KORRUPSİONER MƏMUR MƏHKƏMƏ QARŞISINDA
Tarix: 13-08-2012, 13:32 |
Çap et
İCRA NÜMAYƏNDƏSİNİN MƏHKƏMƏSİ START GÖTÜRDÜ
Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsinin sabiq icra nümayəndəsi Arzu Hadıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı avqustun 23-nə təyin edilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hadıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət faktı ilə əlaqədar saxlanılıb. A. Hadıyev Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.