Eldar Mahmudovun həbsi gündəmə gəldi - "Akula" danışdı? - İLGİNC İDDİA
Tarix: 12-01-2016, 12:16 | Çap et
Yaxın günlərdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov həbs oluna bilər.
Bu barədə Arqument.Az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Mənbə bildirib ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor "Akula" ləqəbli Akif Çovdarov Eldar Mahmudovun əleyhinə ifadə verib. O etdiyi bütün cinayət əməllərinə görə sabiq MTN şefini günahlandırıb.
Mənbənin sözlərinə görə, ilkin olaraq, MTN əməkdaşları barəsində başlanılan cinayət işinin maddələri (qanunsuz əməliyyat axtarış fəaliyyəti, vəziyə səlahiyyətlərini aşma və s.) konkret olaraq, telefonların qanunsuz dinlənilməsi səbəbindən başlanılmışdı. Ancaq mətbuata bu ittihamların mahiyyəti barədə ətraflı məlumat çıxmayıb. Halbuki Azərbaycan Respublikasının Baş prokurorunun rəsmi qərarı ilə həmin cinayət işi "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri statusuna (məhz dövlət sirri) keçirilib. Bundan sonra bütün proses iştirakçılardan həmin məlumatların yayılmaması ilə bağlı iltizam alınıb. Bu məlumat onu deməyə əsas verir ki, ittihamda məhz yüksək dairələrin, o cümlədən siyasi elitanın telefonların dinlənilməsi və audio yazısının aparılması məlumatları oturub.
"Hazırda keçmiş nazirin həbsinin ləngidilməsi də bu məlumatların digər dairlərə ötürülüb-ötürülməməsinin aydınlaşdırılması ilə bağdır. Cinayət işinin dövlət sirri statusuna keçirdilməsi onu deməyə əsas verir ki, dinləmə aparılan şəxslər və dinləmə aparılmış məlumatlar strateji xarakterli, özü də dövlət sirri olan məlumatları ehtiva edirdi. Bura tək mobil və şəhər telefonların dinlənilməsi deyil, həmçinin Rabitə Nazirliyinin xüsusi rabitə xəttinin - hökümət xəttinin dinlənilməsi də daxil idi. Həmin xətt ilə aparılan danışıqlar isə həmişə təhlükəsiz hesab olunub", - mənbə iddia edib.
Qeyd edək ki, Eldar Mahmudovla bağlı hökumət dairələrində səslənən fikirlər də deyilənlərin həqiqətəuyğunluğuna əsas verir. Məsələn, deputat Zahid Oruc Mahmudovu "xəyanət"də suçlamışdı. O açıqlamasında qeyd edirdi ki, Azərbaycan hökumətinin üzvləri haqqında məlumatlar, kompromatlar, onların daim müxtəlif "ifşa kampaniyalarına” məruz qoyulmasında MTN-nin rolu olub: "İndi bəlli olur ki, informasiya kütlələrinin müxtəlif dairələrə yönləndirilməsi hansı mənbələr hesabına baş verib. Lakin hökumətdə konkret olaraq kimlərin bu prosesə cəlb olunmasını təyin eləmək çox çətindir. Ancaq məlumatlara görə, təəssüf ki, bəzi başqa hökumət üzvlərindən də belə təsir altında olanlar və dırnaqarası hesablaşmağa vadar edilənlər olub”.
Xatırladaq ki, bir müddət öncə ləğv olunmuş MTN-in "açar" fiqurlarından olan Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin sabiq MTN şefi Eldar Mahmudov və Akif Çovdarovla üzləşdirilməsi barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, İlqar Əliyev Mahmudovun üzünə durmaqdan imtina edib. Bundan bir neçə gün sonra isə İlqar Əliyevin intihar xəbəri yayılıb.
Mənbənin sözlərinə görə, ehtimal olunur ki, İlqar Əliyev məhz sonrakı proseslərdə Mahmudovun əleyhinə ifadə verməmək üçün özünə qəsd edib və ya hansısa gizli məlumtlara malik olduğu üçün aradan götürülüb.
Çovdarovun isə Mahmudovun əleyhinə ifadə verdiyi barədə məlumatlar olsa da, bu barədə hələ ki, heç bir rəsmi açıqlama olmayıb. Hətta İlqar Əliyevin vəkili Rəşad Mehdizadə və Akif Çovdarovun vəkili Sadiq Rəsulov da Arqument.Az-a açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini, belə bir üzləşmənin olmadığını bildiriblər.
Mənbə isə Eldar Mahmudovun həbsinin qaçılmaz olduğunu, bir müddətdən sonra gerçəkləşəcəyini iddia edir. Ona görə də prosesin sonunu gözləməli olacağıq...
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Arqument.Az-ın İnformasiya şöbəsi
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir - FAKT BUDUR!
Bu gün, 19:00 |
|
|
|
• Separatçını ”əsir” gözündə görən 52 avropalı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 18:58 |
|
|
|
• "ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" - deputatdan REAKSİYA
Bu gün, 18:14 |
|
|
|
• “Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ
Bu gün, 18:12 |
|
|
|
• Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO
Bu gün, 18:10 |
|
|
|
• İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Bu gün, 18:08 |
|
|
|
• Paşinyan indi "Tehranın dili" ilə danışır - İNCƏLƏMƏ
Bu gün, 18:07 |
|
|
|
• Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək - Ermənistan DİN
Bu gün, 17:51 |
|
|
|
• ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar - “Axios”
Bu gün, 17:49 |
|
|
|
• London-Ankara münasibətlərində nələr yaşanır? - GƏLİŞMƏ
Bu gün, 17:48 |
|
|
|
• Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq – İqtisadçıdan maraqlı açıqlama
Bu gün, 17:42 |
|
|
|
• Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur
Bu gün, 17:41 |
|
|
|
• İran təkzib etdi: - Şahmərd edam edilməyib!
Bu gün, 17:39 |
|
|
|
• SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:37 |
|
|
|
• "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." - deputat
Bu gün, 17:34 |
|
|
|
• Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir - Lavrov
Bu gün, 17:26 |
|
|
|
• Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
Bu gün, 17:23 |
|
|
|
• İsrafil Məmmədov yeni vəzifəyə seçildi - FOTO
Bu gün, 17:21 |
|
|
|
• Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb - VİDEO
Bu gün, 17:18 |
|
|
|
• Flora Kərimovanın səhhəti pisləşdi
Bu gün, 17:14 |
|
|
|
• Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar
Bu gün, 17:12 |
|
|
|
• "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə Azərbaycana təşəkkür etməlidir"
Bu gün, 17:09 |
|
|
|
• "Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir - FOTO
Bu gün, 17:01 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 16:58 |
|
|
|
• Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu?
Bu gün, 16:45 |
|
|
|
• “Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
Bu gün, 16:40 |
|
|
|
• Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə HÖKM OXUNUB
Bu gün, 16:36 |
|
|
|
• Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib
Bu gün, 16:30 |
|
|
|
• "Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... - AXI NİYƏ?..
Bu gün, 16:23 |
|
|
|
• Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir - KİV
Bu gün, 16:22 |
|
|
|
• Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” - “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Bu gün, 16:19 |
|
|
|
• Unun qiyməti kəskin bahalaşdı - QİYMƏTLƏR
Bu gün, 16:14 |
|
|
|
• Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir - AÇIQLAMA
Bu gün, 16:11 |
|
|
|
• ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...
Bu gün, 16:06 |
|
|
|
• “Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 16:03 |
|
|
|
• “Sandu Moldovanın prezidenti seçilməyib” - Kreml
Bu gün, 15:57 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib - QƏRAR
Bu gün, 15:55 |
|
|
|
• Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 15:52 |
|
|
|
• Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, 41 nəfər cəzalandırılıb
Bu gün, 15:49 |
|
|
|
• Etibarnamə ilə bağlı yeni qayda: - Bu məsələ çoxdan gündəmdə idi
Bu gün, 15:47 |
|
|
|
• “Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:45 |
|
|
|
• Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı - DETALLAR
Bu gün, 15:42 |
|
|
|
• Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb - SİYAHI
Bu gün, 15:38 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Bu gün, 15:36 |
|
|
|
• Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır
Bu gün, 15:13 |
|
|
|
• Kələntərov həbsdə qaldı - GƏLİŞMƏ
Bu gün, 15:11 |
|
|
|
• “Padişah xalı” görün müştəriləri necə aldadır - AXI NİYƏ?..
Bu gün, 15:05 |
|
|
|
• Bakı və Ankaranın dostu təhlükədə: - Hədəfdə odur, çevriliş planlanır
Bu gün, 15:01 |
|
|
|
• “Ərim sağdır, mənə zəng etmişdi” - İki il öncə öldürülən Anarın xanımı
Bu gün, 15:00 |
|
|
|
|