqtay İbrahim oğluna xeyli miqdarda ziyan da dəyir. Sözsüz ki, bu cür addımların atılmasında əsas söz sahibi icra başçısı olur və bütün qanunsuz addımların da başında, məhz onun özü durur.
Digər sahibkar Səfərov Vaqif Qara oğlu da, artıq xeyli müddətdir ki, Ramiz Yediyarov idarəçiliyində zinhara gələn çoxsaylı sahibkarlardan biridir. Belə ki, o, 1998-ci ildə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı və şəhər bələdiyyəsinin qərarı ilə, rayonun 20 Yanvar küçəsinin sol tərəfindən 26 sot torpaq sahəsi alır və həmin ərazidə 150 metr uzunluğunda, 2 metr hündürlüyündə hasar da çəkdirir. Ərazinin içərisində isə, 3 otaqdan ibarət 160kvm-lik bina da inşa etdirir. 2013-cü ildə isə, icra başçısının verdiyi şifahi tapşırıq əsasında və Şahbaz Bayramovun rəhbərliyi altında, inşaası başa çatdırılmış obyekt darmadağın etdirilir, içərisindəki avadanlıqlar da tam yarasız hala salınır. Onu da qeyd edək ki, dağıntı işlərini aparmaq üçün ortada heç bir məhkəmə qərarı, hər hansı dövlət qurumundan əsas verəcək sənəd olmayıb.
Dağntının aparıldığı zaman onu bəhanə gətirirlər ki, ərazinin üstündən yüksək gərginlikli elektrik xətti keçir. Amma çox keçmir ki, qeyd olunan ərazidə, hansı ki,yüksək gərginlikli elektrik xətlərinin altında 40-dan çox otaqdan ibarət ticarət mərkəzi inşa olunur. Həmin ticarət mərkəzi də, icra başçısı ilə maliyyə idarəsi müdirinin ixtiyarına keçir.
Rayonun çoxsaylı problemlərindən biri də, maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədov faktorunun varlığıdır. Belə ki, o, bu gün rayonun ən gəlirli sahəsinə rəhbərlik etməklə bərabər, digər sahələri də nəzarətində saxlayır və külli miqdarda gəlir də əldə edir. Məsələn, o, ulu öndər, mərhum prezidentimiz Heydər Əliyevin adını daşıyan parkın orta hissəsində, təqribən 70-80 ədəd, 40 illik şam ağaclarını doğradaraq özü üçün “Çay evi” tikdirib. Büdcə mənimsəmələrinə gəlincə onu da vurğulaya bilərik ki, Namiq Məmmədov yaxın qohum-əqrəbasını mühüm vəzifələrə təyin etdirməklə, əməlli-başlıca var-dövlət sahibi də olub. Məsələn, o, vaxtilə əmisi oğlu Ramiz Məmmədovu rayonun təhsil şöbəsinə müdir təyin etdirmişdi. Düzdür, onun əmisi oğlu 11-12 il qeyd olunan sahəyə rəhbərlik etdi, Gədəbəy təhsilini bərbad hala saldı, təhsilimizin bel sütununa olmazın zərbələrini də vurdu. Amma, çox keçmədi ki, onun qol qoyduğu cinayətlərini ört-basdır etmək üçün, Ramiz Məmmədovu rayonun mədəniyyət şöbəsinə müdir təyin etdirdi. Bu gün də o, vaxtilə adət etdiyi idarəçiliyini həyata keçirməklə, büdcə vəsaitlərini mənimsəməkdədir. Aparılan tikinti işlərinə nəzarətini itirməyən Namiq Məmmədov, bu sahədə də yaxın qohum-əqrəbasını söz sahibi edir. Məsələn, o, dayısı oğlu Məmmədov Qoşqar Oqtay oğluna lazımi tikinti işlərini həvalə etdirir ki, bu da birbaşa tikinti sahəsinin inhisara alınması deməkdir. Məsələn, bu gün rayonun Saratovka və Qumlu kəndlərində tikilən uşaq bağçalarının tikintisi də, onun dayısı oğluna həvalə olunmuşdur. Baxmayaraq ki, aparılacaq tikinti işləri ilə bağlı müəyyən tenderlər keçirilir və tenderlərdə kimsə qalib çıxsa da, son anda tikinti işlərinin aparılması, onların yaxınlarına həvalə olunur.
Gədəbəydə “yaşıl soyqrım” davam etdirilir
Bu gün Gədəbəyin ən böyük, bəlkə də bənzəri olmayan problemlərindən biri, rayonun meşə zolaqlarına tutulan divandır. Baxmayaraq ki, vaxtilə ən ucqar kəndlərin ətraf əraziləri belə, sıx meşə zolaqları ilə əhatə olunmuşdu. Amma, bu gün fərqli mənzərəni görən hər kəs sanki dəhşətə gəlir, bir anlığa olsa da fəryad çəkir. Çünki, meşə zolaqlarına elə bir formada divan tutulur ki, bəlkə də atılan addımları “ekolji genosid” adlandırsaq yanılmarıq.
Bəs problemin kökü nədir və rayonun meşə təsərrüfatına belə bir formada qənim kəsilməyə səbəb nə olur? Əvvəla onu vurğulamaq yerinə düşər ki, Gədəbəy rayonu paytaxt Bakımızdan təqribən 450-500km aralı məsafədə yerləşir. Rayonun mərkəzindən təqribən 50 km-ə aralı məsafədə yerləşən Şınıx zonasının, İvanovka kəndinin, Tala kəndinin, Rüstəm Əliyev və ona yaxın kəndlərin meşə təsərrüfatları, artıq bu işıqlı dünya ilə vidalaşmaq üzrədir. Axı, bu böyük ekoloji problem deyilmi? Rayonun rəhbərliyi və bu sahəyə cavabdehlik daşıyan şəxslər hara baxırlar ki, Gədəbəyin meşə zolaqları “ah-nalə çəkib ağlayır”, hərraca qoyulub talan edilir. Hörmətli oxucular! Növbəti sayımızda Əliyev Oqtay Qara oğlunun silsilə açıqlamalarını diqqətinizə çatdıracağıq. Odur ki, bizi izləməyi unutmayın.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
|