ŞOK: QİYAMƏTİN YENİ TARİXİ MƏLUM OLDU
Tarix: 28-07-2012, 14:12 |
Çap et
İNSAN OĞLU KAİNATA BÖYÜK ZƏRƏR VURUB
DİA.AZ: - İnsan oğlunun kainata böyük zərər vurduğunu təsbit edən elim adamları «geri dönüşü imkansız olan bir tərzdə genişlənməkdədiy, bəşəriyyat dünyanın keçmişdə yaşadıqlarını xatırlamır» şəklində açıqlama veriblər.
Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verən DİA.AZ-ın bilgisinə görə, bir çox beynəlxalq təşkilatlardan 22 mütəxəssisin imzaladağı araşdırmada iqlim dəyişikliyi və bir çox heyvan növlərinin sürətli şəkildə nəslinin kəsildiyi xüsusi olaraq vurğulanıb.
Məqalədə deyilir: «Bu gün yaşadığımız iqlimlərin tən yarısı ortadan qalxacaq. Bu səbəbdən hələ kəşf edilməmiş bir çox canlı növü məhv olacaq. Kəşf edilmiş canlı növlərinin də bəzilərinin nəsli kəsiləcək».
Araşdırmaya rəhbərlik edən professor Arne Moers deyir: «Radiasiya tarazlığını pozmağımızla böyük bir risqi etməkdəyik. Gözlənilən dəyişikliklər Yer planetini məhv edə bilər. Əgər həmin sərhəddi aşarıqsa, o zaman Yer planetini əvvəlki halına qaytara bilməyəcəyik».
Araşdırmada daha sonra bildirilir ki, insan oğlu planetin 43 faiz ehtiyatlarını istismar etməkdədir. Sənaye inqilabı baş verəndən sonra karbon miqdarı 35 faiz artıb: «Dünya əhalisinin sayı 2025-ci ildə 8,2 milyarda çatacaq. 2050-ci ildə 9 milyarda çatacaq əhalinin bu templə artışı davam edərsə, Yer planeti 2100-cü ildə bəşəriyyəti ayaqda tuta bilməyəcək. Və bu da Qiyamətin yeni tarixi olacaq».