“BORA-BORA” PRİTONU KİMİNDİR?
Tarix: 25-08-2012, 11:38 |
Çap et
MİNGƏÇEVİRDƏN REAKSİYA: “OBYEKT BİZİM ƏRAZİDƏ YERLƏŞMİR”
DİA.AZ: - Dünən - 24 avqust 2012-ci il tarixdə “Mingəçevirdə Bin Ladenin “mağarası” var” adlı məlumat yer alıb. Xatırladaq ki, həmin məlumatda “Bora-Bora” adlı istirahət mərkəzinin fəaliyyət göstərməsini xəbər vermişdik və bildirmişdik ki, qeyd edilmiş istirahət mərkəzi Mingəçevir su anbarının sahilində yerləşir və həmin obyektdən priton kimi istifadə olunur.
Bu gün isə bu məsələ ilə əlaqədar DİA.AZ-a Mingəçevir Bələdiyyəsinin sədri Cavanşir Yusubovun adından müraciət daxil olub. Müraciət müəllifi bildirir ki, qeyd olunan obyekt Yevlax rayonunun inzibati ərazisində yerləşir:
“Həmin obyektin Mingəçevirə heç bir aidiyyatı yoxdur və onun fəaliyyətinə şəhərin heç bir qurumu tərəfindən icazə verilməyib. Obyektin fəaliyyət göstərilməsinə icazə və müvafiq torpaq sahəsinin ayrılması Yevlax Bələdiyyəsinin qərarı ilə verilib”.